Novruz şirniyyatları:şəkərbura, paxlava ,qoğal
Tərkibi:
2 kq un
1 ç.q. şəkər tozu
1 l süd
4 yumurtanın sarısı
70-100 q xama
400 q kərə yağı
2 ç.q. maya (1 kq-a 1 ç.q.)
2 paçka vanil
1 çimdik duz
İçi üçün:
1 kq təmizlənib qozçəkəndən keçirilmiş badam (qoz, fındıq)
1 kq şəkər tozu
vanil
hil
Öncə badamı təmizləmək lazımdır. Qaynar suya badamları hissə-hissə töküb ocağın üstə qoyun, 3-4 dəqiqəyə qabığı asanlıqla çıxacaq, kəfkirlə çıxarıb təmizləyin. Sonra təmiz dəsmalın üstünə yığın, suyu çəkilsin. Yaxşı olar ki, badam (qoz, fındıq) bir neçə gün əvvəl təmizlənib qurudulsun. Sobada da qurutmaq olar.
Badamı qozçəkən maşından keçirib şəkər tozu, vanil, hil vurun, qarışdırın.
Xəmir: unu ələyin, vanil və duz əlavə edin. Təxminən 1-1,5 st. südü xəmiri ətləmək üçün saxlayın. Qalanını azca isidin, içinə maya və şəkər tozu əlavə edin.
Unu təpələyib ortasında çala açın, 4 yumurtanın sarısını içinə qırın, azca əridilmiş yağı, xamanı, südlə mayanın qarışığını da əlavə edib yoğurmağa başlayın. Şəkərbura xəmiri azca bərk olmalıdır, uzun müddət yoğurmaq lazım gələcək. Arada əlinizi ayırdığınız südə batırıb xəmiri ətləyin.
Xəmiri yarım saat saxlayın.
3-3,5 sm diametrli kündələr tutun (25-30 ədəd), sellofan torbaya yanaşı yığın. Kündələməyi bitirdikdən sonra bunları yayıb üst-üstə, yenə də sellofan torbanın içinə yığın. Xəmir artıq qalıbsa, soyuducuya qoyun.
Hər şəkərbura üçün bir x.q. iç kifayət edər. Şəkərburaların qırağını büküb üstünü naxışlayandan sonra soyuq siniyə düzün. Üzərini nazik təmiz iynə ilə bir neçə yerdən deşə bilərsiniz, o zaman şəkərburaların kənarları açılmır.
160-180 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin. Diqqət edin ki, üstü qızarmasın. Həm də çiy qalmasın.
BAKI PAXLAVASI
250 qr əla növ buğda unu
60 qr ərinmiş yağ
80 qr üzlü süd
1 ədəd yumurta
8 qr maya
0,4 qr zəfəran
0,2 qr vanil
20 qr bal
İçi üçün:
200 qr badam və qoz ləpəsi
200 qr şəkər
Hazırlanması :
Xəmirin yoğrulması və için hazırlanması şəkərburada olduğu kimidir. Xəmiri 0,5 mm qalınlığında yayın. Tavaya yağ sürtüb xəmiri ora sərin. Üstünə 3-4 mm qalınlığında iç tökün. İçliyin üstünə ikinci xəmir qatını salıb yağlayın və yenidən içlik tökün. Bu prosesi 8-10 qata qədər davam etdirin. Sonra 10x4 sm ölçüdə romb şəklində paxlava kəsin. Üst qatına zəfəran şirəsi qatılmış yumurta sarısı çəkin. Hər paxlavanın ortasına yarım ləpə və ya püstə qoyub 180-200 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə bişirin. Hazır olmağa 15 dəqiqə qalmış üstünə şərbət və ya bal tökün.
Hazırlanması:
Şor qoğalı üçün kündələrin sayı mütləq deyil, amma 8-dən az olmamalıdır. Kündələr nazik yayılır, taxtanın üstünə qoyulub hər laya yağ sürtülür. Laylar üst-üstə yığılır. Sonuncu laya yağ sürtülmür. Layları iri kvadratlara doğranıb rulet kimi bükülür. Bükümlər burub yastılanır və kisəcik şəklinə salınırlar. Kisəciyin içinə iç qoyub, qıraqlarını yığılır və kökə şəklinə salınır.
Ortasında işarə barmağı ilə çuxur açıb bir az içdən qoyun. Səthinə çalınmış yumurta sürtülür, xaşxaş səpilir və 180 dərəcə qızdırılmış sobada 20-25 dəq. bişirilir (qızaranadək).