Mətbəximiz / Xəmir yeməkləri

Penovani

Banu. | 5-10-2015, 09:00
4 717 10
Penovani

Tərkibi: 

550 q un 
400 ml 3,2%-li süd 
60 q kərə yağı
2 yumurta
300 q suluquni (pendir)
10 q şəkər tozu
5 q quru maya 
10 q iri duz

Hazırlanması :

Mayanı bir qədər isti süddə əridin, şəkər tozu, 1 yumurta, azca un (xama qatılığınadək) əlavə edib qarışdırın, yarım saat isti yerdə saxlayın. Barata qalxanadək unun yerdə qalanını ələyin, iri duz və 20 q kərə yağı ilə qarışdırın. 
Barata qalxan kimi onu yağla qarışdırılmış una əlavə edin, südün qalanını da töküb çox bərk olmayan xəmir yoğurun. Qida plyonkasına büküb soyuducuya qoyun. 1,5 saatdan sonra, xəmir artandan sonra, çıxarıb 70 q-lıq kündələrə ayırın. 
Çörək taxtasının üstünə un səpib kündələri kvadrat formasında yayın. Yaydığınızı ikiqat qatlayıb yenə nazik yayın. Bu proseduru üç dəfə təkrarlayın. Əgər lavaş yapışırsa, azca un səpin. 
Pendiri iri hissələrə doğrayıb sürtgəcdən keçirin. 20 q kərə yağı, 1 yumurta əlavə edib yaxşıca qarışdırın. Yaydığınız kvadratların ortasına qoyub zərf kimi bükün. 
220 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Yağın qalanını əridib hazır penovanilərin üzərinə fırça lə çəkin. 
Əgər belə xəmiri hazırlamağa vaxtınız yoxdursa, hazır xəmirdən istifadə edə bilərsiniz. 

Nuş olsun!


B.Fereh | 22 fevral 2016 15:27 | Status: Nəzarətçi | Şərh: 6 975
Elaa,beyendim.
Yagis_Negmesi | 25 noyabr 2015 23:00 | Status: Gümüş user | Şərh: 1 614
Sitat: Gülçin
Mən bunu xaçapuri bilirdim. Xaçapurinin adının penovani oduğunu ilk dəfədir görürəm.
Yenə də təşəkkürlər, bunu da bildim.

mende
SEVDA | 6 oktyabr 2015 20:44 | Status: Nəzarətçi | Şərh: 17 439
Pendirli mənlik deyil....
Nilay | 6 oktyabr 2015 15:13 | Status: Qonaq | Şərh: 0
Sitat: gece-gunduz
gozel gorunur

recourse istedim
Gülçin | 6 oktyabr 2015 09:31 | Status: Brilliant user | Şərh: 6 780
Mən bunu xaçapuri bilirdim. Xaçapurinin adının penovani oduğunu ilk dəfədir görürəm.
Yenə də təşəkkürlər, bunu da bildim.
FLOVERandGİRL | 5 oktyabr 2015 19:29 | Status: Professional user | Şərh: 3 251
Xaçapuri!Xaçapuri!Mmmmmm dadlıdır.Yemişəm həmdə çox.. wink 0110
gece-gunduz | 5 oktyabr 2015 18:00 | Status: Gümüş user | Şərh: 1 720
gozel gorunur
Ay_Sun | 5 oktyabr 2015 16:26 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: birdane
dadli olur tesekkurler
birdane | 5 oktyabr 2015 09:58 | Status: Professional user | Şərh: 3 726
dadli olur tesekkurler
dılay | 5 oktyabr 2015 09:46 | Status: Brilliant user | Şərh: 8 183
Uwaqlarım ucun tez tez bıwırırem