Mətbəximiz / Şirniyyat

Uşaqlığı sovet dövrünə təsadüf edənlərə tanış gələr! Limonadla korjik! Məhz o illərin dadlı, ətirli və yumşaq korjiki

Banu. | 13-07-2020, 08:44
1 431 0

Lazım olan məhsullar.
- 400-450 qr un
- 200 qr şəkər tozu.
- 100 qr süd.
-100 qr kərə yağı .
- 1ədəd yumurta .
- 1paçka vanil.
- 1/2 ç.q.qabartma toxu.
-1 yumurta sarısı (korjiklərin üzərinə çəkmək üçün)
 
Hazırlanması.
Divarları qalın olan kiçik qazana süd,şəkər tozu və vanil şəkərini tökün ,qarışfıra qarışdıra qızdırın və bir neçə fəqiqə ərzində qaynadın .Sonra tam soyudun.Yumşaq kərə yağını yumurta ilə birlikdə mikserlə çalın.Unu ələyin və qabartma tozu ilə qarışdırın.Yağlı yumurtalı kütləyə asta - asta un əlavə edin qaşıqla yavaş yavaş qarışdırın.Xəmiri çox yoğurmaq olmaz.Yoxsa korjiklər bərk alınacaq.Yumşaq və ələ yapışmayan xamır alınmalıdır. Xəmiri 7 mm qalınlığında yayırıq,forma ilə dairələr kəsirik.Korjları xüsusi kağız sərilmiş tavanın üzərinə düzürük.Yumurta sarısını su ilə qarışdırıb və fırça ilə korjların üzərinə çəkirik.Sobanı əvvəlcədən 200 C qədər qızdırın və 10 -15 dəqiqə bişirin.