Mətbəximiz / Tortlar

Amerkanın məşhur QIRMIZI MƏXMƏR tortu

Banu. | 25-01-2019, 10:27
991 0

AMERİKANIN MƏŞHUR QIRMIZI MƏXMƏR TORTU.
Onun elə rəngi, görünüşü nəyə deyərsiz, dəyər. Hazırlanması isə çox asandır.

Ərzaqlar:
Un – 340 qr.
Şəkər tozu – 300 qr.
Kakao – 1 x.q.
Duz – 1 çimdik
Qabardıcı toz – 2 ç.q.
Soda – 1 ç.q.
Yumurta – 3 ədəd
Bitki yağı – 300 qr.
Xama –120 qr.
Qaymaq (yağlı) – 100 qr.
Qırmızı rəng – 2 ç.q.

Hazırlanması: 
Qabda ələnmiş un, şəkər tozu, kakao, duz və qabardıcı toz qarışdırılır. Üzərinə 3 yumurta, bitki yağı (qoxusuz), qaymaq, xama və sonda qida rəngini (al qırmızı rəng tapmalısız) əlavə edib, mikseri işə salıb, yaxşıca həll edirsiz. Xəmir çox duru olacaq, qorxmayın. Onu bir kənarda 20 dəqiqə saxlayırsız, soda digər ərzaqlarla reaksiya girib, xəmiri lazım olan qatılığa çatdıracaq.
Bu tort üçün hündür dərin soba qabı seçin. Qabın içi yağlanır. Perqament sərilir və xəmirin yarısını tökülür. İstəsəz 2 lay, istəsəz 3 lay bişirə bilərsiz.
170 dərəcədə 15-20 dəqiqə bişirin, xəmirin kənarı bir az quruyan kimi çıxarın. 2 dəqiqə sonra tortu formadan çıxarıb, soyumağa qoyun. Formanı yuyub, qurudun, yenidən yağlayıb, ikinci layı bişirin. Laylar soyuyan kimi plyonkaya büküb, 2 saatlıq soyuducuya qoyun. Soyuducudan çıxarıb, üzərini və kənarlarını azca kəsin, çünki onlar qurumuş olur. Dairənin mərkəzi çıxarılır. Bunu hazır metal qəliblərlə də edə bilərsiz. Və istənilən kremi ortasına yayaraq, tortumuz yığılır. Ürəyinizdən keçən istənilən krem, meyvəli krem, şanti və s.istifadə edə bilərsiz.Tortun kənarlarına krem çəkməyin, onun özəlliyi elə bundadır.

AzadQafin.az

Bu xəbərlər də çox maraqlıdır:

Evi olmayanlara ŞAD xəbər: 129 manat aylıq ödənişlə ev almaq istəyənlərin nəzərinə! - satış başlayır

Qaraciyər yağlanmasını 3 günlük möhtəşəm təbii reseptlə aradan qaldırın!

“Gedək çay içək...” - Gəncədə imkansız qadınları pis yola çəkən Cəmilənin - Şok əməlləri

Azərbaycanlı ana və qızı görənlər bir də baxır… – FOTOLAR

Yumşaqlıqda rekord qıran "Pambıq" bulka resepti-FOTO