Mətbəximiz / Şirniyyat

Qaymaqlı vanilli dondurma

Azizova | 23-04-2011, 09:02
8 353 96

Qaymaqlı vanilli dondurma

 Lazım olan ərzaqlar:

2 stəkan süd

2 stəkan qaymaq

5 iri yumurta sarısı

3/4 stəkan şəkər tozu

2 çay qaşığı vanil ekstaktı


Hazırlanma qaydası:

Südü və qaymağı qazana qoyub (dibi qalın olsun ki, dondurma yanmasın), orta odda qaynadın. Qaynayan kimi kənara çəkin. İri qabda yumurta sarısı və şəkər tozunu mikser və yaxud da qaşıqla rəngi bir az açılanadək və kütlə bir qədər qatılaşanadək çalın. Mikserlə təxminən 3 dəqiqə, qaşıqla təxminən 6 dəqiqə. Qaynatdığınız süd-qaymağı  təxminən 1/3-ünü yavaş-yavaş yumurtalı qarışığa əlavə edib qaşıqla dəyanmadan qarışdırın ki, yumurta  bişməsin. Sonra qalan qaynar süd-qaymağı da tədricən yumurtaya əlavə edib qarışdırın. Alınan qarışığı qazana geri tökün. Orta odda taxta qaşıqla dəyanmadan qarışdıra-qarışdıra kütlə bir az qatılaşanadək bişirin. Bu proses təxminən 7 dəqiqə çəkəcək. Süd qaynamamalıdır! İlk etapda südlü qarışığın üzünə çıxan köpüklər qarışıq hazır olana yaxın yox olacaq. Qarışığın qatılığının kifayət olub olmamasını bu cür yoxlayın: taxta qaşığı qarışığa salıb çıxardın. Əgər qaşığın üstündə südlü plyonka əmələ gəlirsə, və əgər barmağınızla o plyonkanın ortasından bir xət çəkdiyinizdə o xət yenidən birləşmirsə, onda qarışığın qatılığı istənilən kimidir. Qazanı kənara çəkin. İri, soyuğa dayanaqlı bir qabın (qapağı da olsun, sonra lazım olacaq) üstünə süzgəc qoyun. Südlü qarışığı süzgəcdən keçirmək şərtilə qaba boşaldın. Vanil ekstraktını qaba əlavə edib, qarışdırın. Qabı soyuducuya qoyun ki, dondurma tamamilə soyusun – ən az 3 saat ərzində, ən çox isə bir gecə ərzində. Soyumuş dondurmanı soyuducudan çıxardın. Qapağını örtüb buzluğa qoyun. Təxminən 45 dəqiqə sonra çıxarıb, ya mikserlə ya da qaşıqla yenidən bərk-bərk çalın. Dondurmanı buzluğa geri qoyun. Bundan sonra iki dəfə hər 30 dəqiqədən bir eyni addımı təkrarlayın. Bu addım ona görə lazımdır ki, dondurma buz bağlamasın və  daha qaymaqlı olsun. Dondurmanı buzşuğa qoyun və tamamilə bərkiməsini gözləyin. Dondurmanız hazırdır. Dondurmanı qablara paylaşdırdıqdan sonra bir neçə dəqiqə gözləyin ki, dondurma bir az yumuşalsın, özünə gəlsin.


Sunay Elizade | 5 iyun 2015 11:35 | Status: Gümüş user | Şərh: 2 156
qaymaq onsuz dadli edirde
ada.. | 15 oktyabr 2014 17:58 | Status: Qonaq | Şərh: 0
Dondurmani sevirem
BULUTUM | 30 may 2014 16:27 | Status: Professional user | Şərh: 7 386
Sevirem
Sitat: Qanad
<p>yay gelseydi </p>

Yay artiq gelib.
SABINA | 26 may 2014 10:46 | Status: Professional user | Şərh: 7 410
MEN CIYELEKLI SEVIREM
HESENIM | 9 aprel 2014 00:32 | Status: Gümüş user | Şərh: 1 262
OLMUREM BUNUNCUN ATDIM SECILMISE
Meryem_Duyqu | 27 mart 2014 01:17 | Status: Yazar | Şərh: 4 130
Bircə yay tez gəlsəydi doyunca yeyərdim...
Gulshen. | 24 fevral 2014 09:08 | Status: Qonaq | Şərh: 0
Sitat: Nigar
Dondurmani cox sevirem amma hazirlaya bilmirem hazirlasamda istediyim kimi alinmi

nuray2007 | 3 fevral 2014 21:34 | Status: Şərhçi | Şərh: 420
dondurmani qizim cox sevir
Nigar | 3 dekabr 2013 16:55 | Status: Gümüş user | Şərh: 6 063
Dondurmani cox sevirem amma hazirlaya bilmirem hazirlasamda istediyim kimi alinmir
Alice | 22 oktyabr 2013 16:48 | Status: Professional user | Şərh: 5 020
ƏLAAAAAAAAAA...SUPER..
Sehri. | 13 iyun 2013 17:42 | Status: Qonaq | Şərh: 0
Təşəkkürlər,əllərinizə sağlıq.
Hande 18 | 3 iyun 2013 10:48 | Status: Professional user | Şərh: 3 302
tesekkurlerrrrrrrrrrrrrrrrrrrrrrrr
RaySum | 29 aprel 2013 20:31 | Status: Professional user | Şərh: 2 594
dondurmani bu il prob elemiwem uje evdekiler qoymasada gizlince yeyirem
Meh_man | 7 aprel 2013 00:16 | Status: Şərhçi | Şərh: 362

az qalib uje ama yeyenler var...dondurmanin qiwda yeri var

Qanad | 2 aprel 2013 22:35 | Status: Yazar | Şərh: 4 357

yay gelseydi 

selenay | 26 mart 2013 19:11 | Status: Professional user | Şərh: 1 466
cox sevirem dondrmalari tsk
Nigar | 24 mart 2013 17:08 | Status: Gümüş user | Şərh: 6 063
n34
harmony | 13 mart 2013 15:11 | Status: Gümüş user | Şərh: 648
beyendim wink n50
nara73 | 12 mart 2013 22:17 | Status: Şərhçi | Şərh: 309
n16
xaqani_1980 | 16 fevral 2013 15:24 | Status: Şərhçi | Şərh: 206
ela
Meqa | 5 fevral 2013 15:59 | Status: Professional user | Şərh: 2 077
dondurmanı çox sevirem..
Gul_Cicek | 28 yanvar 2013 16:14 | Status: Şərhçi | Şərh: 98
cox sevirem dondurmani :n28: amma vaxtim olmur hazirlamaqa
Seninle sevgi | 5 yanvar 2013 15:34 | Status: Şərhçi | Şərh: 155
he men sevmirem dondurma
elnare terlan | 25 dekabr 2012 10:24 | Status: VİP user | Şərh: 1 407
dondurma sevmeyen var
Aya:)) | 21 dekabr 2012 09:49 | Status: Gümüş user | Şərh: 2 239
Təşəkkür edirəm.
PrEnSeS_ | 15 dekabr 2012 09:33 | Status: VİP user | Şərh: 554
Təşəkkür edirəm.
PrEnSeS_ | 6 dekabr 2012 16:28 | Status: VİP user | Şərh: 554
Təşəkkür edirəm.
cin | 5 dekabr 2012 19:16 | Status: Şərhçi | Şərh: 263
atdim secilmiwlere
Nurus. | 16 noyabr 2012 21:57 | Status: Brilliant user | Şərh: 6 982
Lap yay yadima dusdu indi soyuqdu yemek bogaziniz agriyar
Aya:)) | 31 oktyabr 2012 09:33 | Status: Gümüş user | Şərh: 2 239
Beh-beh cox xoşlayırıq.