Mətbəximiz / Şirniyyat

Sobaya ehtiyac yoxdur, 15 dəqiqədə qazanda ən dadlı KEKS bişirin!

Banu. | 9-12-2018, 09:00
3 746 0

AzadQadin.az  sizə asan başa gələn keks resepti təqdim edir, ən əsası isə bu keksin sobada yox ocaqda, qazanda və ya tavada bişməsidir. Yəni yemək bişirə-bişirə, gözünüzün önündə şirniyyatınızı da hazırlayın.

Ərzaqlar:
200 qram (1 su stəkanı) toz şəkər
2 dənə yumurta
100 qram (1 çay stəkanı) süd
50 qram (Yarım çay stəkanı) su
15 qram (3 yemək qaşığı) kakao
1 paket qabartma tozu
240 qram (1,5 su stəkanı) un
1 dənə vanil

Şokolad qlazur üçün;
500 qram (2 su stəkanı) süd
1çay qaşığı nişasta
1 çay qaşığı un
100 qram (yarım su stəkanı) toz şəkər
10 qram (2 yemək qaşığı kakao)

Hazırlabması;
Orta boy qazanı (teflon) yağlayın.
Köpürənə qədər yumurtaları qarışdırırıq. Şəkəri də əlavə etdikdən sonra qabarana qədər qarışdırmağı davam etdirin.
Su, süd və kakaonu əlavə edərək çırpmağa davam edin. Un, vanil və qabartma tozunu əlavə edərək çırpırıq və keksinizi qazana tökün.
Qazanın qapağını bağlayın. Çox az xodda bişirməyə başlayın.
10 dəqiqə keçdikdən sonra qapağını açıb keksimizi idarə edə bilərsiniz.
15 dəqiqədən sonra yavaşca keks şəklini almağa başlamışdır. (Tavamızın qalınlığına görə bişmə müddəti dəyişə bilər). Çöp testi ilə keksin, bişib-bişmədiyini yoxlaya bilərsiniz.

(AzadQadin.az)

Bunları da oxuyun:

Heyvanı kərə yağında bişiib yesəniz, həkimi və bahalı dərmanları unudacaqsınız- 1001 dərdin dərmanı

Məzara kamera qoydular,baxın, nələr oldu-Dəhşətli VİDEO

Televizoru təmir edən usta elə bir şey tapdı ki, heyrətdən hamının dili turtuldu

Oğul sahibi olmaq istəyənlər üçün: Sol tərəfi üstə…

Öldükdən 20 dəqiqə sonra nə baş verir? - İnsan yalnız 50 qəpiklik bu əşyanı özü ilə aparır...