Mətbəximiz / Tortlar

Napoleon Tortu

Aynur_Qurbanqizi | 7-02-2011, 20:13
55 629 126
NAPOLEON TORTU
Əvvəla bunu deyim ki, Napoleon bir neçə qayda ilə hazırlanır. Əsl qat-qat xəmirdən, tez hazırlanan qat-qat xəmirdən və bu reseptdəki kimi adi yağlı xəmirdən. Kremini isə “zavarnoy” kremdir. Əgər sizin öxünüzün bildiyi və bəyəndiyi krem varsa, burdakı kremlə əvəz edə bilərsiniz.
Xəmir Üçün:
200 q soyuq kərə yağı - iri-iri doğrayın
4 stəkan un
1 yumurta
1 stəkan xama

3 yumurta
1 stəkan yarım şəkər tozu
6 xörək qaşığı un və ya qarğıdalı nişastası (qaşığı çox doldurmayın)
4 stəkan süd
200 q kərə yağı

Əvvəlcə kremi hazırlayın. Kasada yumurta və şəkəri bir az rəngi açılana qədər çalın. Alınan kütləni bir qazana boşaldın. Üstünə un və südü əlavə edin və yaxşıca qarışdırın kı, un açılsın. Sonra bu kütləni orta odda qarışdıra-qarışdıra qatılaşanadək bişirin, təxminən 6-7 dəqiqə. Kənara çəkin. Qoyun bir 10 dəqiqə soyusun. Sonra üstünə kərə yağını əlavə edib krem halına gələnədək mikserkə çalın. Kremi soyuducuya qoyun.
İndi isə xəmiri hazırlayın. Bunun üçün qaba un və kərə yağını qoyun. Bunları ya bıçaq, ya da barmaqlarınızla iri umac əldə edənə qədər döyün.
Ayrı qabda yumurta və xamanı qarışdırın. Sonra bu qarışığı unlu-yağlı qarışığa əlavə edin. Əlinizlə xəmir əldə edənə kimi qarışdırın. Xəmir yumuşaq və zərif olmalıdır (qeyd: adətən 4 stəkan un kifayət olur, amma əgər xəmir hələ də ələ yapışırsa, onda ona bir az da un əlavə edin)
Xəmiri 7 hissəyə bölüb kündələyin (8 kündə də ola bilər, istəsəniz). Kündələri sellofana büküb 2 saatlığa soyuducuya qoyun.
Xəmir soyuduqdan sonra bişirilməyə hazırdır.

Sobanı 200Cdək qızrıdın.

Kündələri bir-bir bişirin. Bunun üçün hər kündəni oxlovla təxminən 28 sm-lik kvadrat şəklində nazik-nazik açın. Formanızın ölçüləri fərqlidirsə, layların ölçüsünü ona görə edin. Laylar nazik olmalıdır, şəkildə gördüyünüz kimi. Açdığınız layı formaya yerləşdirin (formanı yağlamayın!). Əgər cırılan yerləri varsa, xəmirlə yapışdırın. Layın üstünü çəngəllə 3-4 yerdən deşin. Bunu ona görə edirsiniz ki, xəmir sobada çox qabarmasın. Qabarsa da, narahat olmayın. Sonrakı mərhələdə onları *partladacaqsınız*.
Hər layı 6-8 dəqiqə ərzində üstü bir az qızarana qədər bişirin. Tez-tez baxın ki, yanmasınlar. Hazır layın üstü yarı ağ, yarı qızarmış yamaqlar şəklində olacaq ki, bu, belə də olmalıdır. Bütün kündələri eyni şəkildə açıb bişirin. Bişən layları ehtiyyatla bir-birinin üstünə yığın. Ən çox bişən və ya qırılan layı ovub kənara qoyun, bu ovuntunu sonrakı mərhələdə tortun üstünə səpəcəksiniz.
İndi isə layları aralarına bol-bol krem çəkmək şərtilə üst-üstə yığın. Layların qabarıqları varsa, onları çəngəllə *partladın*. Kremi layların kənarlarına daha da bol çəkin, çünki tortun kənarları ən çətin yumuşalandır.
Kənara qoyduğunuz ovuntunun bir hissəsini tortun üstünə, digər hissəsini isə kənarlarına səpin. Tortunuzun kənarları bir o qədər səliqəli deyilsə, onda ora ovuntu səpməyin. Gözləyin tort yumuşalsın, sonra kənarlarını bıçaqla kəsib düzədin və ovuntu səpin.
Qoyun tort ən az 7-8 saat ərzində və ya gecədən səhərədək otaq hərarətində yumuşalsın. Yumuşaldığında Napoleon tortunuz hazırdır.
Nuş olsun!
Müəllif: Fəridə


Əsmər1 | 17 dekabr 2015 11:18 | Status: VİP user | Şərh: 1 584
Təşəkkürlər
dılay | 6 noyabr 2015 09:43 | Status: Brilliant user | Şərh: 8 183
EladI tewekKurler

Sunay Elizade | 20 may 2015 13:50 | Status: Gümüş user | Şərh: 2 156
ela alinib tsk
SARA55 | 28 mart 2015 01:31 | Status: Qonaq | Şərh: 0
cox sevirəm napalyonu TƏŞƏKKÜRLƏR
FLOVERandGİRL | 21 fevral 2015 19:28 | Status: Professional user | Şərh: 3 251
Sitat: SEVDA
Ela tortdur,biwirmeye deyer....
ALLEGRETTO | 20 noyabr 2014 19:57 | Status: Gümüş user | Şərh: 2 218
Məndə Jozefinanı çox sevirəm wink ..heyif ki ..onun adına tort yoxdur
Meqa | 20 noyabr 2014 19:53 | Status: Professional user | Şərh: 2 077
cox sevirəm napalyonu amma yaxsı bişiren olsa
SEVDA | 14 oktyabr 2014 10:29 | Status: Nəzarətçi | Şərh: 17 439
Ela tortdur,biwirmeye deyer....
ada.. | 10 oktyabr 2014 08:03 | Status: Qonaq | Şərh: 0
Beyenmedim....
saarah | 17 iyul 2014 16:55 | Status: Qonaq | Şərh: 0
Hec yeməmişəm bu resept ə baxib bişirə cem ama biraz çətin gəldi mənə. Teşekkürler
SABINA | 30 aprel 2014 07:46 | Status: Professional user | Şərh: 7 410
sevdiyim tortlardan biri.amma en cox nagil(skazka)tortunu sevirem
HESENIM | 8 aprel 2014 19:20 | Status: Gümüş user | Şərh: 1 262
YAXSIDI HERDEN HAZIRLAYIRAM
pirenses | 12 mart 2014 22:13 | Status: VİP user | Şərh: 1 397
TESEKKURLER....
nuray2007 | 26 yanvar 2014 21:29 | Status: Şərhçi | Şərh: 420
bu tortu cox sevirem
Damla A-va | 4 noyabr 2013 15:47 | Status: VİP user | Şərh: 616
TESEKKURLER...
Ay_Sun | 5 oktyabr 2013 20:10 | Status: Brilliant user | Şərh: 13 408
cox xosum geldi asanddi yazdim deftere hazirlayacam twk
Gumus. | 17 iyul 2013 13:30 | Status: Qonaq | Şərh: 0
Mende tez tez bisirirem,yaxsi olur.ama resepti basqacurdu.
Feride 18 | 24 iyun 2013 18:07 | Status: VİP user | Şərh: 686
mende hazirlamisam.cox dadli tortdur _define083
Qanad | 22 iyun 2013 00:00 | Status: Yazar | Şərh: 4 357
Men de evde hazirlayiram.dadli olur.atdim secilmislere
seva85 | 18 iyun 2013 23:14 | Status: Gümüş user | Şərh: 2 045
maqazinden alib yemisem bele ozum hazirlamamisam,dadli gorunur tesekkurler
ismayilova x | 17 iyun 2013 10:47 | Status: Qonaq | Şərh: 0
mende hazirlamisam.cox dadli tortdur what
ismayilova.x | 17 iyun 2013 09:49 | Status: Qonaq | Şərh: 0
super tortdur
Sehri. | 13 iyun 2013 17:41 | Status: Qonaq | Şərh: 0
Ən sevdiyim şirniyyatlardandır...
Mickey Mouse | 12 iyun 2013 10:56 | Status: Professional user | Şərh: 4 008
Napalyon tortunu beyenirem.
Beren | 1 iyun 2013 22:29 | Status: Professional user | Şərh: 3 214
Ən sevdiyim tort.Çooox sevirəm.Atdım seçilmişlərə.Təşəkkürlər.
Leyla. | 30 may 2013 08:24 | Status: Professional user | Şərh: 2 597
bu tortu cox sevirem.
ayruska | 22 may 2013 22:00 | Status: Professional user | Şərh: 3 978
sevmirem bu tortuuu
Hande 18 | 24 aprel 2013 21:12 | Status: Professional user | Şərh: 3 302
xoslamadim twk
Girl | 1 aprel 2013 17:36 | Status: Professional user | Şərh: 8 206

MENDE HAZIRLAYA BILIREM TWK

AYNISAN ... | 28 mart 2013 12:55 | Status: Qonaq | Şərh: 0
ellerine saqliq.tez-tez bisirirem.