Mətbəximiz / Şirniyyat

Qızılgülə bənzəyən 2 şirniyyat növü sizlər üçün (hazırlanması fotolarla)

niwanli | 16-03-2012, 09:15
94 493 72

 

Alma dadlı qönçələr

 

 


Tərkibi (12 ədəd):

250 q yağlı mayasız xəmir (əvvəlcədən donu açılmalıdır)

2 qırmızı qabıqlı alma

3 x.q. şəkər tozu

şəkər pudrası

 

Almaları dörd bölün, cecəsini kəsib çıxarın. 2 mm qalınlıqda dilimlərə doğrayın. 

 

Qazançaya 200 ml su tökün. Qaynadın. Şəkər tozu əlavə edin. Alma dilimlərini bu suya salıb 2-3 dəqiqə qaynadın, suyunu süzün. Almalar yumşalmalıdır.

Donu açılmış xəmiri 1-2 mm qalınlıqda yayın.

3 sm eni olan 25-30 sm uzunluqda şəridlər kəsin.

 

Bir şəridin üzərinə 5 dilim almanı azacıq bir-birinin üstünə çıxmaqla düzün. Dilimlər 1/3 ölçüləri qədər xəmirin bir tərəfindən kənara çıxmalıdır. Şəridi səliqə ilə boru kimi bükün. 

 

“Qönçə”nin aşağı hissəsindəki xəmiri alta qatlayın. Gözəl qızılgül qönçəsi alınacaq. Bunları perqament döşənmiş siniyə düzün. 200 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

 

Çıxarıb soyudun. Tam soyuyandan sonra üstünə balaca ələkdən şəkər pudrası ələyin.

  

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 




 

Cevizli qızılgül


 

Tərkibi:

 

1 st. manna yarması

1 st. bitki yağı

130 q kərə yağı

0,5 st. qatıq

vanil

1 yumurta

0,5 paket qabartma tozu

duz (zövqə görə)

qoz

1 st. su

2 st. şəkər tozu

1 mandarinin şirəsi

 

Kərə yağını əridin, içinə manna töküb yaxşıca qarışdırın. Qatıq əlavə edin. duz, qabartma tozu, vanil, yumurta da vurub yaxşıca çalın. Unu da əlavə edib qarışdırın.

 

Xəmiri yayın. Stəkanın köməyilə çoxlu dairələr kəsin. Bunlar qızılgüllərin ləçəkləri olacaq. 4 dairəni götürüb biri yarısınadək o birinin üstünə çıxmaqla sıraya düzün. Üstdəki dairənin ortasına qoz ləpəsinin 1/4-ni 2 ədəd ard-arda olmaqla uzunasına yerləşdirin, sonra isə elə üstdəki dairədən başlamaqla bükün. Alınan borucuğu bıçaqla ortadan iki yerə bölün - iki "qızılgül" alınacaq.

 

(Bunu başqa cür də edirlər: dairələri iri kəsir, bir dairəni dörd tərəfdən çərtir, ortasına xırdalanmış ceviz tökür və ləçəkləri ortaya doğru bükürlər).

 

200 dərəcə qızdırılmış sobada, qızılı rəng alanadək bişirin. 

Qızılgüllər bişənədək sirop hazırlayın. Bunun üçün şəkər tozunu mandarin şirəsi ilə qarışdırıb şəkər tozu əriyənədək bişirin. 

 

Bişmiş qızılgülləri sobadan çıxarın, üzərinə sirop gəzdirib bir müddət saxlayın.

 



B.Fereh | 5 may 2016 13:14 | Status: Nəzarətçi | Şərh: 6 971
getdi secilmiwlere.
Just me | 30 sentyabr 2013 17:31 | Status: Professional user | Şərh: 1 296
cox maraqlidi deneyerem
Yaşamaq gozəldi | 8 iyul 2013 23:23 | Status: Qonaq | Şərh: 0
sirniyyatlar olduqca gozeldi ve men sirniyyat bisirmeyi sevirem winked
Mickey Mouse | 11 iyun 2013 20:27 | Status: Professional user | Şərh: 4 008
Heqiqetende qiilgule oxsuyur.
Ay Gul | 31 may 2013 13:18 | Status: VİP user | Şərh: 431
gozel gorunur
Hande 18 | 25 may 2013 10:09 | Status: Professional user | Şərh: 3 302
tesekkurlerrrrrrrrrrr
RaySum | 12 aprel 2013 14:51 | Status: Professional user | Şərh: 2 594

sirob nediye derman zad

nara73 | 12 mart 2013 22:03 | Status: Şərhçi | Şərh: 309
COOOOX SUPERDI
Duyqu | 19 dekabr 2012 21:18 | Status: Şərhçi | Şərh: 48
gozel gornuwu var
P.S | 11 oktyabr 2012 20:04 | Status: VİP user | Şərh: 995
super
Feriha. | 10 oktyabr 2012 21:32 | Status: Professional user | Şərh: 4 746
superrrrr
S24 | 10 oktyabr 2012 21:26 | Status: Gümüş user | Şərh: 797
bunun basqa formasini bizde bisiririk
Solnuwka. | 12 iyul 2012 23:16 | Status: Həkim | Şərh: 974
biz buna venskie bulucki deyirik.tez tez hazirlayiriq
MamiSita | 12 iyul 2012 23:12 | Status: Qonaq | Şərh: 0
o gulu alma ile hec prob etmemişem ama mence hec bişmez onun xemiri almalarin arasinqa qalib...