Mətbəximiz / Tortlar

Tanqo tortu

mamasinin ureyi | 5-06-2015, 09:00
5 145 20

 

xəmir:
50 q kərə yağı
10 q badam unu
30 q şəkər pudrası (+1 budaq vanil)
0,5 yumurta
2 çimdik iri dəniz duzu
85 q buğda unu
30 q ağ küncüt (öncədən azacıq qovurun)

parmezanlı muss:
80 q sürtgəcdən keçirilmiş parmezan
2 yarpaq jelatin (10 q)
45 ml su
45 q şəkər tozu
3 yumurtanın sarısı
210 q yağlı qaymaq (160 q + 50 q)
moruqlu-istiotlu kompot:
3 yarpaq jelatin (15 q)
0,5 şirin qırmızı istiot (25 q püre)
60 q şəkər tozu

250 q moruq püresi (dənəsiz)
 0,5-1 x.q. şəkər pudrası
5 q jelatin yarpağı
125-200 q moruq
Hazırlanma qaydası
Otaq temperaturunda olan yağı, badam ununu, şəkər pudrasını, vanili, yumurtanı, duzu, unu prosessora (stasionar mikser) qoyun, 1 dəqiqə çalın. Küncüt əlavə edin. Kündə formasına düşəndə hazırdır. Qida plyonkasına bükün, soyuducuda 2 saat saxlayın.
Xəmiri nazik yayın, 20 sm diametrli, 2-3 sm hündürlüklü formaya döşəyin, 30 dəqiqə soyuducuda saxlayın.
Sobanı 170 dərəcə qızdırın, formadakı xəmirin üzərinə yük (perqamentin arasında düyü, yaxud lobya) qoyub təxminən 20 dəqiqə, qızılı rəng alanadək bişirin. Soyudun.
Muss:
Parmezanı sürtgəcdən keçirin. Jelatini soyuq suda 20 dəqiqə saxlayın.
Su və şəkər tozunu tayqulpda qarışdırın, şəkər tozu əriyib qaynara düşənədək bişirin. Yumurta sarılarını çalın və çaldıqca da nazik axınla qaynar şərbəti tökün, kütlə ağappaq olub, həcmi iki dəfə artanadək çalın.
50 ml qaymağı vam odda qızdırın (qaymağın qalanını soyuducuda saxlayın), suyu sıxılmış jelatini əlavə edin, tam əriyənədək qarışdırın, sürtgəcdən keçirilmiş parmezan əlavə edin. Vam odda daim qarışdıraraq pendir tam əriyənədək bişirin. Diqqətli olun, yanmasın.
Qalan 160 ml çox soyuq qaymağı möhkəm çalın. Şərbətlə qarışdırdığınız yumurta sarılarını, pendirli kütləni də əlavə edib qarışdırın. Alınan kremi ayrı formaya yayın (asan çıxsın deyə silikon formadan istifadə edə bilərsiniz, yoxdursa, kənarlarına plyonka çəkin). 2 saat dondurucuda saxlayın (daha uzun müddət də olar).
İstiotlu moruq kompotu:
Jelatini soyuq suda 20 dəqiqə isladın.
İstiotun dənələrini təmizləyin, 1-2 dəqiqə qaynayan suya, sonra çıxarıb soyuq suya salın, qabığını soyub püre düzəldin.
Moruq püresi və şəkər tozunu qarışdırın, ocağın üstünə qoyun, şəkər tozu əriyənədək bişirin, istiot püresi və moruqlu balzamik sirkəni əlavə edin. Soyudun.
Tartı soyuducudan çıxarıb istiotlu moruq kompotunu üzərinə çəkin. Qatılaşanadək soyuducuda saxlıyın.
Bəzək:
Jelatini soyuq suda 15-20 dəqiqə saxlayın.
Moruq püresi və şəkər tozunu şəkər tozu əriyənədək qızdırın, amma qaynamasın. Sıxılmış jelatini əlavə edib tam əriyənədək qarışdırın. Soyudun (soyuducuya qoymayın).
Parmezanlı kremi formadan çıxarın, tartın ortasına qoyun, üzərinə moruqlu jeleni tökün. Moruqla bəzəyin.
* Əgər moruqlu balzamik sirkə yoxdursa, o zaman moruğu əzin, bir gecə soyuducuda saxlayın, sonra ələkdən keçirin, balzamik sirkə ilə qarışdırın. Ya da balzamik və moruq sirkələrini qarışdırın.
                                                                                Nuş olsun!

B.Fereh | 5 may 2016 17:49 | Status: Nəzarətçi | Şərh: 6 976
UZERINDEKI BIBERI HELE INDI GORUREM. smiley
B.Fereh | 1 mart 2016 13:01 | Status: Nəzarətçi | Şərh: 6 976
Ne uzun proses oldu)
Yagis_Negmesi | 30 noyabr 2015 14:28 | Status: Gümüş user | Şərh: 1 614
Tekrar xeberdi tesekkurler
buxqalter | 31 oktyabr 2015 11:27 | Status: VİP user | Şərh: 1 212
Tewekkurler...
guldeniz | 30 sentyabr 2015 21:24 | Status: Professional user | Şərh: 1 641
tewekurler
Elcin sangu | 30 iyul 2015 12:48 | Status: Şərhçi | Şərh: 238
Sirniyatlari xosluyuram tewekurler
esma inci | 8 iyun 2015 15:23 | Status: Gümüş user | Şərh: 1 096
tewekkurler
könka31 | 7 iyun 2015 16:21 | Status: Şərhçi | Şərh: 279
nə qəşəngdir
SEVA | 7 iyun 2015 16:12 | Status: Professional user | Şərh: 5 150
tortlari sevirem bu tort ama bir az qelizdi fellow aaa deyesen tenbellesmisem 0110
Girl | 6 iyun 2015 21:07 | Status: Professional user | Şərh: 8 206
Seviyom ben bu tortu))) 0158
Nergiz love | 6 iyun 2015 14:16 | Status: Professional user | Şərh: 7 871
Tortlari cox xosluyuram
boris arxan | 6 iyun 2015 14:01 | Status: Professional user | Şərh: 4 784
maraqli tortdu amma bir az qelizdi
Ay_Sun | 5 iyun 2015 20:33 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: SEVDA
Qeliz oldu bir az....
Biwiren olsaydı çayla içerdik... fellow
Nagizade.Leyla | 5 iyun 2015 16:47 | Status: VİP user | Şərh: 1 321
Təşəkkürler ...
Real Madrid CF | 5 iyun 2015 14:32 | Status: Qonaq | Şərh: 0
Tesekkurler tort yemirem.
SEVDA | 5 iyun 2015 14:24 | Status: Nəzarətçi | Şərh: 17 441
Qeliz oldu bir az....
Biwiren olsaydı çayla içerdik... fellow
Naranin Ureyi | 5 iyun 2015 13:16 | Status: Gümüş user | Şərh: 1 577
Ciyelemle olan her weyden xowum gelir. Bu tortuda beyendim.
Nilay | 5 iyun 2015 13:01 | Status: Qonaq | Şərh: 0
Twk maraqli tortdu
Ag Gul | 5 iyun 2015 12:04 | Status: Professional user | Şərh: 4 333
Superrrrrrrrr tesekkurler
Sunay Elizade | 5 iyun 2015 09:01 | Status: Gümüş user | Şərh: 2 156
ela gornusu var beyendim