Mətbəximiz / Tortlar
Şahmat tortu
Ag Gul | 17-02-2015, 09:00
16 992 21
Vəsaitlər:
4 yumurta
4 qəhvə fincanı şəkər tozu
2 yemək qaşığı kakao
1 paket qabartma tozu
4 qəhvə fincanı un
Kremi üçün:
5 su stəkanı süd
4 yemək qaşığı un
1/2 su stəkanı şəkər tozu
1 yumurta
1 paket vanil
1 paket toz şanti
Sousu üçün:
1 su stəkanı süd
1 su stəkanı su
2 yemək qaşığı kakao
1,5 yemək qaşığı un
4 yemək qaşığı şəkər tozu
Hazırlanması:
Bu keks üçün otaq istiliyinə gələn yumurta ilə şəkəri 5 dəqiqəyə qədər çırpın. Un və qabartma tozunu ələyib taxta qaşıqla qarışdırın. Xəmirin yarısını yağlı kağız sərilmiş yumru keks nimçəsinə tökün. Digər yarısına kakao əlavə edib eyni böyüklükdə başqa bir nimçəyə tökün. 180 dərəcədə əvvəldən isidilmiş sobada bişirin. (Əgər eyni böyüklükdə iki nimçə yoxsa vəsaiti yarıya bölüb, əvvəl sadə sonra kakaolu tort edə bilərsiniz.)
Keks sobada bişərkən, 1 paketin içindəki iki paket krem şantini 1 stəkan süd ilə çırpıb, soyuducuya qoyun. Qalan südün yarısını bir qazanda şəkərlə birlikdə qaynadın. Digər yarısına un ilə yumurtanı əlavə edib çırpın və qaynayan süddən bir az əlavə edin. İlıq vəziyyətə gələn qarışığı qazandakı südə qarışdıraraq, yavaş-yavaş tökün.
Krem halına gəlincə ocaqdan alıb mikser ilə müəyyən aralıqlarla çırpın. Soyuyan kremə çırpılmış, soyuducuya qoyulmuş şantinin yarısını əlavə edin. Qalan yarısını ən son üstünə sürmək üçün təkrar soyuducuya qoyun. Sobadan çıxan sadə və kakaolu keksləri ortadan ikiyə ayırın. Bir qəlib ya da stəkan qab kimi vəsaitlərdən istifadə edərək keksləri şəkildəki kimi bir-birinin içinə keçəcək şəkildə 4 halqa kəsin.
Alt hissəyə ilk olaraq sadə keks halqasını qoyun. Halqanın orta hissəsinə bir bıçaq köməyiylə kremi sürtün və daha kiçik ölçüdəki kakaolu keks halqasını qoyub təkrar kremi incə bir təbəqə halında sürtün. İlk sıranı bu şəkildə bitirin. Tamamilə bitincə kremlə səthini əhatə edin. Bir üst sıraya kakaolu halqa ilə başlayıb eyni əməliyyatı kəsilən bütün parçalar bitənə qədər üst-üstə davam edin. Qalan kremi keksin üzərinə sürtdükdən sonra soyuducudakı krem şantiylə də tamamilə əhatə edin. Şokolad sousu üçün bütün vəsaiti qarışdıraraq bişirin. İlk istiliyi çıxınca dama keksin üzərinə tökün. Soyuducuda gözlədin.
Nuş olsun...