Mətbəximiz / Şirniyyat

Kişmişli keks sevənlər üçün hazırladıq

Banu. | 19-09-2020, 11:38
242 0
Ərzaqlar:
• 2 yumurta;
• 1 stəkan şəkər tozu;
• 5 yemək qaşığı süd;
• Yarım stəkan duru yağ;
• 2 stəkan un;
• 1 qabartma tozu;
• 1 vanil;
• 1 çimdik duz;
• 100 qr kişmiş;

Hazırlanması:
• Yumurta, şəkər tozu, vanil və bir çimdik duzu dərin bir qaba əlavə edib mikserlə qarışdırın.
• Üzərinə süd, yağ, və qabartma tozun əlavə edib təkrar mikserlə qarışdırın.
• Sonda unu əlavə edib qarışdırın.
• Kismişin üzərinə 2 çay qaşığı un töküb qarışdırın sonra keks xəmirinin üzərinə töküb qaşıqla qarışdırın.
• Kek xəmirini soba listinə əlavə edin.
• Öncədən isidilmiş sobada üzəri qızaranadək bişiririk.