Mətbəximiz / Şirniyyat

Göbələkli piroq(Fotolarla)

niwanli | 27-03-2012, 09:16
3 549 63

 

 



Tərkibi:

xəmir:
100 ml süd
7-10 q quru maya (və ya 20 q yaş maya)
0,5 ç.q. soda
1 yumurta
1 x.q. bitki yağı
250 q un
duz

iç:
300 q göbələk
400 q kartof
150 q soğan
150 q pendir
xama, yaxud mayonez

İsti (qaynar olmayan) südə şəkər tozu və maya əlavə edib isti yerə qoyun. 15 dəqiqəyə barata qalxmalıdır.
Yumurtanı duzla çalın. Bitki yağı əlavə edib qarışdırın. Baratanı əlavə edib qarışdırın. Un qatıb yumşaq xəmir yoğurun. İçində xəmir olan ləyənçənin üzərini dəsmal və ya plyonka ilə örtüb isti yerə qoyun. Təxminən 30 dəqiqəyə xəmir gəlməlidir.
Soğanı uzunasına, göbələyi nazik doğrayın. Çiy kartofu çox nazik dilimləyin. Pendiri sürtgəcin xırda gözündən keçirin.
Sinini yağlayın, yaxud içinə perqament döşəyin.
Xəmiri 3 mm qalınlıqda yayın. Siniyə döşəyin, kənarlarını azca qaldırın. Üzərinə azca xama çəkin. Göbələyi döşəyin, duz-istiot səpin. Üzərinə soğan döşəyin. Üzərinə kartofu düzün, azca duz vurun. Xama çəkin. Üstünə pendir səpin.
180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.
Süfrəyə verərkən üzərinə xama çəkə və göyərti səpə bilərsiniz.

Nuş olsun! 

 





















 

 


ESMERRi | 6 mart 2016 09:02 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: Hande 18
beyenmedim tesekkurler
miss xərçəng | 29 may 2015 14:17 | Status: Şərhçi | Şərh: 437
COX GOZEL GORUNUR TESEGURLER
my life is music | 1 fevral 2015 22:11 | Status: Gümüş user | Şərh: 736
hec gobelekden de piroq olar menim basim cixmadi valah. love
sebuhe | 8 iyun 2014 17:26 | Status: Qonaq | Şərh: 0
tesekkurler.cox lezzetlidir.beyendim.
Ay Gul | 31 may 2013 13:14 | Status: VİP user | Şərh: 431
olsaydi yeyerdim :))
Hande 18 | 25 may 2013 09:59 | Status: Professional user | Şərh: 3 302
beyenmedim tesekkurler
azeri_oglu | 24 sentyabr 2012 03:24 | Status: Gümüş user | Şərh: 2 243
gobelek varsa menlik deyi