Mətbəximiz / Tortlar

Popkornlu tort

dılay | 23-03-2016, 09:00
2 957 7



 

Rəngli konfetlərlə bəzənmiş ləzzətli və xoş görüntülü popkornlu tort üçün vəsaitlər və hazırlanma qaydası...


Lazımlı vəsaitlər:


110 qram kərəyağı

400 qram böyük marshmallow
Konfet şəkərləri - rəngli şəkərlər
1,5 stəkan duzsuz fıstıq, istəyə bağlı
Partlamış qarğıdalı (popkorn) (6 stəkana qədər)

Hazırlanması:

Marşmelovlar kərəyağı ilə birlikdə bir sous qazanında və ya mikrodalğalı sobada əridilir. Yaxşıca qarışdırılır.
Ərimiş marşmelovlarla partlamış popkorn, istəyə görə fıstıq və bir miqdar rəngli konfet qarışdırılır. Rəngli konfetlərdən bir miqdar ayrıca saxlanılır.
Keks qabı yağlanır və ən alt yerinə ayırmış olduğunuz rəngli konfetlər yerləşdirilir.
Şəkərlərin üstünə popkorn qarışığı qoyulur və keks qabının şəklini alması üçün möhkəmcə basdırılır.

Ən az bir iki saat qabda gözlədilir. Sonrasında qabdan çıxarılır və xidmət edilir.


Nuş olsun!

Ay_Sun | 3 aprel 2016 16:55 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: dılay
Redakte ucun tewekkurler bbirdenem kissing_heart

Xosdur birdenem.
Cicim İncim | 26 mart 2016 02:08 | Status: Gümüş user | Şərh: 2 456
Ay bacı, belə orijinal reseptləri hardan tapırsan ??
Dəniz qızı | 23 mart 2016 20:47 | Status: Brilliant user | Şərh: 8 017
Nəsə mənlik olmadı yenədə təşəkkür.
B.Fereh | 23 mart 2016 19:24 | Status: Nəzarətçi | Şərh: 6 975
Butun uwaqlarin bayilacagi bir tortdu bu:))Tewekkurler.
dılay | 23 mart 2016 13:15 | Status: Brilliant user | Şərh: 8 183
Redakte ucun tewekkurler bbirdenem kissing_heart
ESMERRi | 23 mart 2016 11:57 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: ɢüмüş
Cox gozel gorunur. İlk defe popkorunlu tort gorurem. Qeyri-adi super
guel | 23 mart 2016 09:49 | Status: VİP user | Şərh: 475
Cox gozel gorunur. İlk defe popkorunlu tort gorurem. Qeyri-adi super