Mətbəximiz / Şirniyyat

İdeal blinçik hazırlamaq istəyənlərə dəyərli məsləhətlər. Artıq uşaq belə hazırlaya biləcək.

Banu. | 25-11-2018, 08:00
3 733 0

İdeal blinçik hazırlamaq istəyənlərə 8 qızıl məsləhət. Xüsusən də, 4 və 7-ci bəndlər 

1. Blinçikə tökəcəyiniz maye isti olmalıdır ki, xəmir yapışqan olsun.

2. Blinçiklərinizin dadlı və gözəl alınmasını istəyirsinizsə, unu ələyib, biraz gözlətdikdən sonra kütləyə qatın.

3. Duz və şəkər tozunu reseptdə göstərilən miqdarda əlavə edin. Çünki, duz çox olarsa blinçiklər solğun, şəkər artıq səpilərsə, bərk alınar.

4. Bu bənddə çoxumuzun sevmədiyi halın çözümünü təqdim edirik. Blinçik xəmirində un topları qalmağını istəmirsinizsə, unu duzlu suda qarışdırıb, sonra əlavə edin.

5. Blinçik bişirəcəyiniz tavaya öncə duz səpib, quru salfetlə silin. Yalnız bundan sonra xəmirə yağəlavə edib, qızardın.

6. Blinçikləri eyni anda 2 tavada qızardanda daha rahat olur. Bişmiş blinçiklərə kərə yağı sürtüb, üst-üstə qoyanda dadı daha gözəl olur.

7. Blinçiki çevirərkən sınırsa, təlaşlanmayın. Sadəcə xəmirə yenə un və yumurta töküb, qarışdırın.

8. Soyumuş blinçikləri qızdırıb, yemək istəyirsinizsə folqaya büküb, 140 dərəcə isidilmişsobaya qoyun. 5-10 dəqiqədən sonra götürüb, nuş edin.




info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.