Mətbəximiz / Tortlar

"Ferrero rocher" tortu (fotoresept)

leyla meherremova | 7-09-2016, 09:00
4 079 1
 
 

 Tərkibi :

5 iri yumurta
6 yemək qaşığı şəkər
1.75 st. - yer fındığı
2 yemək qaşığı un
2 yemək qaşığı kakao tozu
1 paket qabartma tozu
200 gr. duzsuz kərə yağı, (otaq temperaturunda yumşaldılmış)
280 gr. tünd şokolad
7 yemək qaşığı nutella şokolad yağı
200-220 gr. vafli qırıntıları
10 ədəd  "Ferrero Rocher" şokoladı (bəzəmək üçün)
 

Hazırlanması

 
Yumurta və şəkər tozu birlikdə yaxşıca çalın.
 

Ələnmiş un, kakao və qabartma tozu qarışdırın, çalınmış yumurtanı tədricən quru qarışığa əlavə edin.

Soba qabını kərə yağı ilə yağlayıb qarışığı ora tökün və 175 dərəcə temperaturda təqribən 40 dəq. bişirin.

 

Mikrodalğalı sobada və ya su hamamında yağ və nutellanı yumşaldıb qarışdırın, bicinsli kütlə alınsın.

Bişmiş kökələri sobadan çıxarın və soyumağa qoyun, kökələrin üzərinə şokoladlı kremi çəkib, aralarına qoz-fındıq ləpəsi, yonulmuş şokalad və vafli qırıntıları səpin.

 Soyuducuya qoyun, yaxşıca yumşalsın, xidmət etməzdən bir qədər əvvəl, soyuducudan çıxarın...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
Bir rus saytından sizlər üçün tərcümə etdim.. :0100:

Nuş olsun!



loading...

Nilay | 7 sentyabr 2016 10:24 | Status: Qonaq | Şərh: 0
Bizim evee sokoladli tort senev yoxdi
Oncunda biairmirem twk xeber ucun