Mətbəximiz / Xəmir yeməkləri

Şərafət xanımdan dadlı İspanaqlı piroq

Aynur_Qurbanqizi | 27-10-2018, 22:33
915 0

Xoşbəxt qadınlar klubunun üzvü Sadka Əhmədli Azadqadin.az saytına anasının hazırladığı günün təamını təqdim edir. 

Dünən Şəfəqdən köklü koreya salatı gəlmişdi, bu dəfə isə menyumuzda İspanaqlı piroq var

Bu piroq üçün lazımdır

4 stəkan un
1 ç.q maya
1 armudu stəkan maye yağ
1 armudu stəkan qatıq yaxud smetan
1 armudu stəkan süd
1 yumurta
Duz və su

İçlik üçün

0.5 kq ispanaq
1 kasa bərk pendir
2 diş sarımsaq
(Sarımsaqla ispanaq qovrulur)


Hazırlanması:

Xəmiri yoğurub acımağa qoyursunuz. Daha sonra istədiyiniz formada yayıb içərisinə ispanaqlı içlikdən qoyursunuz. Bulka formasında da edə bilərsiniz. Və yaxud şəkildə gördüyünüz kimi. Üzərinə yumurta sarısı vurub istəyə uyğun olaraq küncüt tökürsünüz. 15-20 dəqiqə də üstü örtülü saxlayıb daha sonra sobaya qoyursunuz. Artııq hazırdır ) 

Qeyd edək ki, hər sabah azadqadin.az-da müxtəlif sadə xanımların hazırladığı təamlar sizə təqdim ediləcək.

BİLDİRİŞ: Dadlı və gözəl yüzlərlə digər salat, şirniyyat, xörəklər burada bizim MƏTBƏXDƏ!