Mətbəximiz / Şirniyyat

Bunları da oxuyun:
"Evdə nə var" Mini Pizza Bulka - Çox asan və rahat
Banu. | 6-12-2018, 09:00
1 720 0

Bu resept, işə gedənlər və uşaqları məktəbə gedən analar üçün əsil tapıntıdır. AzadQadın.az-ın təqdim etdiyi bu mini pizzalar bütün evlərin sevimli yeməyinə çevriləcək.
Pizza - bulka
Ərzaqlar:
2 stəkan ilıq süd və ya su
1 armudu stəkan duru yağ
1 paket yaş maya maya və ya 1 çay qaşığı quru maya
2 xörək qaşığı şəkər tozu
1 disert qaşığı duz
Aldığı qədər un
2 yumurtanın ağı içinə sarısu üzərinə
Üzəri üçün:
Perdnir, kolbasa, pomidor, istiot, zeytun və s. istənilən ərzaqlar vurua bilər.
Hazırlanması
Maya ilə şəkər tozu bir qaba alınıb, üzərinə ilıq süd qoyulur. Bir az qabarması gözlənilir. Duru yağ, yumurta ağı, duz qatılır. Aldığı qədər un yavaş-yavaş qatılaraq, yumşaq, amma ələ yapışmayan xəmir yoğrulur. Bir saat mayalandırılmış xəmirdən kündələr hazırlanır. Üzərinə istənilən materiallar qoyulub, ətrafına yumurta sarısı çəkilir. 20 dəqiqə mayalandırılır, 200 dərəcə qızdırılmış sobada bişirilir.