Mətbəximiz / Şirniyyat

Sadəcə "Malako" ilə evdə cəmi 5 dəqiqəyə Çiyələk konfetlər

Banu. | 9-02-2020, 19:39
97 0


 

AzadQadin.az Qadin.az-a istinadən peçenyedən "Çiyələk" konfetinin hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

500 q meyvəli, və ya adi peçenye
0,5 banka qatılaşdırılmış süd
1 çuğundur
şəkər tozu

Hazırlanması:

Peçenyeni ət maşınından keçirin, qatılaşdırılmış süd əlavə edib yaxşıca qarışdırın. Eynicinsli qatı kütlə alınmalıdır.

Peçenye və qatılaşdırılmış südü yarım saat soyuducuda saxlayın, beləliklə ona forma vermək daha asan olacaq.
 
Kütlədən 1 çay qaşığı götürüb kürə yumurlayın, sonra isə çiyələk forması verin.

Çuğunduru rəndələyib. Şirəsini sıxın.

Hazırladığınız "çiyələk"ləri çuğundur şirəsinə, sonra isə dərhal şəkər tozuna batırın. Hərtərəfli şəkərə buladıqdan sonra soyuducuya qoyun.