Mətbəximiz / Xəmir yeməkləri

5 dəqiqədə hazırlanan, asan, ucuz başa gələn -Kartoflu börək

Banu. | 13-04-2019, 08:57
1 265 0
•3 ədəd lavaş
•Yarım stəkan un
•Yarım paket kərə yağı
•Yarım armudu stəkanı duru yağ


İçi üçün;


•3 orta boy kartof
•1iri quru soğan
•2-3 yemək qaşığı zeytun ya da qarğıdalı yağı
•Duz
•Qara bibər
•Qırmızı pul bibər


Hazırlanması;


•Kartofları soyun və iri kublar şəklində doğrayın
•Dərin bir qazana götürüb üzərini keçənə qədər su qoyun və bir az duz əlavə edərək qaynadın
•Qaynadılan kartofları süzün və kənara alın
•Soğanı doğrayın
•Bir miqdar zeytunyağını tavaya tölün, üzərinə soğan və duz əlavə edərək qızarana qədər qovurun
•Qaynadılan kartofları üzərinə əlavə edərək ədviyyatları əlavə edin və 2 dəqiqə qədər qovurun
•Qovurma bitincə qazdan alın və püre halına gətirin
•Lavaşı masaya sərin
•Yarısına əridib duru yağ ilə qarışdırdığınız kərə yağın sürtüb un səpin
•Lavaşı ikiyə qatlayın və üstdə qalan üzünə də yağ sürtün və un səpin
•Rulo halına gətirdiyiniz börəyi 4 barmaq qalınlığında dilimləyin
•Yağlı kağız sərdiyiniz soba qabında üzərinə yumurta sarısı sürtün və çörəkotu səpin
•180° qızdırılmış sobada börəyin üzəri qızarana qədər bişirin