Mətbəximiz / Şirniyyat

Umac halvası belə bişirilir- RESEPT-Şəhidlərimizin ruhuna!

Banu. | 26-02-2019, 08:30
5 367 0


Azərbaycan mətbəxinin ən qədim və ləzzətli şirniyyat növlərindən biri halvadır. Əsasən orucluqda və yas mərasimlərində çalınan halva əvvəllər bayram süfrələrinin də bəzəyi olub. Halvanın demək olar ki, hər bölgəmizə uyğun müxtəlif növləri var. Tər halva, çərəzli halva, səməni halvası və sair. AzadQadin.az bu dəfə sizə umac halvasının hazırlanma qaydasını təqdim edir.

Lazım olanlar:
1 kq un
Yarım kilo kərə yağı
Şərbət üçün:
1 kq şəkər tozu
3 stəkan su
1 çay qaşığı sarıkök
Darçın (istəyə görə)
 
Hazırlanması:
Şərbəti bişirmək üçün suya şəkər tozu və sarıkök töküb qaynadın. Mət olduqda ocaqdan götürün.
Unun üzərinə su səpib əlinizlə ovxalayın və umac hazırlayın. Sonra bunu xırda gözlü sürtgəcdən keçirin. Ələyib ununu çıxarın, təmizlənmiş umacı quru dəsmalın üzərinə sərib qurudun.
Kərə yağını əridin, umacı qaynar yağın içərisinə töküb taxta qaşıqla tez-tez qarışdırın. Umac sarı-qızılı rəngə çalanda və yağını buraxanda üzərinə qaynar şərbət tökün. Yaxşı qarışdırıb altını söndürün.
Servis edərkən düz boşqaba yığıb, qaşıqla üzərini naxışlaya bilərsiniz.

Bu xəbərləri ƏSLA qaçırmayın:

Xanımı Fuad Poladovun son vəsiyyətini açıqladı: Məzar daşıma şəklimi vurmayın!-MƏZARININ FOTOSU

Niyə görə pis yolda olanların işləri yaxşı gedir, mən isə əziyyət çəkirəm?-Bu cavabı heç gözləmirdiniz!

Havayı olduğu üçün, reklam olunmur və heç kim bilmir - Tərkibində isə süddən 25 dəfə çox kalsium, spanaqdan 15 dəfə çox dəmir var

Cəmi 50 qəpiyə üzdəki bütün növ ləkələrdən xilas olun!

Duzu zeytun yağı ilə qarışdır, bel ağrılarından 5 illik azad ol!