Mətbəximiz / Xəmir yeməkləri

Pendirli poğaça (bulka)

Banu. | 9-01-2016, 09:00
7 249 13
 

 
Yenə türk mətbəxinə müraciət edirik - poğaça :)
Mən pendirlisinin reseptini yazıram. Amma eyni xəmirdən kartoflu, zeytunlu, ətli, lobyalı və s. etmək olar. İçlik zövqə görə dəyişdirilə bilər.

Xəmir

1 stəkan qatıq
1 stəkan duru yağ (fərqlilik üçün yarım stəkan duru yağ, yarım stəkan margarin də etmək olar)
1/2 stəkan süd
1 paket qabartma tozu
1 yumurta (ağı xəmirinə, sarısı poğaçaların üstünə sürülür)
Aldığı qədər un
yarım və ya bir çay qaşığı duz (mənim duz fobim var deyə daha az tökürəm. Amma bilmirəm bəlkə 1 çay qaşığı tökülüncə daha dadlı alınır :))


İçlik

250 qram pendir
yarım dəstə cəfəri
(əslində içlikdə ölçü yoxdu. Kim nə qədər istəyir əlavə etsin.)
Cəfəri xırda-xırda doğranır və doğranıb, əzilmiş pendirə qatılır.


Hazırlanışı

Qatıq, yağ, yumurtanın ağı, süd və duzu bir qabın içərisində qarışdırırıq. Üzərinə qabartma tozu və un əlavə edərək xəmiri yoğurmağa başlayırıq. Xəmir qulaq əti yumuşaqlığı alana qədər yoğrulur. Daha sonra üzəri örtülüb, yarım saat gözlədilir.
Xəmirdən kiçik parçalar qopararaq əlimizdə açır, içərisinə içlik qoyub, yarım dairə formasında bağlayırıq. Ağzını tam sıxmamaq lazımdı ki, bişəndə biraz aralansın. Belə olunca daha yaxşı olur.
Daha sonra yağlanmış listə düzüb, üzərinə yumurta sarısı sürür və qara çörəkotu səpirik .
Və öncədən isidilmiş 150-180 dərəcəli sobada bişiririk.

Qeyd: İçliyi qovrulmuş ət, kartof püresi, zeytun, pomidor-holland pendiri və s. kimi də edə bilərsiniz. Sadəcə bu içliklər biraz kaprizli olduğundan xəmirin ağzını möhkəm bağlamaq lazım olur. Bişəndə içindəkilər tökülürlər çünki.

B.Fereh | 18 aprel 2016 23:56 | Status: Nəzarətçi | Şərh: 6 975
Cox sagolun.
B.Fereh | 22 fevral 2016 11:12 | Status: Nəzarətçi | Şərh: 6 975
Tewekkurler,atdim secilmiwlere.
Real Madrid CF | 19 yanvar 2016 18:12 | Status: Qonaq | Şərh: 0
Sirniyyat yemirem resept ucun tesekkurler.
Ay_Sun | 18 yanvar 2016 21:05 | Status: Brilliant user | Şərh: 13 408
Tesekkurler sinamaga deyer.
Nara88 | 11 yanvar 2016 00:33 | Status: Professional user | Şərh: 4 253
atdim secilmislere,tskler
SEVDA | 10 yanvar 2016 08:53 | Status: Nəzarətçi | Şərh: 17 439
Xəmirin reseptini götürdüm,tşk...
Cicim İncim | 10 yanvar 2016 00:19 | Status: Gümüş user | Şərh: 2 456
Sadə , şirin içlikli bulkalar etmişəm, amma pendirli yox...
Resept üçün təşəkkürlər...
Azeri Fidashka | 9 yanvar 2016 21:14 | Status: Şərhçi | Şərh: 734
nus olsun tesekkur
BULUTUM | 9 yanvar 2016 16:12 | Status: Professional user | Şərh: 7 387
1tewekkurler
Naranin Ureyi | 9 yanvar 2016 15:11 | Status: Gümüş user | Şərh: 1 577
Men tez tez biwirirem. Dadli olur.
ESMERRi | 9 yanvar 2016 11:37 | Status: Brilliant user | Şərh: 5 378
Yaxşı reseptdi .təşəkkürlər
sahibə | 9 yanvar 2016 11:17 | Status: Qonaq | Şərh: 0
Təşəkkürlər
dılay | 9 yanvar 2016 09:20 | Status: Brilliant user | Şərh: 8 183
MayalI xemirnen edirem men twk...