Mətbəximiz / Xəmir yeməkləri

"Toppuş" pirojkilər

Gülçin | 20-08-2017, 09:00
2 756 29
  


Sizlərlə tez-tez evdə bişirdiyim pirojki reseptini paylaşmaq istiyirəm.  
 
Bu pirojkilər üçün lazım olan ərzaqlar:
4 stəkan un.
2.5 stəkan ilıq süd.
1ç.q. maya(droj)
1ç.q. duz.
1 ç.q. şəkər tozu.
1x.q. zeytun yağı.

İçlik üçün:
4 baş soğan.
1 stəkan yumru düyü.
1x.q. zirinc.
 Duz, istiot, cirə-zövqə görə.
Qızartmaq üçün duru yağ.
 
Hazırlanma qaydası:
Xəmir yoğrulur, üstü örtülüb, acımağa qoyulur. Xəmir "gələnə" qədər içlik hazırlanır. Soğanlar soyulub, yuyulur, lap narın doğranır. ( Yaxşı olar ki, rondodan keçirilsin). Doğranmış soğanlar kərə yağında ,rəngi saralanadək, qovrulur. Üstünə 1 stəkan yuyulmuş düyü əlavə olunur. Bir az da düyü-soğan qarışığı qovrulur. Sonra qarışığa isti su töküb, ədviyyatlar da əlavə olunur. Vam odda, düyülər yumşalana qədər, bişirilir. Tam suyu çəkilib, bişdikdən sonra, soyumağa qoyulur. Xəmirdən qoz boyda kündələr tutulub, içlik qoyulur, bükülür. Bükülmüş pirojkilər qızğın yağda qızardılır. Çox yumşaq, həm də ləzzətli pirojkilər alınır.
 
"Toppuş"   pirojkilər

Nuş olsun!



Yagis_Negmesi | 25 noyabr 2015 23:06 | Status: Gümüş user | Şərh: 1 614
mama bu reseptin xemirin ela qesey yogurur ki biwendede ela olur
Sienna | 25 iyun 2015 23:49 | Status: Şərhçi | Şərh: 287
Mmmmm.dadli gorsenirler.tewekkurler
Ay_Sun | 30 may 2015 00:12 | Status: Brilliant user | Şərh: 13 408
Secilmislere atdim.Mutleq sinayacam xalam,tesekkurler.
Gülçin | 21 may 2015 12:13 | Status: Brilliant user | Şərh: 6 780
Xəmiri yaxşı yoğrulanda, pirojkilər qızartma zamanı yaxşı köpür. Yəni, əsil "toppuş" olurlar. Bu içlik də o biri içliklərdən daha dadlı olur. Əlbəttə, bu, zövqdən də asılıdır.

Şərh yazan, fikir bildirən hər kəsə təşəkkür edirəm. 0115
nurane55 | 20 may 2015 17:58 | Status: Professional user | Şərh: 1 849
Sitat: Meryem_Duyqu
Əllərinizə sağlıq,Gülçin xanım.
Düyü içlikli perojki heç vaxt etməmişəm.Bişirəndə yalnız kartof,ciyər və ətdən içlik edirəm.Gərək, bu resepti də sınaqdan keçirim.

he canim men de bu iclikle ilk defedir esidirem,resept ucun tesekkurler gulcin xala.
Lady Nara | 20 may 2015 15:40 | Status: VİP user | Şərh: 1 026
InsaAllah ederem twk.ler
aynur azimova | 20 may 2015 14:59 | Status: Qonaq | Şərh: 0
tewekkurler
Elgun_Azizov | 20 may 2015 12:13 | Status: Professional user | Şərh: 1 393
Sitat: Gülçin-70
Məsləhətinizə görə çox sağolun.. Ancaq, burda söhət mənim optimist və ya pessimist olmağımdan getmir. Bilirəm, zarafatla yazmısınız. Mən də ona görə yazdım ki, ruzu-bərəkətlə zarafat etmək yaxşı deyil. Yəqin ki, uşaq olanda sizə də deyiblər, yerdə çörək görəndə götür, öpüb gözlərinin üstünə qoy...
Sözlərimdən incimədiyinizə görə də sizə təşəkkür edirəm.


- Mən >>"Toppuş"<< pirojkilər xəbərin adındakı sözlə zarafat etmişəm. Məncə fərqimiz düşüncə tərzimizdədi. Və normalda qarşılıyıram xəbərdə sizin olduğu üçün reaksiyavızı. Sİzədə təşəkkürlər.
Gülçin | 20 may 2015 11:39 | Status: Brilliant user | Şərh: 6 780
Sitat: Elgun_Azizov
-Mənə elə gəlir Gülçin xanım fikirlər sərbəst şəkildə ifadə edilməkçündü.Mən zarafatla qeyd etmişəm.Və buna neqativ fikir bildirməyivizi anlamadım.Narahat olmayın mən incimərəm yetərki məndən inciməsinlər və sizdə çalışın bu saytda birazoptimist pozitif olun.Yəni orda rəyim xoş olmayanda sizə çalışın görməməzlikdən gəlin necəki mən edirəm 1-2 insanın rəyini oxuyaram.Yəni buda məndən sizə məsləhət.Uğurlar.

Məsləhətinizə görə çox sağolun.. Ancaq, burda söhət mənim optimist və ya pessimist olmağımdan getmir. Bilirəm, zarafatla yazmısınız. Mən də ona görə yazdım ki, ruzu-bərəkətlə zarafat etmək yaxşı deyil. Yəqin ki, uşaq olanda sizə də deyiblər, yerdə çörək görəndə götür, öpüb gözlərinin üstünə qoy...
Sözlərimdən incimədiyinizə görə də sizə təşəkkür edirəm.
Elgun_Azizov | 20 may 2015 00:41 | Status: Professional user | Şərh: 1 393
Sitat: Gülçin-70
Məncə, xanımla pirojkiləri müqayisə etmək düzgün deyil. Pirojki çörəkdir, nemətdir... Buna görə bu müqayisə zarafatla olsa da, xoş deyil. İncimiyin.


-Mənə elə gəlir Gülçin xanım fikirlər sərbəst şəkildə ifadə edilməkçündü.Mən zarafatla qeyd etmişəm.Və buna neqativ fikir bildirməyivizi anlamadım.Narahat olmayın mən incimərəm yetərki məndən inciməsinlər və sizdə çalışın bu saytda birazoptimist pozitif olun.Yəni orda rəyim xoş olmayanda sizə çalışın görməməzlikdən gəlin necəki mən edirəm 1-2 insanın rəyini oxuyaram.Yəni buda məndən sizə məsləhət.Uğurlar.
Ag Gul | 19 may 2015 21:18 | Status: Professional user | Şərh: 4 333
Təşəkkürlər gülçin xala. Birini götürdüm gedib yeyəcəm :)
boris arxan | 19 may 2015 19:58 | Status: Professional user | Şərh: 4 784
gerek bu defe bele edim twk Gulcin xanim
Gülçin | 19 may 2015 18:33 | Status: Brilliant user | Şərh: 6 780
Sitat: Meryem_Duyqu
Əllərinizə sağlıq,Gülçin xanım.
Düyü içlikli perojki heç vaxt etməmişəm.Bişirəndə yalnız kartof,ciyər və ətdən içlik edirəm.Gərək, bu resepti də sınaqdan keçirim.

Mütlləq bişir, dadına bax, canım. love Bu, ət və kartofla olan pirojkidən dadlı olur. Mən də hərdən ətlə eliyirəm, evdəkilər sumaq səpib yeyirlər. Ancaq, ən çox bunu bəyənirlər.
Meryem_Duyqu | 19 may 2015 18:03 | Status: Yazar | Şərh: 4 130
Əllərinizə sağlıq,Gülçin xanım.
Düyü içlikli perojki heç vaxt etməmişəm.Bişirəndə yalnız kartof,ciyər və ətdən içlik edirəm.Gərək, bu resepti də sınaqdan keçirim.
Gülçin | 19 may 2015 17:35 | Status: Brilliant user | Şərh: 6 780
Sitat: Elgun_Azizov
Bizim toppuş toppuş xanımlarımız kimi :)))

Məncə, xanımla pirojkiləri müqayisə etmək düzgün deyil. Pirojki çörəkdir, nemətdir... Buna görə bu müqayisə zarafatla olsa da, xoş deyil. İncimiyin.

Sitat: Dan Ulduzu
twk Gulcin xala


Sitat: ELİSA 
Tesekkuler Gulcin xala.

Mən təşəkkür edirəm, sizlərə, canlarım. 0115 Bütün xəbərlərimi oxuduğunuza, fikir bildirdiyinizə görə..
Sitat: SEVDA
Men peraşkileri yağa atanda dartıb uzun edib sonra atıram.
Twk resept üçün Gülçin xanım....

İçliksiz bişirəndə mən də eynən sənin elədiyin kimi eliyirəm, canım. love

Şərh yazan hər kəsə təşəkkür edirəm. 0115
esma inci | 19 may 2015 15:53 | Status: Gümüş user | Şərh: 1 096
tewekkurler
SEVDA | 19 may 2015 14:48 | Status: Nəzarətçi | Şərh: 17 439
Men peraşkileri yağa atanda dartıb uzun edib sonra atıram.
Twk resept üçün Gülçin xanım....
lady sweet | 19 may 2015 14:20 | Status: Gümüş user | Şərh: 1 880
üreyim istedi lapp gedim alim yeyim )) pişirmeye vaxtim qokku
Real Madrid CF | 19 may 2015 14:05 | Status: Qonaq | Şərh: 0
Terkibinde droj var men ise droj olan qidalardan uzagam.
Sunay Elizade | 19 may 2015 11:56 | Status: Gümüş user | Şərh: 2 156
ela alinib sinayaram eger bekar olsam
Aytekin82 | 19 may 2015 11:54 | Status: Brilliant user | Şərh: 6 587
Sitat: Elgun_Azizov
Sitat: Aytekin82
Kime sataşdun ki?



-Bilirdim ,inanırdım ,güvənirdim! :) Səndən başqa heçkim toppuşduğunu boynuna almazdı :) Yenədə sənə Halaldı! :))


love feel
Elgun_Azizov | 19 may 2015 11:44 | Status: Professional user | Şərh: 1 393
Sitat: Aytekin82
Kime sataşdun ki?



-Bilirdim ,inanırdım ,güvənirdim! :) Səndən başqa heçkim toppuşduğunu boynuna almazdı :) Yenədə sənə Halaldı! :))
Aytekin82 | 19 may 2015 11:08 | Status: Brilliant user | Şərh: 6 587
Sitat: Elgun_Azizov
Bizim toppuş toppuş xanımlarımız kimi :)))


Kime sataşdun ki? feel wink
BULUTUM | 19 may 2015 10:32 | Status: Professional user | Şərh: 7 387
Cox sevirem.bir az xirt xirt olanda.bele topuw yox bir az nazik.tewekkurler
ELİSA | 19 may 2015 10:10 | Status: Gümüş user | Şərh: 1 047
Peraskini cox xoslayiram,en coxda aci ketcupnan yeyende. 0110 Tesekkuler Gulcin xala...
Elgun_Azizov | 19 may 2015 09:50 | Status: Professional user | Şərh: 1 393
Bizim toppuş toppuş xanımlarımız kimi :)))
Dəniz qızı | 19 may 2015 09:11 | Status: Brilliant user | Şərh: 8 017
Sitat: Sariwka1
peraşkini cox sevirəm amma mənə olmaz axı toppuşlaşıram bu peraşkilər kimi feel

Canım mən də bü gündəyəm.
Sariwka1 | 19 may 2015 09:06 | Status: VİP user | Şərh: 1 774
peraşkini cox sevirəm amma mənə olmaz axı toppuşlaşıram bu peraşkilər kimi feel
Nilay | 19 may 2015 09:05 | Status: Qonaq | Şərh: 0
Men her zman bu olcude edirem evde gulurler ki bu boyda peraski olar 0136 twk Gulcin xala