Mətbəximiz / Xəmir yeməkləri

Soba işlətmədən, xəmir yoğurmadan, kişilərin belə asanlıqla bişirə biləcəyi pizza. Fotolarla addım-addım izahı

Banu. | 20-09-2018, 09:30
1 127 0

 

Tənbəllər, tələbələr, heç vaxtı olmayan işgüzarlar üçün əla reseptdir.

 

Ərzaqlar:


Un – 9 x.q.
Yumurta – 2 ədəd
Mayonez – 4 x.q.
Xama – 4 x.q.
Kolbasa – 100 qr.
Pomidor – 1 ədəd
Holland pendiri – 150 qr.
Duz – zövqə görə

 

Hazırlanması:

Balaca bir qabda un, yumurta, xama, mayonez və duz tökün, qaşıqla qarışdırın. Qatı xama kimi xəmir alınacaq.

Üzərinə plyonka şəkib 1 gecəlik soyuducuya qoyun.

 


 

Səhəri gün xəmir beıə olacaq.

 



 

Tavanı orta odun üzərinə qoyuruq, azca bitki yağı süzürük. Qızan kimi xəmirdən bür parça götürüb tavaya qoyuriq, dərhal üzərindən əlimizlə basırıq, asanlıqla tavanın dibinə yayılacaq.

 

 


 


Üzərinə sürtgəcdən keçirilmiş pendiri, dilimlənmiş kolbasa, pomidoru düzürük. Ən sonda yenə üstə pendir səpirik. 3 dəqiqə ağzı açıq halda bişiririk. Sonra odu zəiflədib, qapağını örtürük və pendir əriyənə kimi bişiririk. Pendir əriyən kimi pizzamız hazırdır.
 

Nuş olsun!