- FAYDALIDIR:
- QADIN.AZ
- XOŞBƏXT QADINLAR KLUBU
- AYNUR QURBANQIZI
SAYTA GİRİŞ
Mətbəximiz / Şirniyyat
Mürəbbələr - çiyələk, moruq, gilənar, gilas, ərik, şaftalı
Nazar | 25-05-2012, 09:00
32 102 68

Gilənar mürəbbəsi
Tərkibi:
1 kq gilənar
1 kq şəkər tozu
150 ml su
Gilənarın saplağını təmizləyib yuyun. Aşsüzənə yığın.
Sirop hazırlamaq üçün şəkər tozunu ləyənə töküb üzərinə su əlavə edin. Şəkər tozu tam əriyənədək vam odda bişirin.
Meyvəni qaynar siropa tökün, qarışdırıb 6-8 saat saxlayın.
Sonra ocağın üstünə qoyun. Qaynara düşəndən sonra 10 dəqiqə qaynadın, söndürün. Sonra daha 6-8 saat saxlayıb, yenə 10 dəqiqə qaynadın.
Gilənar mürəbbəsini yığdığınız bankaları sterilizə etmək vacibdir. Bunun üçün iri qazana su töküb qapaqları və ağzıaçıq bankaları üzüaşağı içinə qoyaraq təxminən 15-20 dəqiqə qaynadın.
Hazır mürəbbəni sterilizə edilmiş bankalara yığıb qapaqlarını bağlayın, bankaları tərs çevirin. Soyuyanda düzəldin.
Yaxşı olar ki, çəyirdəkli meyvələrin çəyirdəyini çıxarasınız. Çünki uzun müddət saxladıqda bu çəyirdəklər özlərindən həddən artıq təhlükəli olan sian birləşmələri ifraz etməyə başlayır. Bu isə qida zəhərlənmələrinə səbəb olur. (Bu qayda kompotlara da aiddir).

Çiyələk mürəbbəsi

Tərkibi:
1 kq çiyələk
1 kq şəkər tozu
Çiyələyin irisini xırdasından seçib ayrı qablara yığın, yuyun, saplağını təmizləyin, aşsüzənə yığıb suyunun çəkilməsini gözləyin. Ləyənə yığıb üzərinə şəkər tozu səpin (mürəbbələr üçün həmişə enli şirli ləyəndən istifadə edin).
3-4 saatdan sonra çiyələyin şirəsi çıxacaq. Ləyəni vam ocağın üstünə qoyun. Kəfkirlə qarışdıranda əzilməsin deyə ləyənin iki qırağından tutaraq arada ehtiyatla silkələyin, fırladın. Üzünə yığılan kəfi yığın. Qaynara düşəndən sonra iti odda 20 dəqiqə də bişirin. Ocaqdan götürün. Soyudun. Təxminən 1 gün saxlayın, yuyulub qurulanmış bankalara yığın (tez yığanda çiyələklər üzə çıxır, şirə altda qalır).
(Başqa cür də bişirmək olar: qaynara düşəndən sonra 5-6 dəqiqə bişirin. Təxminən 3 saat soyudun. Yenə 5-6 dəqiqə qaynadın. Yenə ocağı söndürün. Sonra arada 5 saat intervalla daha iki dəfə 5-6 dəqiqə qaynadın).
Hazır mürəbbənin şirəsindən boşqaba damızdırın, soyumasını gözləyin. Sonra boşqabı əlinizlə azacıq əyin. Yaxud da barmağınızla ortasından şırım açın. Damla axıb getməməli, giləmeyvə isə şəffaf olmalıdır.
İri çiyələkləri bir, xırdaları bir bişirmək daha yaxşıdır, belədə əzilmir.

Şaftalı mürəbbəsi

Tərkibi:
1,5 kq çəyirdəyi çıxarılmış şaftalı
1 kq şəkər tozu
darçın çubuğu
limon
Yetişmiş, amma bərk şaftalı eçin. Yuyun (üstünə qaynar su töküb qabığını soymaq da olar). Dənəsini çıxarıb dilimləyin.
Üzərinə şəkər tozu səpib 1 saat saxlayın. Çox zəif ocağın üstünə qoyun. İçinə darçın çubuğu salın. Qaynara düşəndə ocaqdan götürün. Proseduru daha iki dəfə təkrar edin. Hər dəfə də çox zəif odda, hərdənbir taxta qaşıqla qarışdıraraq bişirin. Axırıncı dəfə bir limonun şirəsini əlavə edib daha 10-15 dəqiqə qaynadın.
Mürəbbəni qaynar-qaynar steril bankalara yığıb ağzını bağlayın və tərs çevirib soyuyanadək saxlayın.

Moruq mürəbbəsi

Tərkibi:
1 kq moruq
1-2 kq şəkər tozu (istəyə görə)
Təmizlənmiş moruğun üzərinə şəkər tozunun yarısını səpin. Soyuq yerdə saxlayın. Moruq şirəsini buraxandan sonra onu süzün. Şəkər tozunun qalanını bu şirənin içinə tökün. Zəif ocağın üstünə qoyun. Şəkər tozu əriyənədək bişirin. Soyudun. Soyumuş şərbətin içinə giləmeyvələri əlavə edib vam odda hazır olanadək bişirin. Mürəbbəni steril bankalara isti-isti yığın.
Badamlı ərik mürəbbəsi

Tərkibi:
3 kq ərik
2 kq şəkər tozu
400 ml su
2 paket vanil
400 q badam
Ərikləri yuyub qurudun, dənəsini çıxarın.
Şəkər tozunun üzərinə su tökün, qarışdırıb qaynara düşənədək vam odun üzərində bişirin.
Ərikləri mürəbbəni bişirəcəyiniz ləyənə yığın, üzərinə badam və vanilli şəkər səpin. Qaynar şərbəti üstünə tökün. Tam soyuyanacan gözləyin. Sonra yenə ocağın üstünə qoyub qarışdırmadan qaynara düşənəcən gözləyin, ocaqdan götürün. Bu proseduru 5-6 dəfə təkrarlayın. Sonra isə mürəbbəni bankalara yığın.

Ərik mürəbbəsi

Tərkibi:
1 kq ərik
1-1,2 kq şəkər tozu
Bərk əriyi yuyub qurudun. Dənəsini çıxarın. Bunu ya karandaşın köməyilə edin. Ya da yarıya bölüb çıxarın.
Şəkər tozunu qazana töküb azca su əlavə edin. Vam odün üstünə qoyun. Şərbət hazır olanadək ərikləri sterilizə olunmuş bankalara (0,5 litrlik) sıx-sıx yığın. Şərbət qaynayanda onu bankadakı əriklərin üstünə tökün. Bankaların qapaqlarını ağzına qoyub içindəkinin soyumasını gözləyin.
Soyuduqdan sonra şərbəti yenidən qazana töküb qaynara düşəndə götürün, bankadakı əriklərin üstünə tökün. Soyudun. Proseduru 4 dəfə təkrar edin. Sonra isə isti-isti qapağını bağlayın. Üstünü dəsmalla hər tərəfdən bağlayın (tam soyuyanadək).
Hər dəfə bankalara şərbət tökdükcə əriyin öz şirəsi də çıxacaq və beləliklə şərbətin qədəri artacaq. Bunu ayrıca qaba yığıb piroq, tort bişirərkən istifadə edə bilərsiniz. Yaxud da axırıncı dəfə şərbəti bir az çox qaynada bilərsiniz. Bu zaman mürəbbənin suyu bir az qatı olacaq.
2-ci variant

Tərkibi:
1 kq ərik
800 q şəkər tozu
1 st. su
Əriyi yuyun. Dənəsini çıxarın. Uzunasına 4 yerə bölün.
Şərbət üçün 800 q şəkər tozuna 1 st. su töküb qaynadın. Qaynara düşəndə əriyi içinə tökün. İti odda bişirin. Arada kəfini yığın. Ortasında iri qabarcıqlar əmələ gələndə ocaqdan götürün.
Bankalara isti-isti yığın.
Əriyi bütöv də bişirmək olar. Doğramadan dənəsini çıxarın. Dənələri sındırıb yenidən əriklərin içinə doldurun. Sonra yuxarıdakı qayda ilə bişirin.
Ağ gilas mürəbbəsi

Tərkibi:
1 kq ağ gilas
1 kq şəkər tozu
istəyə görə - qoz, limon
Gilası yuyub dənəsini çıxarın. Qozu, yaxud limonu (qabıqlı-qabıqlı) dənə boyda xırdalayın. Gilasların içinə doldurun. Üzərinə şəkər tozu səpin. Xırda limon dilimləri, yaxud 1/4 limon şirəsi, 2-3 x.q. su əlavə edin (şəkər tozu yanmasın deyə). Vam ocağın üzərinə qoyun, qaynara düşəndə 1-2 dəqiqə gözləyib ocağı söndürün. Tam soyudun (təxminən 3-4 saat).
Proseduru 3-4 dəfə təkrar edin (hər dəfə 3-4 saat ara verməklə, səhər bir dəfə, axşam yatmazdan əvvəl ikinci dəfə, səhəri gün ertədən üçüncü dəfə bişirmək də olar). Sonuncu dəfə zəif odda qaynara düşəndən sonra 7-15 dəqiqə qaynadın.

Nuş olsun!

Sualım var!
43 829

Happy birthday Girl ürəyim
34 198

Xoş gəldin, balaca!
41 822

Feriha, canım toyun mübarək
31 027

Nişan gününüz mübarək!
52 445

Son zəng
27 914

Sualım var!
43 829

Happy birthday Girl ürəyim
34 198

Xoş gəldin, balaca!
41 822

Feriha, canım toyun mübarək
31 027

Nişan gününüz mübarək!
52 445