Mətbəximiz / Şirniyyat

Ən asan şəkildə Bakı kurabiyəsinin hazırlanması

Banu. | 12-03-2019, 09:02
115 0
Bakı kurabiyəsi. 

Ərzaqlar;

•150 qr un
•50 qr şəkər kirşanı
•1 yumurtanın ağı
•Vanil
•100 qr kərə yağı
•100 qr alma və ya ərik povidlası 

Hazırlanması;

•Kərə yağını ev temperaturunda yumşaldın
•Şəkər kirşanı ilə birlikdə mikserlə çalın 
•Sonra yumurta ağı, vanilin və un əlavə edib qarışdırın
•Gül başlıqlı şprislə soba qabına düzün 
•Ortasından yüngülcə yuva açın
•Və povidla qoyun
•Kurabiyələri 220° sobada 12 dəqiqə bişirin