Mətbəximiz / Tortlar

"Markiza" tortu

ESMERRi | 26-12-2015, 09:00
9 667 10
 

 

Tərkibi: 

şəkərli korjlar üçün: 

300 q marqarin (yaxud kərə yağı)
3 yumurtanın sarısı
3 st. un
1 ç. q. qabartma tozu
100-150 q qoz

merengi qatı: 

3 yumurtanın ağı
1 st. şəkər pudrası
1/2 ç.q. limon şirəsi 

krem:

1 banka (380 q) bişmiş qatılaşdırılmış süd
300 q kərə yağı
10 q vanilli şəkər tozu

bəzək: 

qovrulmuş keşyu
50-100 q tünd şokolad
50-100 q ağ şokolad
1 x.q. bal
3 x.q. şəkər tozu
1/2 ç.q. duz
Haz;rlanmas;

Korj: Unu qabartma tozu ilə qarışdırıb soyuq, kubik doğranmış yağla əlinizlə ovun, yumurta sarılarını əlavə edib xəmir yoğurun. 3 yerə bölüb soyuducuda 3 saat saxlayın. 

Soyuducudan çıxarıb 15-20 dəqiqə otaq temperaturunda saxlayın. 

Üç perqament parçasına 22 sm diametrli dairə çəkin. Xəmiri əlinizlə həmin dairələrin içinə yayın. Bütün korjların üzərinə bərabər qaydada xırdalanmış qoz səpin. Azca üstündən basıb xəmirə yapışdırın. 

Merengi: Yumurta ağlarını şəkər pudrası və limon şirəsi ilə möhkəm çalın. 

Bir korjun üzərinə bezenin 1/3-ni çəkin, qalanını soyuducuya qoyun (və hər bir hissəni növbəti korju bişirərkən çıxarıb xəmirin üzərinə çəkin). 170 dərəcə qızdırılmış sobada təxminən 25 dəqiqə bişirin. Qızılı rəngə çalmalıdır. Bişmiş korju çıxarıb tam soyudun (ehtiyatlı olun, kövrək olur), sonra kağızdan aralayın. 

Krem: Bişmiş qatılaşdırılmış südü kərə yağı və vanilli şəkər tozu ilə çalın. 

Korjların arasına krem çəkməklə üst-üstə düzün, tortun kənarlarına və üstünə də krem çəkin. 

Ağ və tünd şokoladları xırdalayıb hərəsini ayrı-ayrı paketlərə qoyun, paketləri isə qaynar suya (paketlərin içinə su keçməsinə imkan verməyin). Şokolad əriyəndə paketin ucunu azacıq kəsin və tortun üzərinə aşağı-yuxarı eləməklə xaotik naxışlar çəkin - əvvəl tünd, sonra isə ağ şokoladla. 

Keşyunu qovurub tortun ortasına qoyun. 

Zövqə görə keşyunu dadlandırmaq da olar: bal, şəkər tozu və duzu qarışdırıb keşyunu bu qarışığa batırın, siniyə qoyub 170 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin. Sonra isə tortun üzərinə qoyun.

Nuş olsun! 

 


nura1997 | 12 fevral 2016 16:52 | Status: Qonaq | Şərh: 0
Qeseng gornusu var tewekkurler
Ay_Sun | 16 yanvar 2016 16:18 | Status: Brilliant user | Şərh: 13 408
Hazirlamaga deyer tesekkurler.
Dəniz qızı | 29 dekabr 2015 22:46 | Status: Brilliant user | Şərh: 8 017
Sitat: sadəcə MƏN
Diqqət! Sizin gizli mətnə baxmağa hüququnuz yoxdur.
sadəcə MƏN | 27 dekabr 2015 22:27 | Status: Brilliant user | Şərh: 4 771
Diqqət! Sizin gizli mətnə baxmağa hüququnuz yoxdur.
SEVDA | 26 dekabr 2015 19:24 | Status: Nəzarətçi | Şərh: 17 439
Bişirən olsaydı çayla içərdik..... winked
guldeniz | 26 dekabr 2015 15:23 | Status: Professional user | Şərh: 1 641
dadli gorunur tewekurler bacim
dılay | 26 dekabr 2015 14:14 | Status: Brilliant user | Şərh: 8 183
Beh ,beh ela gorsenir...
Azeri Fidashka | 26 dekabr 2015 12:03 | Status: Şərhçi | Şərh: 734
nus olsun tesekkur
B.Fereh | 26 dekabr 2015 11:49 | Status: Nəzarətçi | Şərh: 6 975
Adi lap xowuma geldi "Markiza"
Kewyu nedi anlamadim(
Əsmər1 | 26 dekabr 2015 11:28 | Status: VİP user | Şərh: 1 584
Dadlıya oxşayır