Mətbəximiz / Şirniyyat

Şəkərbura necə bişirilir? - ARAŞDIRMA

Aynur_Qurbanqizi | 15-03-2012, 13:00
63 279 127
Novruz yaxınlaşır, bayram xonçaları süfrələri yavaş-yavaş doldurmağa başlayır. Bir-birindən dadlı şirniyyatlarımız bişirilir. Novruz bayramının ənənəvi şirniyyatlarından biri bu gün reseptini sizinlə paylaşacağımız şəkərburadır. Siz də bişirin, süfrənizi bəzəyin. Nuş olsun!

MAQQAŞ - Şəkərburanın üstünü bəzəmək üçün istifadə olunan alət.

ŞƏKƏRBURA



36 ədəd şəkərbura alınır
Xəmir üçün:
1 kilo + 1 xörək qaşığı (mərhələ 3 üçün) əla növ un
400 qram kərə yağı
5 yumurta sarısı
250 qram xama
1/4 çay qaşığı duz
1/2 çay qaşığı vanil tozu
1/2 çay qaşığı quru maya (toz maya)
1 xörək qaşığı şəkər tozu
1/2 stəkan (125 m) ilıq süd

İçi üçün:
700 qram fındıq ləpəsi, və ya badam (qoz ləpəsi də olar, amma qozlu iç bir az tünd rəngdə alınır)
700 qram şəkər tozu
zövqə görə hil (təxminən 2 çay qaşığı)

1. Əvvəlcə xəmiri hazırlayın. Bunun üçün unu və kərə yağını geniş qaba qoyun və əlinizlə toz halına gələnə kimi yaxşıca ovun.

2. Ayrı qabda yumurta sarısını, xamanı, duzu və vanil tozunu qaşıqla qarışdırın.

3. Ayrı qabda toz mayanı, 1 x. q. unu, 1 x.q. şəkər tozunu qarışdırın. Üstünə 1/4 stəkan ilıq süd tökün. Qoyun kənarda təxminən 2 dəqiqə qalsın.

4. Yumurta-xama qarışığını və maya qarışığını un-yağ qarışığa əlavə edin.

5. Əlinizlə ərzaqlar qarışanadək xəmir yoğurun. Bu mərhələdə xəmir bir qədər quru olacaq. Onu yumuşaltmaq üçün əlinizi təxminən 1/4 stəkan ilıq süd olan qabda islada-islada xəmiri yoğurmağa davam edin.

6. Xəmiri kündələyin və üstünü örtərək 30-40 dəqiqəlik kənara qoyun.

7. İçi hazırlayın. Bunun üçün qovrulmuş və qabığı soyulmuş fındığı və ya qozu və yaxud qabığı soyulmuş badamı sürtkəcli maşından keçirin və narın üyüdün. Üstünə toz şəkəri və ətirli olması üçün hil əlavə edib qarışdırın.

Fındıq və ya qoz ləpəsini qovurub qabığını soymaq üçün: Fındığı və ya qozu tavaya qoyun və orta odda tez-tez qarışdıra-qarışdıra, qabığı soyulmağa başlayanadək qovurun (diqqətli olun, yandırmayın). Qovurulan fındığı və ya qozu çay dəsmalının bir tərəfinə qoyub, dəsmalın o biri tətəfiylə fındığın üstünə basaraq ovun. Qabıqlar ayrılacaq. Bəzilərinin qabıqları tamamilə soyulmayacaq, bu da normaldır.

Badamların qabığını soymaq üçün: Badamı qazana qoyub üstünə qaynar su tökün. Qoyun suda təxminən 2 dəqiqə qalsın (suda çox tutmayın, yoxsa badam yumuşaq olar). Badamı süzün və qurulayın. Barmaqlarınızla qabığı çıxana kimi ovun.

8. Dincəlmiş xəmiri hər biri 50 qram olmaq şərtilə 36 kündəyə bölün.

9. Kündələrın qurumaması üçün, üstlərini örtün. Hər kündəni oxlovla diametri 10 sm olan kiçik dairələrə yayın.

10. Hər dairənin arasına 2 x.q. iç qoyun və dairəni yarım-ay şəklində bükün.

11. Kənarlarını bərkidin.

12. Sonra isə vintvari şəkildə bükün.

13. Şəkərburaları üstünə kalka kağızı sərilmiş listə yığın.

14. Sonra isə şəkərburaların üstünü bir-bir maqqaşla bəzəyin.

15. Şəkərburaları 180C dərəcəlik sobada təxminən 20 dəqiqə ərzində kənarları bir az qızarana kimi bişirin.
Nuş Olsun!

/azcookbook.com-un materiallarından istifadə olunub/
 













ESMERRi | 10 aprel 2016 20:09 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: ESMERRi
Sitat: Meryem_Duyqu
Şəkərburanı çoooooox sevirəm..
ESMERRi | 22 mart 2016 12:40 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: Meryem_Duyqu
Şəkərburanı çoooooox sevirəm..
ada.. | 10 oktyabr 2014 08:03 | Status: Qonaq | Şərh: 0
Sevmirem hec
SABINA | 30 aprel 2014 07:42 | Status: Professional user | Şərh: 7 410
dayoglunun nisaninda oz ellerimle hazirladim.ela cixmisdi
Meryem_Duyqu | 27 mart 2014 01:15 | Status: Yazar | Şərh: 4 130
Şəkərburanı çoooooox sevirəm..
Nigar | 4 mart 2014 13:02 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: Elvina Babazadeh
tesekkurle

Nigar | 28 dekabr 2013 14:44 | Status: Gümüş user | Şərh: 6 063
xebere gore sag olun
Elvina Babazadeh | 24 noyabr 2013 19:51 | Status: Qonaq | Şərh: 0
tesekkurlerrrrrrrrrrrrrr
RaySum | 15 noyabr 2013 20:34 | Status: Professional user | Şərh: 2 594
bacarigim yoxdur bunda
Alice | 26 sentyabr 2013 14:28 | Status: Professional user | Şərh: 5 020
BAYRAMDA ƏN SEVDİYİM İŞDİ DEYƏRDİM ŞƏKƏRBURANIN NAZIYNAN OYNAMAQ.
Qanad | 5 avqust 2013 09:25 | Status: Yazar | Şərh: 4 357
Qizlar gelin size bir sirr deyim sekebura etirli cixmasi ucun gul suyu vurun.Onda sekerburanin etri sizi bihus edecek.
shehrebanu | 4 iyul 2013 17:51 | Status: Şərhçi | Şərh: 95
men bu resepti etmisem.yaxsi alinmir.sekerburanin xemirini umac elemek olmaz.xemiri pecenye kimi cixir
Girl | 26 iyun 2013 22:02 | Status: Professional user | Şərh: 8 206
bunu bilmeyen var
men wekerburani coxxxxxxxxxx xowlayiram
Qanad | 19 iyun 2013 10:45 | Status: Yazar | Şərh: 4 357
Indi olsaydi cay ile icerdim
Hande 18 | 25 may 2013 10:09 | Status: Professional user | Şərh: 3 302
əllərinizə sağlıq
RaySum | 12 aprel 2013 19:37 | Status: Professional user | Şərh: 2 594

Sitat: Akademik
men bunlarin hamisini professional qeder bilirem. twkler.

onda dene statusuvu deyiwdinler professional ol xexe mende olum qoy

Akademik | 8 aprel 2013 16:22 | Status: Professional user | Şərh: 4 580

men bunlarin hamisini professional qeder bilirem. twkler.

Girl | 1 aprel 2013 17:35 | Status: Professional user | Şərh: 8 206

TEWEKKURLER

EL_ZA | 27 mart 2013 13:18 | Status: Qonaq | Şərh: 0
wekerburani coox sevirem bayramda hazirlamisdim ela cixmisdi ellerime sagliq n3
selenay | 26 mart 2013 19:10 | Status: Professional user | Şərh: 1 466
mən bisire bilmirem tsk
KAMA88 | 21 mart 2013 02:01 | Status: Şərhçi | Şərh: 351
əllərinizə sağlıq
nara73 | 19 mart 2013 14:47 | Status: Şərhçi | Şərh: 309
ELLERINIZE SAGLIQ,BILMEYEN QIZLARIMIZ UCUN ETRAFLI BAWA SALINIB
Əfşan | 16 mart 2013 22:11 | Status: Professional user | Şərh: 1 714
menim mamam kimi bisiren yoxdu
Saida Kerimova | 16 mart 2013 14:47 | Status: Professional user | Şərh: 1 672
Təşəkkürlər
Qanad | 15 mart 2013 10:09 | Status: Yazar | Şərh: 4 357
bizde bisireceyik bayrama
nara73 | 12 mart 2013 20:49 | Status: Şərhçi | Şərh: 309
ALLAH QISMET ELESE BIWIRERIK
Gozel Melek | 6 mart 2013 11:07 | Status: Gümüş user | Şərh: 1 531
bayram gelir bisirerik INSALLAH.
Əfşan | 2 mart 2013 21:11 | Status: Professional user | Şərh: 1 714
he geldi bayram gel gel dadli shekerburam,yorulmayasiz eziz xanimlarimiz ,bisirende ustune menim adimi yazmagi unutmayin onda daha dadli olacaq
mugan qizi | 26 fevral 2013 00:05 | Status: VİP user | Şərh: 699
HE NOVRUZ YENE YAXINLASIR !
YERI GELMISKEN SABAHKI SU CERSENBENIZI TEBRIK EDIREM !
Seide Gulsoy | 24 fevral 2013 23:35 | Status: Şərhçi | Şərh: 216
sekerbura isdedimee bayram gelseydi yeyerdik