Mətbəximiz / Şirniyyat

Şokoladlı peçenya (Neyman Markus üsulu)

Banu. | 28-04-2019, 08:10
1 011 0

Tərkibi və istifadə olunan ərzaqlar

20-24 ədəd peçenya üçün:
  • 1/2 stəkan kokos yağı (otaq temperaturunda)
  • 1 stəkan qəhvəyi rəngli şəkər tozu
  • 3 x/q şəkər tozu
  • 1 ədəd böyük toyuq yumurtası
  • 2 ç/q vanil
  • 1 stəkan un
  • 1/2 ç/q qabartma tozu
  • 1/2 ç/q soda
  • 1/2 ç/q duz
  • 1/2 qəhvə tozu
  • 1 stəkan qara şokolad dənələri

Hazırlanma qaydası

1. Soba 300 dərəcəyədək isidilir. Orta həcmli boşqaba yağ və şəkər tozu ələvə edilərək mikserlə çalınır.

2. Ardınca yumurta və vanil qatılaraq yenidən 30 saniyə mikserlə çalınır.

3. Digər boşqabda un, qabartma tozu, soda, duz və qəhvə tozu qarışdırılaraq çalınır. Quru inqredientlər maye inqredientlərə qatılaraq 15 saniyə ərzində yavaşca qarışdırılır. Şokolad dənələri əlavə edilir.


4. Alınan kütlə xörək qaşığı ölçüsündə götürülərək yağlanmış qənnadı kağıza aralı-aralı düzülür. Yastı alınması üçün hər birinin üzərindən bir qədər basılır. Qızılı rəng alana dək, təqribi 20 dəqiqə ərzində bişirilir.

Bu xəbərləri qaçırmayın:

Bu da Rüfət Axundovun heç yerdə görmədiyiniz xanımı - İLK FOTO

Onlar heç vaxt xəstələnmirlər, xərçəng haqqında bilmirlər və 120 ilə qədər yaşayırlar. Bu da onların sirri

Aldığı evi təmir etməyə çalışdı. amma təsadüfi tapıntı bütün həyatını dəyişdi FOTOLAR

Tələbə ikən oğlanla tanış oldu, yatağa girdi, hamilə qaldı, atıldı - Səidənin dəhşətli həyat hekayəsi

Çox xəstəliklərdən xilas edən unikal resept – Şəkər, təzyiq, mədəaltı vəz, damar tutulması