Mətbəximiz / Şirniyyat

Cəmi 3 əzaqdan “RAFFAELLO” hazırla!

Banu. | 9-01-2019, 10:36
3 110 0

Sevgi qədər romantik şirniyyat! Cəmi 3 ərzaq gedir. Bilsəydik, çoxdan özümüz evdə hazırlayardıq.

Ərzaqlar:
Kokos qırıntıları – 200 qr.
Qoz ləpəsi – 30 qr.
Qatılaşdırılmış süd – 200 qr.

Hazırlanması:
Kokos dərin qaba tökülür, üzərinə qatılaşdırılmış süd əlavə edilir və qarışdırılır. Sıyıq kimi – qatı, dənli qarışıq alınmalıdır. Ən azı 1 saat soyuducuda özünü tutması üçün saxlanılır.
Qoz və ya fındıq ləpəsi qovrulur. Ayrıca qaba kokos tökülür. Soyuducudan çıxartdığınız xəmir kütlədən qopardıb, əlinizdə yayırsız, ortasına ləpə qoyulur, yumrulanır. Kokos içində bolluca fırladılır. Beləcə bütün kütlədən Rafaello topları hazırlanır. Onlar da soyuducuda yarım saat saxlanılır. Vəssalam, Rafaello hazırdır.