Mətbəximiz / Tortlar

Gecənin yarısı tortu

Alice | 22-04-2014, 09:00
13 337 53

 

Gecənin  yarısı tortu 

 


İçindəkilər.


 

12 yumurta
2 st. (400 q) şəkər tozu
vanil 
2 paket qabartma tozu
2 st. un 
2 x.q. nişasta
2 x.q. kakao tozu
qoz ( zövqə görə)

 

Kremi üçün.

 

250 q kərə yağı 
1 banka qatılaşdırılmış süd 

 

Şərbəti üçün. 

 

 0,5 st. İstənilən  mürəbbə şirəsi 
0,5 st. adi  ilıq su
 
Hazırlanması.

 

İki  xəmir hazırlanmalıdır – açıq və tünd yəni ağ-qara... Buna görə ərzaqları da iki yerə bölün...

İstəyə görə bir yerdə çalıb sonra da ayıra bilərsiniz..

Ya da asan olsun deyə ərzaqları  iki yerə bölün hazırlayın...

  

Ağ qat xəmir üçün..

Ağ xəmir üçün 6 yumurtanı 200 q şəkər tozu ilə ağarınca və həcmi 3 dəfə artınca çalın...

1 st. un, vanil, qabartma tozu, 1 x.q. nişastanı ayrı qabda qarışdırın...

Sonra yumurta qarışığına əlavə edib ehtiyatla  haaaaaa qarışdırın...

Diqqətli olun ki,  Un içində topa-topa  qalmasın...  

Perqament döşənmiş siniyə töküb 175-180 dərəcə qızdırılmış sobada təxminən 30-35 dəqiqə bişirin..

İlk 20 dəqiqədə sobanın ağzını açmayın... ( balaca bir sirr olsun bu )  

Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın..

Biskivit  soyuduqdan sonra ehmallıca ortadan iki yerə bölün...

Eyni hündürlükdə olsun... 

Eyni qayda ilə ikinci xəmiri də hazırlayın... Sadəcə, burada un, qabartma

tozu, nişasta və vanilə kakao tozu da əlavə edin...

Onu da eyni temperaturda və eyni vaxtda bişirib soyudun, korju iki yerə bölün...

4 korj alınacaq – iki ağ, iki qara... 

Xoşladığınız mürəbbə şirəsini (xəmirin tərkibində kakao olduğu üçün albalı mürəbbəsi ilə şərbət əla dad yaradır) ilıqdan bir qədər isti su ilə qarışdırın... Korjlara hopdurun... 

Kremi üçün kərə yağını vanil və qatılaşdırılmış südü çalın... 

Korjları ağ və qara olmaqla növbələyərək aralarına krem çəkib xırdalanmış qoz səpməklə üst-üstə düzün (qozsuz da hazırlaya bilərsiniz, istəyə bağlıdır)...

Kənarlarına və üstünə krem çəkin...

Zövqünüzə görə bəzəyin... Şəkildəki kimi

etmək üçün ilk öncə gözəl bəzək vurmağı bilirsinizsə

tən ortaya bir gül  qoyun... Üstünə  və yanlarına də kakao rəngində olan peçenye  əzib tökün..

 Üzərində ağ olan hissəyə isə Kakos tökün...Və ya ağ krem ilə istədiyiniz formada bəzək verin..

  Bu qədər tortumuz hazırdı.. 

  


 

Leyla. | 24 mart 2016 22:07 | Status: Professional user | Şərh: 2 597
gorunusu eladi.
B.Fereh | 22 fevral 2016 23:33 | Status: Nəzarətçi | Şərh: 6 971
Elaaaaaa......
nura1997 | 11 dekabr 2015 15:23 | Status: Qonaq | Şərh: 0
0100 tessekur resepte gore

[hide][/hide][spoiler][/spoiler]
guldeniz | 30 sentyabr 2015 21:25 | Status: Professional user | Şərh: 1 640
tewekurler ozu kimi dadida gozel oar
Elcin sangu | 29 iyul 2015 16:52 | Status: Şərhçi | Şərh: 238
Cox gozeldir tewekur canim
könka31 | 7 iyun 2015 16:22 | Status: Şərhçi | Şərh: 279
çox qəşəngdir
Tunar_89 | 20 may 2015 22:30 | Status: Qonaq | Şərh: 0
gorundiyi kimi qeseng gorunur .dadina baxmaq pis olmazdi .cay icirem lap ureyim getdi burda
aggul69 | 23 mart 2015 22:52 | Status: Qonaq | Şərh: 0
Baci gozeldir ama bir weyi bawa duwmedimXoşladığınız mürəbbə şirəsini (xəmirin tərkibində kakao olduğu üçün albalı mürəbbəsi ilə şərbət əla dad yaradır) ilıqdan bir qədər isti su ilə qarışdırın... Korjlara hopdurun...

Kremi üçün kərə yağını vanil və qatılaşdırılmış südü çalın.., bawa sahin birini murebbeni ve qatilawdirilmiw Sud ne demek
ayka wirinka | 18 mart 2015 14:55 | Status: Şərhçi | Şərh: 233
elaa alinib saolun
AYXAN HEC KIM | 11 mart 2015 14:16 | Status: Şərhçi | Şərh: 231
neyseeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
asya11 | 21 dekabr 2014 14:00 | Status: Qonaq | Şərh: 0
superdi gedib eliyirem
wink
Aynar | 14 dekabr 2014 21:09 | Status: Qonaq | Şərh: 0
Menim biskivitim ne qeder edirem qalxmir ne edimki qalxsin?
Miraj | 5 noyabr 2014 10:02 | Status: Professional user | Şərh: 2 624
Sitat: nana24
Super tortdu

mencede
nana24 | 8 iyul 2014 22:18 | Status: Qonaq | Şərh: 0
Super tortdu
dream reality | 7 iyul 2014 14:09 | Status: Professional user | Şərh: 1 449
Sitat: GUN77
xeber ucun twk ela gorunur..
bicirik | 3 iyun 2014 14:45 | Status: Qonaq | Şərh: 0
men tort sevmeyen biri sisdime lap wink xanim ellernize sagliq bilmek olar hansi qabda bisirmisiz yeni diametri?
Alice | 2 may 2014 20:31 | Status: Professional user | Şərh: 5 020
Sitat: nuray2007
ALICENIN RESEPTLERINDEN YOXDUR DE

Ay canım heç məndən də yoxdu.. love Çox sağol.. 0109
nuray2007 | 2 may 2014 20:20 | Status: Şərhçi | Şərh: 420
ALICENIN RESEPTLERINDEN YOXDUR DE
GUN77 | 25 aprel 2014 10:02 | Status: Şərhçi | Şərh: 460
xeber ucun twk ela gorunur..
Alice | 24 aprel 2014 02:28 | Status: Professional user | Şərh: 5 020
Sitat: Nurus.
ola biler xanim qiz

Sənin üçün özəl olaraq bişirib göndərəcəm gözəlim..
Nurus. | 24 aprel 2014 02:22 | Status: Brilliant user | Şərh: 6 982
Sitat: Alice
Sitat: Nurus.
Guzel gorunuyor,umarimki,dadida guzeldir.Ellerinize sagliq,Alice xanim.


Yooox ay canım dadı dilə vurulası deyil 0136 Bir dadan birdə dadmır o dərəcədə. 0109 0109

ola biler xanim qiz
Alice | 24 aprel 2014 02:07 | Status: Professional user | Şərh: 5 020
Sitat: Nurus.
Guzel gorunuyor,umarimki,dadida guzeldir.Ellerinize sagliq,Alice xanim.


Yooox ay canım dadı dilə vurulası deyil 0136 Bir dadan birdə dadmır o dərəcədə. 0109 0109
Nurus. | 24 aprel 2014 01:58 | Status: Brilliant user | Şərh: 6 982
Guzel gorunuyor,umarimki,dadida guzeldir.Ellerinize sagliq,Alice xanim.
Alice | 23 aprel 2014 22:42 | Status: Professional user | Şərh: 5 020
Sizlər sağolun gözəllərim.. Bəyənmənizə sevindim..

Sitat: Lumia
Bu tortu gece yarisi bisirmek lazimdir?)))

Hə canım onun özəlliyi və dadı elə ondadı.. wink
Nergiz love | 23 aprel 2014 22:20 | Status: Professional user | Şərh: 7 871
TORTLARI COX SEVIREM 0158
DENIZ QIZI3 | 23 aprel 2014 19:41 | Status: Gümüş user | Şərh: 3 858
cox beyenirem bu tortu ,yemisem cox dadlidir .resepte gore tesekkurler canimm
NURLU | 23 aprel 2014 09:22 | Status: Professional user | Şərh: 5 552
Sitat: Nərmin.bayram
təşəkkürlər Alicə xanım çox gözəl görünür
Lumia | 23 aprel 2014 08:08 | Status: Professional user | Şərh: 5 378
Tesekkurler Alice,resepte gore.Bu tortu gece yarisi bisirmek lazimdir?)))
Nazlı_Kız | 23 aprel 2014 03:18 | Status: Brilliant user | Şərh: 6 472
Resept üçün çox sağolun....
gulya20 | 23 aprel 2014 01:41 | Status: Professional user | Şərh: 4 677
Resepte gore cox sag ol canim,dadli torta oxsayir.