Mətbəximiz / Şirniyyat

Əsl Nutellanı evdə necə hazırlamalı?-Dadından doya bilməyəcəyiniz Nutella resepti

Banu. | 28-01-2019, 09:00
2 643 0

Əsl Nutellanı evdə necə hazırlamalı?
Dadından doya bilməyəcəyiniz Nutella reseptini təqdim edirik:

Ərzaqlar:
Qızardılmış fındıq – 200 q
Tünd şokolad – 250 q
Qatılaşdırılmış süd – 1 banka
Vanil – 1 x.q.
Qaynar süd – 125 ml.

 Hazırlanması:

Əvvəlcə qızardılmış fındıqları qabıqdan təmizləyib, xırda-xıra doğrayırıq və ya bunu blenderdə edirik. Onlar yağlı kütləyə çevrilməlidir. Bu bir qədər vaxt apara bilər, amma nəticənin yaxşı olması üçün səbir etməliyik. Fındıqlar yağ kütəsinə çevrilənə kimi isə şokoladı hazırlayırıq.
250 q tünd şokoladı su hamamında əritmək lazımdır. Əridikdən sonra ona bir banka qatılaşdırılmış südü əlavə edirik. Onları həmcins olana kimi qarışdırırıq. Üzərinə 1 x.q. vanil səpirik. Yağ kütləsinə çevrilmiş fınqığı da üzərinə tökürük və qarışdırırıq.
Yalnız südü əlavə etmək qaldı. Belə ki, südü də əlavə etdikdən sonra Nutellamız daha qaymaqlı və hamar olacaq. Bunun üçün təminən 125 ml. süd lazım olacaq. Amma gedişatdan asılı olaraq südün miqdarı arta da bilər.
Beləliklə, bizim ev şəraitində hazırladığımız Nutella şokolad yağımız hazırdır. Onu süfrəyə verməyin vaxtıdır!

Bu xəbərləri əsla qaçırmayın:

Nərmin Şahmarzadəelə bir şeylər etdi ki...ŞOK olacaqsınız EKSKLÜZİV - VIDEO

Cəmi 7 stəkan... damarların tər-tərmizdir - İnfarktdan sığorta

SON DƏQİQƏ: Azərbaycan xalqı üçün çox vacib, sevindirici xəbər, 2 ay qaldı...-RƏSMİ

Boyunda duzlaşmanın müalicəsi. Üzərlik köməyimizə çatacaq!

DİQQƏT: Azərbaycanda bu şəxslər dövlət hesabına müalicə ediləcək - QƏRAR