Mətbəximiz / Şirniyyat

"Nağıl" tortu

niwanli | 4-03-2012, 09:15
18 510 110

 

 

 



"Nağıl" tortu bir çoxlarının uşaqlıq xatirələrinin vacib olmasa da, vanil, krem və qarpız sukatının qarışıq ətrini yada salan bir atributudur. Düzdür, təqdim etdiyimiz təriflə hazırlayacağınız tort bir vaxtlar mağazadan alınan "Nağıl"ın dadını verməyəcək, çünki fabriklərdə hazırlanan un məmulatlarına xüsusi vitaminlər və qida maddələri də əlavə olunur. Amma oxşar dadı alacağınıza əmin olun.

 

Tərkibi:

 

xəmir üçün:

5 x.q. un

5 x.q. şəkər tozu

3 yumurta

 

krem üçün:

170 q kərə yağı

90 q şəkər pudrası

70 q qatılaşdırılmış süd

kakao tozu

qida boyaları

 

sirop üçün:

80 ml su

4 x.q. şəkər tozu

1 ç.q. ağ desert şərabı

 

bəzək üçün:

bir ovuc sukat

 

Hazırlanması:


Əvvəlcə sobanı 180 dərəcə qızdırın. Düzbucaqlı sinini azca əridilmiş kərə yağıyla yaxşıca yağlayın, üzərinə un səpin. Unun artığını sinini üzüaşağı tutmaqla boşaldın.

 

Unu ələyin. Bir ləyənçədə yumurtaları şəkər tozu ilə mikserlə çalın. Şəkər tozu tam əriyincə və kütlənin həcmi təxminən 2,5 dəfə artınca çalın. Ehtiyatla unu əlavə edib tez qarışdırın.

Xəmiri hazırladığınız siniyə tökün. 30-35 dəqiqə, qızılı rəng alanadək bişirin. Bişən zaman sobanın ağzını açmayın, yoxsa biskvit yaprıxar. Hazır biskviti əvvəlcə sinidə soyudun, sonra çıxarıb çevrilmiş ələyin, yaxud dəmir şəbəkənin (adətən, sobanın içində olur) üzərinə qoyub quruması üçün bir gecə saxlayın.

 

Sirop üçün tavaya su və şəkər tozu tökün, qaynara düşənədək qarışdırın, şəkər əriməlidir. Hazır siropun ağzını örtüb soyudun, sonra şərab əlavə edib qarışdırın.

 

Qurumuş biskviti hər tərəfdən iti bıçaqla kəsib düzbucaqlı forma verin. Çox iti bıçaqla eninə üç korja bölün. Artıqları xırdalayın və tavada qızılı rəng alanadək qovurun.

Siropu biskvitə hopdurun.

 

Krem üçün mikserlə yağla şəkər pudrasını çalın. Qatılaşdırılmış süd əlavə edib yenə çalın. İki hissəyə bölün. Bir hissədən 2 x.q. ayırıb kənara qoyun. O biri hissəni kakao tozu ilə qarışdırın. Ayırdığınız 2 qaşıq kremi isə qida boyaları ilə qarışdırın: birini qırmızı, o birini yaşıl rənglə, beləliklə, 4 rəngdə krem alınacaq: ağ, qəhvəyi (şokoladlı), qırmızı və yaşıl.

 

Korjların arasına ağ krem çəkib üst-üstə yığın. Kənarlarına şokoladlı krem çəkin və qovurduğunuz biskvit qırıntılarını səpin. Ortasına zolaq-zolaq şokoladlı krem çəkin (bunun üçün xüsusi konditer şprisi ucluğundan istifadə edin), yaşıl kremlə yarpaq, qırmızı kremlə gül çəkin, ara-bərədə isə sukatları yerləşdirin. Vəssalam! Nağıl kimi tort hazırdır!

 

Nuş olsun!

 


Sunay Elizade | 5 iyun 2015 10:20 | Status: Gümüş user | Şərh: 2 156
Sitat: SƏMA
EN COOOX SEVDİYİM TORT.TESEKKUR EDİREM SİZLERE USAQLİQ İLLERİME QAYİTDİM BİR ANLİQ

0128
SABINA | 24 may 2014 23:56 | Status: Professional user | Şərh: 7 410
EN COOOX SEVDİYİM TORT.TESEKKUR EDİREM SİZLERE USAQLİQ İLLERİME QAYİTDİM BİR ANLİQ
birdane | 4 mart 2014 17:23 | Status: Professional user | Şərh: 3 726
tesekkurler
Gulshen. | 24 fevral 2014 09:02 | Status: Qonaq | Şərh: 0
Tewekkurler maraqlidi
nuray2007 | 2 fevral 2014 20:45 | Status: Şərhçi | Şərh: 420
tesekkurler
Qanad | 26 dekabr 2013 16:48 | Status: Yazar | Şərh: 4 357
Bu tortu yeyib nagillar alemine gedek
Alice | 18 dekabr 2013 17:36 | Status: Professional user | Şərh: 5 020
Nağıllara aparacaq..
RaySum | 14 noyabr 2013 20:03 | Status: Professional user | Şərh: 2 594
Adini esitmisem
Gunahli Cennetim | 11 noyabr 2013 21:57 | Status: Şərhçi | Şərh: 108
tewekkurler
AYAN A-VA | 31 oktyabr 2013 20:59 | Status: Gümüş user | Şərh: 1 722
tewekkurler
lost | 31 oktyabr 2013 11:17 | Status: Şərhçi | Şərh: 187
tesekkurrrrrrrrrrrr
yalniz arzu | 26 oktyabr 2013 00:29 | Status: Gümüş user | Şərh: 1 759
NAGILIM MƏNİM.SONUN İYİ BİTSİN...
Damla A-va | 23 oktyabr 2013 21:26 | Status: VİP user | Şərh: 616
Tewekkurler
ay gunes | 15 oktyabr 2013 00:07 | Status: VİP user | Şərh: 915
super tewekkur
Yusqam | 19 iyul 2013 12:44 | Status: Şərhçi | Şərh: 200
nagil tortunu xoslayiram
Girl | 26 iyun 2013 15:51 | Status: Professional user | Şərh: 8 206
yaninada bir nagil kitabi 23_18
Aytekin82 | 13 iyun 2013 12:18 | Status: Brilliant user | Şərh: 6 586
sevimli tortlardan biri
cucem. | 13 iyun 2013 12:12 | Status: Professional user | Şərh: 4 415
yemisem bundan
Sehri. | 11 iyun 2013 18:12 | Status: Qonaq | Şərh: 0
Düzü görünüş cəhətdən,pek xoşuma gəlmədi.Əməyə hörmət təşəkkürlər.
DENIZ QIZI3 | 26 may 2013 17:57 | Status: Gümüş user | Şərh: 3 858
nagil tortu mende yemisem ,cox dadlidir,ellerine saglik
FLOVERandGİRL | 25 may 2013 21:55 | Status: Professional user | Şərh: 3 251
nus oloooooooooooooooooooooooollllllllllllllllllllllllllllllluuuuuuuuuuuuuuuuuunnnnn
nnnnnnnnnnn!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@##
############################################$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$%%%%%%%
%%%%%%%%%%%%%%%%%%%%%%%%%^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
^^^^^^^^^66>>>>>>>>>>>>>>>>>&
gt;
Mickey Mouse | 25 may 2013 10:20 | Status: Professional user | Şərh: 4 008
Yaxwi torta oxsuyur.
NURLU | 15 may 2013 05:45 | Status: Professional user | Şərh: 5 552
ilk burda gordum tesekkurler.hec xeberim yox idi. wink
Akademik | 13 may 2013 02:06 | Status: Professional user | Şərh: 4 580
mmmmmm.....əla, təşəkkür edirəm.
Hande 18 | 4 may 2013 22:15 | Status: Professional user | Şərh: 3 302
sevmirem twk
Gozel Melek | 25 mart 2013 20:54 | Status: Gümüş user | Şərh: 1 531
atdim secilmislere
selenay | 25 mart 2013 17:33 | Status: Professional user | Şərh: 1 466
atdim secilmislere tsk
Nigar | 24 mart 2013 17:11 | Status: Gümüş user | Şərh: 6 063
n12
Saida Kerimova | 22 mart 2013 21:31 | Status: Professional user | Şərh: 1 672
Təşəkkürlər.
zoluwka | 16 mart 2013 18:26 | Status: Professional user | Şərh: 3 172
nagil tortuna oxwamir wekli bawqadi.yemiwem nagil tortu dadli tortdu.tewekkurler