Mətbəximiz / Tortlar

Uşaqlıq illərimin "dadlı" xatirəsi

SABINA | 3-12-2014, 16:20
12 181 52

Uşaqlıq  illərimin  "dadlı" xatirəsi
Əziz  AzadQadın.az  saytının  xanımları! Sizinlə  bir  tort  reseptini  paylaşmaq  istəyirəm :love:. Nağıl  tortu. Bu  tortun dadını  heç bir  şirniyyatın  dadına  dəyişmərəm. Bu dad ömrümün ən qayğısız günlərinin  xatirəsidir:0115:. Burada  şərhlərimin birində də  qeyd etmişəm ki, bu tort mənim üçün fərqli bir tortdur. Həm dadı, həm də xatirəsi... Keçmiş  günlərimə bir anlıq qayıtmaq üçün bu tortu hərdən hazırlayıram. Çətin  olur  mənim üçün  hazırlamaq :0136: Tənbəl  oldun  belədir. :love:. Buyurun, bu da həmin resept.

Hazırlanma qaydası:
Xəmiri üçün:
5.5 x.q. un
5 x.q. şəkər tozu
2 yumurta

Krem üçün:
170 q kərə yağı
90 q şəkər pudrası(qəhvə üyüdənlə edin)
70 q qatılaşdırılmış süd
Kakao tozu
Qida boyaları(qırmızı,yaşıl)

Şirə üçün:
80 ml su
4 x.q. şəkər tozu

Bəzəyi üçün:
Bir qədər quru meyvə

Hazırlanması:
Əvvəlcə sobanı 180 dərəcə qızdırın. Düzbucaqlı nimçəni azca əridilmiş kərə yağıyla yaxşıca yağlayın, üzərinə un səpin. Unun artığını nimçəni üzüaşağı tutmaqla boşaldın.

Unu ələyin. Bir qabda yumurtaları şəkər tozu ilə birlikdə mikserlə çalın. Şəkər tozu tam əriyənə və kütlənin həcmi təxminən 2,5 dəfə artana qədər çalın. Ehtiyatla unu əlavə edib tez qarışdırın.
Xəmiri hazırladığınız nimçəyə tökün. 30-35 dəqiqə qızılı rəng alanadək bişirin. Bişən zaman sobanın ağzını açmayın, yoxsa biskvit yaprıxar. Hazır biskviti əvvəlcə nimçədə soyudun, sonra çıxarıb çevrilmiş ələyin və yaxud da dəmir şəbəkənin (adətən, sobanın içində olur) üzərinə qoyub, quruması üçün bir gecə saxlayın.

Şirə üçün tavaya su və şəkər tozu tökün, qaynara düşənədək qarışdırın. Şəkər əriməlidir. Hazır şirənin ağzını örtüb soyudun, sonra şərab əlavə edib qarışdırın.

Qurumuş biskviti hər tərəfdən iti bıçaqla kəsib düzbucaqlı forma verin. Çox iti bıçaqla eninə üç hissəyə bölün. Artıqları xırdalayın və tavada qızılı rəng alanadək qovurun.
Şirəni biskvitə hopdurun.

Krem üçün  yağ və şəkər pudrasını mikserlə çalın. Qatılaşdırılmış süd əlavə edib yenə çalın. İki hissəyə bölün. Bir hissədən 2 x.q. ayırıb kənara qoyun. O biri hissəni kakao tozu ilə qarışdırın. Ayırdığınız 2 qaşıq kremi isə qida boyaları ilə qarışdırın: birini qırmızı, o birini yaşıl rənglə, beləliklə, 4 rəngdə krem alınacaq: ağ, qəhvəyi (şokoladlı), qırmızı və yaşıl.

Hissələrin arasına ağ krem çəkib, üst-üstə yığın. Kənarlarına şokoladlı krem çəkin və qovurduğunuz biskvit qırıntılarını səpin. Ortasına zolaq-zolaq şokoladlı krem çəkin, yaşıl kremlə yarpaq, qırmızı kremlə gül çəkin, ara hissəyə isə meyvə qurusunu yerləşdirin.
 
Nuş olsun...... :0109:
 
Bu da çayınız...))
 
 
 
Redaktə etdi: Ağ gül

B.Fereh | 23 mart 2016 23:59 | Status: Nəzarətçi | Şərh: 6 976
Hazirlayacam gorum,o vaxt satilanlarin dadin verecekmi:)
NELLI222 | 5 dekabr 2015 20:19 | Status: Qonaq | Şərh: 0
Menımde ushaqlıgımın dadlı xatıresıdı.Mence o dadı vermez.Ushaqlıgımız yoxdu axı
cesur kiz | 4 oktyabr 2015 20:49 | Status: Şərhçi | Şərh: 115
qatilasdirilmis sudun yerine krem santi qoya bilerem????????
Elcin_sangu... | 10 avqust 2015 15:43 | Status: Qonaq | Şərh: 0
Tewekkurler beyendim
Elcin sangu | 30 iyul 2015 12:51 | Status: Şərhçi | Şərh: 238
Resepte gore tewekurler
SaFFir | 22 iyun 2015 15:02 | Status: Qonaq | Şərh: 0
Bir ara eliyim gərəy təşəkkürlər
SABINA | 16 iyun 2015 22:01 | Status: Professional user | Şərh: 7 410
Serh yazan her kese tesekkurler
AYXAN HEC KIM | 11 mart 2015 14:14 | Status: Şərhçi | Şərh: 231
tesekkurlerrr.
nurlana nurlana | 14 fevral 2015 18:34 | Status: Gümüş user | Şərh: 1 950
Dadlı görükür
my life is music | 2 fevral 2015 14:56 | Status: Gümüş user | Şərh: 736
bu soz ola bilmezsuperrrrrrrrrrrrrrrrrr love
SABINA | 3 yanvar 2015 14:37 | Status: Professional user | Şərh: 7 410
Sitat: Konul_1980
)))))))))))))))) 2 evvel alib yedik.leziz nagil...

Sitat: mamasinin ureyi
Cox leziz olar mence ...cox saqolun resept ucun

Sitat: Nermine1
super gorunur

cox sag olun
Nermine1 | 21 dekabr 2014 18:25 | Status: Gümüş user | Şərh: 673
super gorunur
mamasinin ureyi | 20 dekabr 2014 19:07 | Status: Professional user | Şərh: 1 112
Cox leziz olar mence ...cox saqolun resept ucun
Konul_1980 | 5 dekabr 2014 20:03 | Status: Şərhçi | Şərh: 245
)))))))))))))))) 2 evvel alib yedik.leziz nagil...
SABINA | 4 dekabr 2014 22:18 | Status: Professional user | Şərh: 7 410
Sitat: N....N92
Qizlar mende bu gun tort bisirmisem gelin sobetlese yeyeyin..

sirin agizla yeyin canim 0109
N....N92 | 4 dekabr 2014 19:37 | Status: Professional user | Şərh: 4 351
Qizlar mende bu gun tort bisirmisem gelin sobetlese yeyeyin..
Ag Gul | 4 dekabr 2014 18:05 | Status: Professional user | Şərh: 4 333
Sitat: Girl
Mən bu tortun vaxtında olmamışam. wink Deyirlər indiki tortun dadı əvvəlki kimi deyil..)) Yəqin əvvəl daha dadlı olub..)) Təşəkkürlər ikinizədə canlarım..))

təşəkkürlər üreyim 0109

Sitat: Aynur_Mezahirli
Belə tortları çox sevirəm, resept üçün hər ikinizə təşəkkür çayıda içdim çaşkanıda çox bəyəndim.

sağ ol bacım 0109

Sitat: SELENA
UCUNSE AG GULE MINNETDARAM/COX SAG OL CANIM

dəyməz bacım sən də sağ ol 0109
FLOVERandGİRL | 4 dekabr 2014 18:01 | Status: Professional user | Şərh: 3 251
Anama deyecem muütləq bişirsin tşklarrr
SABINA | 4 dekabr 2014 16:55 | Status: Professional user | Şərh: 7 410
Sitat: Lumia
Bir de Cinar sokoladi)))

bax o yadima gelmir nese/xeyal kimi nese xatirlayiram/amma tam yox recourse
Sitat: NUR-AY.
tesekkurler gozelll.elllerin var olsun

cox cox tesekkurler
Nur | 4 dekabr 2014 16:35 | Status: Professional user | Şərh: 3 988
tesekkurler gozelll.elllerin var olsun
Lumia | 4 dekabr 2014 16:10 | Status: Professional user | Şərh: 5 378
Sitat: leyla meherremova
Doğurdan da uşaqlıq illərimə qayıtdım bir an... Çox sevirdim bu tortu və Abşeron tortunu....

Bir de Cinar sokoladi)))
SABINA | 4 dekabr 2014 11:25 | Status: Professional user | Şərh: 7 410
Sitat: perishka2
Ay mən uşaq olanda atam tez-tez alırdı.Amma indikilərin dadı elə deyil.Təşəkkür.

he baci nese ferqlidi/senede tesekkurler
Sitat: Aynur_Mezahirli
Belə tortları çox sevirəm, resept üçün hər ikinizə təşəkkür çayıda içdim çaşkanıda çox bəyəndim.

cox sag ol baci
Sitat: G Ü L Ü M
COX SAGOLUN MARAQLIDIR

tesekkurler

SERHLERINIZ UCUN HAMINIZA TESEKKUR EDIREM REDAKTE UCUNSE AG GULE MINNETDARAM/COX SAG OL CANIM
G Ü L Ü M | 4 dekabr 2014 10:24 | Status: Şərhçi | Şərh: 144
COX SAGOLUN MARAQLIDIR
Aynur_Mezahirli | 4 dekabr 2014 09:37 | Status: Qonaq | Şərh: 0
Belə tortları çox sevirəm, resept üçün hər ikinizə təşəkkür çayıda içdim çaşkanıda çox bəyəndim.
Dəniz qızı | 4 dekabr 2014 08:01 | Status: Brilliant user | Şərh: 8 019
Ay mən uşaq olanda atam tez-tez alırdı.Amma indikilərin dadı elə deyil.Təşəkkür.
SABINA | 4 dekabr 2014 00:05 | Status: Professional user | Şərh: 7 410
Sitat: Girl
Mən bu tortun vaxtında olmamışam. wink Deyirlər indiki tortun dadı əvvəlki kimi deyil..)) Yəqin əvvəl daha dadlı olub..)) Təşəkkürlər ikinizədə canlarım..))

agez cubbulu bu tort oten esrden yadigardiye.sen 21 esr cubbulususan 0109
Girl | 3 dekabr 2014 23:28 | Status: Professional user | Şərh: 8 206
Mən bu tortun vaxtında olmamışam. wink Deyirlər indiki tortun dadı əvvəlki kimi deyil..)) Yəqin əvvəl daha dadlı olub..)) Təşəkkürlər ikinizədə canlarım..))
SABINA | 3 dekabr 2014 22:54 | Status: Professional user | Şərh: 7 410
Sitat: Hayka
Sitat: TERANE1978
Bu tortu görub cox kövreldim.uşaqliqimda yaşadiqim cox tesirli bir hadise yadima duşdu.Tşk resept ucun.
q
Can baci ureyim sene qurban.kovrelme onsuzda derdin boyukdu caninm.

caan terisim uzulme.seni hamimiz cox isteyirik 0109

agez Hayka niye gec gec gelirsen heeeeee?????
Hayka | 3 dekabr 2014 21:57 | Status: Şərhçi | Şərh: 396
Sitat: TERANE1978
Bu tortu görub cox kövreldim.uşaqliqimda yaşadiqim cox tesirli bir hadise yadima duşdu.Tşk resept ucun.
q
Can baci ureyim sene qurban.kovrelme onsuzda derdin boyukdu caninm.
SABINA | 3 dekabr 2014 20:38 | Status: Professional user | Şərh: 7 410
Sitat: azerin f.
Atdım seçilmişlərə.Çox sağ ol resepte görə smile
Bu tort məni bağçada olduğum illəri xatırlatdı.Anam bayramlarda müəlliməyə hədiyyə olaraq bu tortdan aparardı,mənim də heyfim gələrdi wink

beyendiyinize sevindim.
Sitat: Merlin.
Resept üçün təşəkkürlər

cox sag ol gozelim