Mətbəximiz / Tortlar

Uşaqlıq illərimin "dadlı" xatirəsi

SABINA | 3-12-2014, 16:20
12 238 52

Uşaqlıq  illərimin  "dadlı" xatirəsi
Əziz  AzadQadın.az  saytının  xanımları! Sizinlə  bir  tort  reseptini  paylaşmaq  istəyirəm :love:. Nağıl  tortu. Bu  tortun dadını  heç bir  şirniyyatın  dadına  dəyişmərəm. Bu dad ömrümün ən qayğısız günlərinin  xatirəsidir:0115:. Burada  şərhlərimin birində də  qeyd etmişəm ki, bu tort mənim üçün fərqli bir tortdur. Həm dadı, həm də xatirəsi... Keçmiş  günlərimə bir anlıq qayıtmaq üçün bu tortu hərdən hazırlayıram. Çətin  olur  mənim üçün  hazırlamaq :0136: Tənbəl  oldun  belədir. :love:. Buyurun, bu da həmin resept.

Hazırlanma qaydası:
Xəmiri üçün:
5.5 x.q. un
5 x.q. şəkər tozu
2 yumurta

Krem üçün:
170 q kərə yağı
90 q şəkər pudrası(qəhvə üyüdənlə edin)
70 q qatılaşdırılmış süd
Kakao tozu
Qida boyaları(qırmızı,yaşıl)

Şirə üçün:
80 ml su
4 x.q. şəkər tozu

Bəzəyi üçün:
Bir qədər quru meyvə

Hazırlanması:
Əvvəlcə sobanı 180 dərəcə qızdırın. Düzbucaqlı nimçəni azca əridilmiş kərə yağıyla yaxşıca yağlayın, üzərinə un səpin. Unun artığını nimçəni üzüaşağı tutmaqla boşaldın.

Unu ələyin. Bir qabda yumurtaları şəkər tozu ilə birlikdə mikserlə çalın. Şəkər tozu tam əriyənə və kütlənin həcmi təxminən 2,5 dəfə artana qədər çalın. Ehtiyatla unu əlavə edib tez qarışdırın.
Xəmiri hazırladığınız nimçəyə tökün. 30-35 dəqiqə qızılı rəng alanadək bişirin. Bişən zaman sobanın ağzını açmayın, yoxsa biskvit yaprıxar. Hazır biskviti əvvəlcə nimçədə soyudun, sonra çıxarıb çevrilmiş ələyin və yaxud da dəmir şəbəkənin (adətən, sobanın içində olur) üzərinə qoyub, quruması üçün bir gecə saxlayın.

Şirə üçün tavaya su və şəkər tozu tökün, qaynara düşənədək qarışdırın. Şəkər əriməlidir. Hazır şirənin ağzını örtüb soyudun, sonra şərab əlavə edib qarışdırın.

Qurumuş biskviti hər tərəfdən iti bıçaqla kəsib düzbucaqlı forma verin. Çox iti bıçaqla eninə üç hissəyə bölün. Artıqları xırdalayın və tavada qızılı rəng alanadək qovurun.
Şirəni biskvitə hopdurun.

Krem üçün  yağ və şəkər pudrasını mikserlə çalın. Qatılaşdırılmış süd əlavə edib yenə çalın. İki hissəyə bölün. Bir hissədən 2 x.q. ayırıb kənara qoyun. O biri hissəni kakao tozu ilə qarışdırın. Ayırdığınız 2 qaşıq kremi isə qida boyaları ilə qarışdırın: birini qırmızı, o birini yaşıl rənglə, beləliklə, 4 rəngdə krem alınacaq: ağ, qəhvəyi (şokoladlı), qırmızı və yaşıl.

Hissələrin arasına ağ krem çəkib, üst-üstə yığın. Kənarlarına şokoladlı krem çəkin və qovurduğunuz biskvit qırıntılarını səpin. Ortasına zolaq-zolaq şokoladlı krem çəkin, yaşıl kremlə yarpaq, qırmızı kremlə gül çəkin, ara hissəyə isə meyvə qurusunu yerləşdirin.
 
Nuş olsun...... :0109:
 
Bu da çayınız...))
 
 
 
Redaktə etdi: Ağ gül

ada.. | 3 dekabr 2014 20:31 | Status: Qonaq | Şərh: 0
Resept üçün təşəkkürlər
azerin f. | 3 dekabr 2014 20:27 | Status: VİP user | Şərh: 1 068
Atdım seçilmişlərə.Çox sağ ol resepte görə smile
Bu tort məni bağçada olduğum illəri xatırlatdı.Anam bayramlarda müəlliməyə hədiyyə olaraq bu tortdan aparardı,mənim də heyfim gələrdi wink
SABINA | 3 dekabr 2014 20:21 | Status: Professional user | Şərh: 7 410
Sitat: Nergiz love
Atdim secilmise.tesekkur.Afetcim...

lap yaxsi canim 0109
Nergiz love | 3 dekabr 2014 20:19 | Status: Professional user | Şərh: 7 871
Atdim secilmise.tesekkur.Afetcim...
SABINA | 3 dekabr 2014 19:58 | Status: Professional user | Şərh: 7 410
Sitat: sheh
ISTIYIRƏƏƏƏƏƏƏƏƏƏƏƏƏƏƏƏƏƏƏƏƏMMMMMMMM...

cox gozel.apara bilersiz.qurbandir size.beyendiyinize sevindim.
sheh | 3 dekabr 2014 19:56 | Status: Yazar | Şərh: 3 353
ISTIYIRƏƏƏƏƏƏƏƏƏƏƏƏƏƏƏƏƏƏƏƏƏMMMMMMMM...
SABINA | 3 dekabr 2014 19:24 | Status: Professional user | Şərh: 7 410
Sitat: TENHA_MELEK
Cann dogurdan ehh mende bunu cox sevirem.Ne yaxsi xatirlatdin baci.

lap yaxsi gozelim.
Sitat: sevgi istanbul
hmmm atdim secilmislere her ikinizede tesekkurler redaktede gozeldi 0109

senede tesekkur bacim.
Sitat: sirin bala
bilmirrem niye mmende tordt bulku bisremirem ama yemmeklerim coxx dadlii olurr

can uzulme men de sirniyyati yemek qeder yaxsi hszirlaya bilmirem.yemeklerim daha dadli olur.
Sitat: leyla meherremova
Doğurdan da uşaqlıq illərimə qayıtdım bir an... Çox sevirdim bu tortu və Abşeron tortunu....
Təşəkkürlər canım, atdım seçilmişlərə...

ay ne gozel.demeli tek men deyilmisem.tesekkurler
Sitat: Nurlana Həbibova
əla . təşəkkür smile

cox sag olun

[quote=TERANE1978]Bu tortu görub cox kövreldim.uşaqliqimda yaşadiqim cox tesirli bir hadise yadima duşdu.Tşk resept ucun.[/quote
ele menimde yadima dusur.hem xos hem kederli.heyif o gunlerden
BULUTUM | 3 dekabr 2014 19:20 | Status: Professional user | Şərh: 7 387
Bu tortu görub cox kövreldim.uşaqliqimda yaşadiqim cox tesirli bir hadise yadima duşdu.Tşk resept ucun.
Nurlana Həbibova | 3 dekabr 2014 19:11 | Status: Professional user | Şərh: 102
əla . təşəkkür smile
sirin bala | 3 dekabr 2014 18:40 | Status: Gümüş user | Şərh: 1 669
bilmirrem niye mmende tordt bulku bisremirem ama yemmeklerim coxx dadlii olurr
SEVA | 3 dekabr 2014 17:54 | Status: Professional user | Şərh: 5 150
hmmm atdim secilmislere her ikinizede tesekkurler redaktede gozeldi 0109
Ay_Sun | 3 dekabr 2014 17:47 | Status: Brilliant user | Şərh: 13 408
Cann dogurdan ehh mende bunu cox sevirem.Ne yaxsi xatirlatdin baci.
SABINA | 3 dekabr 2014 17:25 | Status: Professional user | Şərh: 7 410
Sitat: Röyamsan.
Xəbərin adında səflik var canım.

caan duzeldib banu xani m sag olsun
Sitat: SEVDA
Ellerine sağlıq....

tesekkurler
Sitat: gulcin70
Ayy... Afət, doğrudan da sən bizi uşaqlıq illərimizə apardın. Təşəkkürlər.

ele mende qayitdim kovreldim lap/sizede tesekkurler 0109
Sitat: ehtibar
dadlidir seher olsaydi yeyerdim

ne ferqi /tort olsuney bajjin qurvan smile
Sitat: SARAXATUN
Wirinyati cox sevmirem amma sevmesemde evde hazirliyiram bunuda atdim secilmiw xeberlerime

ok bi dene bakalim nasil olur
Sitat: kalbimin sahibi
Tewekkur gozelim super 0140 like

caan cox sag ol gozelim
Sitat: Naranin Ureyi 
Cox gozel Cici. Elin qolun agrimasin. Atdim secilmiwlere. Vaxt tapan kimi hazirlayacam.

hazirlayin/bebisko qeder sirin olmasada tortdurde 0115

Sitat: Aytekin82
Maraqlı tortdu...
Gör neçə illik tarixi var eeee
Amma mən bunun biskvitin xoşlamıram yaştəhər olur eee... feel
Bəlkə indi elə bişirmirlər, ona görə...

tesekkur fikirleriniz ucun
Sitat: Aydan18
Nə yiiiyərdim əladıee

nus olsun canim
Aydan18 | 3 dekabr 2014 17:17 | Status: Şərhçi | Şərh: 485
Nə yiiiyərdim əladıee
Naranin Ureyi | 3 dekabr 2014 17:15 | Status: Gümüş user | Şərh: 1 577
Cox gozel Cici. Elin qolun agrimasin. Atdim secilmiwlere. Vaxt tapan kimi hazirlayacam.
KARAGULUM | 3 dekabr 2014 17:13 | Status: Gümüş user | Şərh: 1 433
Tewekkur gozelim super 0140 like
SARAXATUN | 3 dekabr 2014 17:04 | Status: Professional user | Şərh: 1 529
Wirinyati cox sevmirem amma sevmesemde evde hazirliyiram bunuda atdim secilmiw xeberlerime
Aytekin82 | 3 dekabr 2014 16:39 | Status: Brilliant user | Şərh: 6 587
Maraqlı tortdu...
Gör neçə illik tarixi var eeee
Amma mən bunun biskvitin xoşlamıram yaştəhər olur eee... feel
Bəlkə indi elə bişirmirlər, ona görə...
ehtibar | 3 dekabr 2014 16:37 | Status: Gümüş user | Şərh: 2 547
dadlidir seher olsaydi yeyerdim
Gülçin | 3 dekabr 2014 16:30 | Status: Brilliant user | Şərh: 6 780
Ayy... Afət, doğrudan da sən bizi uşaqlıq illərimizə apardın. Təşəkkürlər.
SEVDA | 3 dekabr 2014 16:28 | Status: Nəzarətçi | Şərh: 17 439
Ellerine sağlıq....
Röyamsan. | 3 dekabr 2014 16:22 | Status: Brilliant user | Şərh: 6 102
Xəbərin adında səflik var canım.