Mətbəximiz / Şirniyyat

Ləzzətlə yeyəcəyiniz 3 şirniyyat növü - "Korovka"

Princess_93 | 15-07-2012, 08:21
52 633 127

 


 

Yağlı "Korovka"

Tərkibi:

2 st. yulaf lopası
1,5 st. un
1 st. qəhvəyi şəkər tozu
1 ç. q. soda
0,5 ç.q. duz
1 st. ərinmiş yağ
400 q iris-karamel "Toffi"
0,25 st. su
1 st. qoz
150 q şokolad yonqarı və ya şokolad

Sobanı 180 dərəcə qızdırın. Təxminən 22x33 sm ölçüdə sininin içinə folqa döşəyin, üzərinə yağ çəkin.
Bir camın içində yulaf lopalarını (rusca bu "овсяные хлопья" adlanır), un, şəkər tozu, soda və duzu qarışdırın. Sonra yağ əlavə edib yenə qarışdırın. Ovxalanan xəmir alınacaq.
Təxminən 1 stəkan həcmində xəmiri ayırıb bir kənara qoyun. Qalan xəmiri isə sininin dibinə yayın, əlinizlə azca yastılayın, 10 dəqiqəliyə sobaya qoyun.

Konfetlərin kağızını soyun, qazançaya qoyub üzərinə su tökün. Vam ocağın üzərinə qoyun. Qarışdıraraq, konfetlər tam əriyənədək bişirin. Konfetlərin əvəzinə bişirilmiş qatı süd istifadə etmək olar.
Sobadakı korju çıxarın.
Onun üzərinə xırdalanmış qoz səpin. Sonra şokolad yonqarlarını, olmasa, sadəcə şokolad plitəsini xırdalayaraq bərabər qaydada bunun üzərinə səpin. Üzərinə isə əritdiyiniz karamelləri tökün. Kənara ayırıb qoyduğunuz xəmiri əlinizlə ovub sinidəki yarımfabrikatın üzərinə səpin.

Yenidən sinini sobaya qoyun, peçenyeni 15-18 dəqiqə bişirin. 5-10 dəqiqə də sobada saxlayandan sonra folqayla birlikdə çıxarın. Soyudun. Sonra isə doğrayın.


"Korovka" peçenyesi
Tərkibi:
16 ədəd "Korovka" konfeti
50 q kərə yağı
50 q süd
1/4 ç.q. qabartma tozu
un
1 ovuc fıstıq
1 yumurta
50 q şəkər tozu
Konfetləri süd və yağla birlikdə əridin. Şəkər tozunu yumurta ilə çalın, qarışdıra-qarışdıra əritdiyiniz konfetləri oraya əlavə edin. qabartma tozu və un əlavə edin. Xəmirin qatılığı qatı xama kimi olmalıdır.
Yağlanmış xırda formaların içinə (məsələn, balıqqulağı formasında) 3 ədəd fıstıq qoyun, üzərinə isə xəmiri tökün.
180 dərəcə qızdırılmış sobada təxminən 30 dəqiqə bişirin (kibrit və ya diş çöpüylə bişib-bişmədiyini yoxlayın).
Kəsmikli "Korovka" piroqu
Tərkibi:
xəmir üçün:
200 q marqarin
150 q şəkər tozu
1 yumurta
350 q un
1 paket qabartma tozu
2 x.q. kakao
sous üçün:
1 st. qatıq
150 q şəkər tozu
4 yumurta
500 q kəsmik
1 paket vanil
1,5 x.q. kartof nişastası
Kəsmiyi sürtgəcdən keçirin ki, lopalar qalmasın. Sonra sous üçün göstərilmiş digər ərzaqları əlavə edib yaxşıca qarışdırın.
Xəmir üçün yumşaldılmış marqarinə şəkər tozu əlavə edib ağarınca çalın. Sonra xəmir üçün olan digər ərzaqları əlavə edib yumşaq xəmir yoğurun. Tennis topu boyda xəmiri ayırıb soyuducuya qoyun.
Təxminən 28 sm diametri olan sininin içinə xəmiri yayın. Üzərinə sousu tökün. Soyuducudakı xəmiri çıxarıb yayın, ondan hissələr qoparıb sinidəki sousun üstünə adda-budda düzün (sanki inəyin üstündəki xallar kimi). Piroqu əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 60-70 dəqiqə bişirin.

 

Nuş olsun!


Aytekin82 | 13 iyun 2013 12:46 | Status: Brilliant user | Şərh: 6 586
getdi seçilmişlərə
cucem. | 13 iyun 2013 12:10 | Status: Professional user | Şərh: 4 415
birinci xowuma geldi
Sehri. | 12 iyun 2013 11:53 | Status: Qonaq | Şərh: 0
"Korovka"dan olsaydı yeyərdik:).Təşəkkürlər.
gunes batarken | 6 iyun 2013 21:41 | Status: Professional user | Şərh: 958
gorunusleri gozeldi tesekkurler
SHIRIN-SHIPSIRIN. | 6 iyun 2013 21:39 | Status: Gümüş user | Şərh: 1 347
TESEKKURLER,,GOZEL GORNUSLERI VAR
DENIZ QIZI3 | 26 may 2013 18:20 | Status: Gümüş user | Şərh: 3 858
tesekkurler,ellerine saglik
FLOVERandGİRL | 25 may 2013 22:11 | Status: Professional user | Şərh: 3 251
cox maraqldir tesekkur edirem
Mickey Mouse | 25 may 2013 17:56 | Status: Professional user | Şərh: 4 008
1-cini beyendim.
NURLU | 15 may 2013 05:58 | Status: Professional user | Şərh: 5 552
bacarsam bisirecem
Akademik | 13 may 2013 02:04 | Status: Professional user | Şərh: 4 580
Hamısını bəyəndim. Çox sağolun.
Hande 18 | 4 may 2013 22:19 | Status: Professional user | Şərh: 3 302
elleruve saliq
ALLAHIN NURU | 25 aprel 2013 11:05 | Status: Qonaq | Şərh: 0
cox dadli gorunur ellernize saliq
ilaska-03 | 15 aprel 2013 22:51 | Status: Qonaq | Şərh: 0

cox maraqli ve lezzetli reseptlerdi  tesekkur  edirem

AYNISAN ... | 28 mart 2013 13:05 | Status: Qonaq | Şərh: 0
bacarsam bisirecem.
Nigar | 27 mart 2013 19:51 | Status: Gümüş user | Şərh: 6 063
n11
Nigar | 24 mart 2013 17:15 | Status: Gümüş user | Şərh: 6 063
n23 n14
Milaska. | 24 mart 2013 12:39 | Status: Gümüş user | Şərh: 1 486
cetindiiiiiiiiiiiiiyeeeeeeeeeeeee
Saida Kerimova | 22 mart 2013 14:51 | Status: Professional user | Şərh: 1 672
tesekkur...
Ruqeyye | 18 mart 2013 23:04 | Status: VİP user | Şərh: 579
çox beyendim elerine saqlıq
Asya21 | 18 mart 2013 11:01 | Status: Şərhçi | Şərh: 273
tşk
askimm | 15 mart 2013 23:46 | Status: VİP user | Şərh: 721
piroqu beyendim tesekkur
harmony | 13 mart 2013 15:08 | Status: Gümüş user | Şərh: 648
hamisini beyendim
nara73 | 12 mart 2013 22:05 | Status: Şərhçi | Şərh: 309
HAMISI ELADI
Dreams | 10 mart 2013 22:28 | Status: Qonaq | Şərh: 0
Cook guzell
Əfşan | 10 mart 2013 14:46 | Status: Professional user | Şərh: 1 714
aferin vallah sene,lap ela reseptdi
nara73 | 9 mart 2013 22:50 | Status: Şərhçi | Şərh: 309
n44
askimm | 5 mart 2013 01:54 | Status: VİP user | Şərh: 721
hazirlayan olseydi caynan icerdim n33
SEVA00 | 5 mart 2013 01:48 | Status: VİP user | Şərh: 1 013
tesekkurler
Gozel Melek | 2 mart 2013 10:57 | Status: Gümüş user | Şərh: 1 531
axirincini beyendim twk....edirem
Sevinc.F | 25 fevral 2013 15:35 | Status: Gümüş user | Şərh: 951
Teshekkurler. Canim.