Mətbəximiz / Tortlar

Çay süfrəsi üçün: “SPARTAK” tortu

Banu. | 22-03-2019, 07:57
235 0

ÇAY SÜFRƏSİ ÜÇÜN: “SPARTAK” TORTU. Ballı, şokoladlı xəmirlər, içi dolu krem – bu, bir möhtəşəm tortdur ki, dadına baxanlar yenə onu istəyəcəklər!

Ərzaqlar:
Krem üçün:
Süd – 500 ml.
Yumurta – 3 ədəd
Un – 3 x.q.
Nişasta – 1 x.q.
Vanilin – 1 paket
Şəkər tozu – 150 qr.
Kərə yağı – 150 qr.

Xəmir üçün:
Yumurta – 1 ədəd
Süd – 2 x.q.
Şəkər tozu – 150 qr.
Soda – 1 ç.q.
Bal – 3 x.q.
Kakao – 2 x.q.
Kərə yağı – 50 qr.
Un – 400 qr.

Hazırlanması:
Əvvəlcə kremi hazırlayaq: Qazançada kərə yağından başqa bütün krem üçün lazım olan ərzaqları qarışdıraq, vam odda qatılaşana kimi bişirək. Oddan götürüb kərə yağını da tökək və qarışdıraq ki, həll olsun. Otaq temperaturunda soyudaq. İndi xəmiri hazırlayaq: Un və kakaodan başqa bütün ərzaqlar qarışdırılır. Vam odda 10-15 dəqiqə bişirilir. Oddan götürüb içinə 2 x.q. kakao tökürük və qarışdırırıq. Sonra unu əlavə edirik, qarışdırırıq. 20-30 dəqiqə bir kənarda saxlayırıq ki, xəmir qatılaşsın.
Sonra xəmiri 5 bərabər hissəyə bölürük. Kündələri düzbucaqlı formasında açırıq – 20x25 sm. Əvvəlcədən isidilmiş sobada hər birini 200 dərəcədə 5 dəqiqə bişiririk.
İndi 4 korjun hər birinin üzərinə bol krem çəkirik. Sonuncu 5-ci korju qoyub, üzərindən bol qlazur gəzdiririk. Gecədən səhərə kimi soyuducuyda saxlayırıq.

Bu xəbərləri də oxuyun:

Həyat yoldaşı qətlə yetirilən Sevil Nuriyevanın bu yazısı hər kəsi GÖZ YAŞLARINA BOĞDU

Xəbər az öncə gəldi: Əhaliyə qəti xəbərdarlıq edildi - Külək, yağış, qar, 5 dərəcə şaxta - SABAH...RƏSMİ

Dostunu öldürən şəxs: “Arvadını sevirdim, ona görə...” – Qanlı sevgi üçbucağı

Bu da Əlikiramın çox gözəl xanımı, amma qısqancdır...FOTO

Toy gecəsi ilə bağlı ilk dəfə oxuyacağınız AĞLASIĞMAZ MƏQAMLAR: sən demə, qızlar...

Qadınlar niyə ayaqlarının arasına yastıq qoyaraq yatır? - ARAŞDIRMA