Mətbəximiz / Şirniyyat

Ucuz və çox dadlı pendirli ÇİÇƏK bulkalar- Yarım saata hazır olur

Banu. | 7-12-2018, 09:00
1 299 0

AzadQadin.az pendirli çicək bulkaların hazırlanması qaydasını təqdim edir...
 
Tərkibi:


1 stəkan ilıq süd 


1 stəkanı ilıq su


2 yumurta (birinin sarısı ilə əlavə edirik) 


150 qr. zeytun yağı 


yarım yemək qaşığı quru maya 


3 yemək qaşığı şəkər 


2 çay qaşığı duz 


aldığı qədər un 


içi üçün 200qr. ağ pendir

Hazırlanma qaydası

Xəmir üçün duru ərzaqları duzu, şəkəri və mayanı qarışdırın. Unu yavaş-yavaş əlavə edərək yumşaq bir xəmir əldə edin. (Xəmiri axşamdan yoğurub soyuducuda saxlayıb səhəri gün bişirildiyində daha gözəl alınır)
Üzərini örtüb xəmirin acımasını gözləyin. Bu müddətdə içliyi hazırlayın. Pendiri sürtkəcdən keçirin və ya çəngəllə əzin. 
Mayalanan xəmirdən orta boy mandalin böyüklüyündə parçalar qoparıb azca unlanmış zəmində əliniz və ya kiçik bir oxlava ilə  biraz açın.
İçinə 1 xörək qaşığı içlikdən qoyub kənarlarını ortada toparlayaraq bükün.
Bükdüyünüz tərəfi altda qoyun və əlinizlə xəfifcə basın.
Bıçaqla 6, 7 və ya 8  kəsik atın. Hər kəsiyi eyni tərəfə doğru yan çevirin.
Yenə çevirdiyiniz dilimlərə əlinizlə yüngülcə basıb formata aralı şəkildə düzün.
Üstünə 1 çay qaşığı qatıqla qarışdırdığınız yumurta sarısını sürtün.
Orta hissəsinə çörəkotu və ya xaşxaş toxumu səpin.
20 dəqiqə  formatda saxlayıb daha da gözəl mayalanmasına imkan verin.
200 dərəcədə  10 dəqiqə sobada bişirin. 
Bunları da oxuyun:

Əhaliyə MÜHÜM XƏBƏR: Benzin, işıq, qaz pulu BAHALAŞACAQ

Sevimli cütlüyün toyundan bu görüntülər qonaqların gözlərini yaşartdi-VİDEO

Gələn ildən dövlət xəstəxanalarının hamısı pullu olacaq - VİDEO

Alkaqol içki aludəçılərinə və yaxınlarına MÜJDƏ, mütləq tərgizəcəklər - Asan, super RESEPTLƏR