Mətbəximiz / Şirniyyat

Tezbazar limonlu ucuz və dadlı kekslər

Banu. | 21-01-2019, 09:00
2 044 0

Ərzaqlar:
Şəkər tozu – 200 qr.
Yumurta - 2 ədəd
Limon - 2 ədəd
Süd -100 ml.
Bitki yağı – 100 ml.
Un – 200 qr.
Qabardıcı toz – 10 qr.

Hazırlanması:
Şəkər tozu və yumurtanı mikserlə çalın. Kütlə açıq rəng və kopük kimi olmalıdır. 2 limonu sürtgəcdən keçirin və şirəsini sıxın. Ayrıca qabda yağ, süd, limonun suyu və qabığını qatıb, yaxşıca qarışdırın. Çalışın ki, yağ ən yaxşısından olsun, bulkanın əsas dadı yağdan asılıdır.İndi südlü qarışığı yumurtalı kütlənin üzərinə hissə-hissə tökməklə, müntəzəm qarışdırın. Sonra un və qabartma tozunu əlavə edib, xəmiri hazırlayın. Xəmir azca duru olmalıdır.Bulka üçün müxtəlif formaların içini kərə yağı ilə yağlayın, formalara xəmirdən tökün. Çalışın ağzına kimi dolmasın, çünki bişərkən qalxacaq. 180 dərəcədə 10-12 dəqiqə, üzəri qızarana və ortası qabarana kimi bişirin.Sobadan çıxarıb, 2 dəqiqə sonra formadan çıxarıb tam soyudun. Üzərinə qənd kirşanı səpib, azca limon suyu sıçradın. Bu bulkaların dadını daha qabarıq edəcək. 

AzadQadin.az

Bu xəbərləri ƏSLA qaçırmayın:

Xanımı Fuad Poladovun son vəsiyyətini açıqladı: Məzar daşıma şəklimi vurmayın!-MƏZARININ FOTOSU

Niyə görə pis yolda olanların işləri yaxşı gedir, mən isə əziyyət çəkirəm?-Bu cavabı heç gözləmidiniz!

Havayı olduğu üçün, reklam olunmur və heç kim bilmir - Tərkibində isə süddən 25 dəfə çox kalsium, spanaqdan 15 dəfə çox dəmir var

Cəmi 50 qəpiyə üzdəki bütün növ ləkələrdən xilas olun!

Duzu zeytun yağı ilə qarışdır, bel ağrılarından 5 illik azad ol!