Mətbəximiz / Xəmir yeməkləri

Ay şəklində dadlı çörəklər

Mehri-Ban | 29-08-2014, 09:00
3 631 25


 

 
İçindəkilər:
- 200 qr un
- 200 qr marqarin
 200 qr süzmə qatıq
- duz
 - 100 qr yağlı kolbasa
- 100 qr yağsız pendir və yaxud ağ pendir
- 1 yumurtanın sarısı
- 1 yemək qaşığı süd
- küncüt

Hazırlanması:
Soyuq marqarini kiçik parçalar halında kəsin. Bir kasada un, marqarin, süzmə qatıq və duzu qarışdırın. Lazım olsa bir qədər su əlavə edin. Qarışığı yaxşı yoğurulmuş bir xəmir əldə edənə qədər yoğurun. Üzərini örtüb 1 saat soyuducuda gözlədin.
İç vəsait üçün kolbasanı kiçik kub şəklində doğrayın, pendiri əzin və ikisini bir-birinə qarışdırın.
Sobanı 175 dərəcəyə qurun və əvvəlcədən isidin. Xəmiri unlanmış bir listdə 40x40 sm böyüklüyündə açın. Əvvəlcə dörd ədəd kvadrat halında kəsin. Daha sonra onları üçbucaq şəklində kəsin.
Üçbucaqların üzərinə iç vəsaitdən qoyun. Uzun tərəfindən başlayaraq üçbucağı ay formasında bükün. Soba listini yağlayın və ya içinə yağlı kağız sərin. Ay formasındakı çörəkləri soba nimçəsinə yerləşdirin.
Yumurta sarısı və südü qarışdırın. Ay çörəklərinin üzərinə sürtdükdən sonra küncütü səpin. Soba listini sobanın orta bölməsinə yerləşdirib 15 dəqiqə bişirin. Diləsəniz kahı yarpaqları ilə servis edə bilərsiniz.

NUŞ OLSUN!
 
f
 
 Redaktə etdi: Sadəcə MƏN
 

B.Fereh | 22 fevral 2016 15:32 | Status: Nəzarətçi | Şərh: 6 971
Beyendim,twk.
dılay | 9 yanvar 2016 09:33 | Status: Brilliant user | Şərh: 8 182
Sitat: EMILYA
bele dadli gornusu var maraqlidir
Yagis_Negmesi | 25 noyabr 2015 23:14 | Status: Gümüş user | Şərh: 1 614
gorunusu qeseydir dadin deye bilmerem
my life is music | 2 fevral 2015 14:50 | Status: Gümüş user | Şərh: 736
coreyi az yeyirem kokeldir adami
EMILYA | 19 noyabr 2014 15:14 | Status: Qonaq | Şərh: 0
bele dadli gornusu var maraqlidir
ada.. | 16 oktyabr 2014 19:36 | Status: Qonaq | Şərh: 0
Bele sirniyyati sevmirem twk
Ay_Sun | 11 sentyabr 2014 13:28 | Status: Brilliant user | Şərh: 13 407
Resept ucun tesekkur canim.
shela | 1 sentyabr 2014 16:35 | Status: Gümüş user | Şərh: 2 910
Teshekkurler canim
UREYIM55 | 30 avqust 2014 12:57 | Status: Şərhçi | Şərh: 228
Agzin sirin olsun. Eladir.
Ag Gul | 30 avqust 2014 10:26 | Status: Professional user | Şərh: 4 333
Sitat: ŞehZam
Super görünüşü var.. Təşəkkürlər
SEVDA | 30 avqust 2014 08:05 | Status: Nəzarətçi | Şərh: 17 437
Pendirlidirse menlik deyil,twk...
ŞehZam | 29 avqust 2014 23:10 | Status: Professional user | Şərh: 2 577
Super görünüşü var.. Təşəkkürlər
sadykhova ulker.... | 29 avqust 2014 21:41 | Status: Şərhçi | Şərh: 300
Nam nam istedim
Röyamsan. | 29 avqust 2014 19:38 | Status: Brilliant user | Şərh: 6 102
Təşəkkürlər canım dadlı görsənir.
GULUM_OL | 29 avqust 2014 17:39 | Status: Şərhçi | Şərh: 221
Resepe soz ola bilmez, Dadinada insallah baxaram tsk
SABINA | 29 avqust 2014 15:23 | Status: Professional user | Şərh: 7 410
Sitat: gulcin777
Men de hazirlayiram, ancaq kolbasa yerine, cekilmis eti soqanla qovurub iclik edirem

tesekkurler bax bele ede bilerem love
Nazlı_Kız | 29 avqust 2014 12:29 | Status: Brilliant user | Şərh: 6 472
Bəh bəh dadlı görsənir resept üçün çox sağolun. winked
Gülçin | 29 avqust 2014 11:49 | Status: Brilliant user | Şərh: 6 778
Men de hazirlayiram, ancaq kolbasa yerine, cekilmis eti soqanla qovurub, iclik edirem. Bir de xemire bir az cay sodasi elave edirem, dadli olur. Tesekkurler, hem resepte, hem de redakteye gore.
gulya20 | 29 avqust 2014 11:40 | Status: Professional user | Şərh: 4 677
Resepte gore tesekkurler.
dream reality | 29 avqust 2014 10:11 | Status: Professional user | Şərh: 1 449
Tewekkurler...
SEVA | 29 avqust 2014 09:37 | Status: Professional user | Şərh: 5 150
hm bele bisirmisdim ama kuncutsuz sevmirem ona gore tesekkurler eziyyetinize gore
SABINA | 29 avqust 2014 09:27 | Status: Professional user | Şərh: 7 410
Sitat: SULTANIM
sen kolbasani etle evez elede.

tesekkur yeqin dadli alinar/cunki men pitsada sosiskani toyuq filesi ile evezledim/hec beyenmedim/indi pitsa yeye bilmirem/
ehtibar | 29 avqust 2014 09:25 | Status: Gümüş user | Şərh: 2 547
nuw olsun oz maliniz kimi yeye bilersiz
SULTANIM | 29 avqust 2014 09:24 | Status: Ekspert | Şərh: 4 742
Sitat: cuci
men kolbasa dilimede vurmuram.hec sosiska da yemirem/eger kolbasa olmasa yeye bilerdim

sen kolbasani etle evez elede.
Resepte baxanda ele bildim Aytekinin xeberidir.
Tesekkurler.
SABINA | 29 avqust 2014 09:04 | Status: Professional user | Şərh: 7 410
men kolbasa dilimede vurmuram.hec sosiska da yemirem/eger kolbasa olmasa yeye bilerdim