Mətbəximiz / Şirniyyat

Tortların, pirojnaların sevimli kreminin orjinal resepti – “ZAVARNOY”

Banu. | 21-11-2018, 09:00
300 0

 


Tortların, pirojnaların sevimli kremi – "ZAVARNOY”
 

 
Bişmiş krem - Bu krem ingilis kremi də adlanır. Demək olar, bütün şirniyyatlara istifadə etmək olar.

 

BU XƏBƏRLƏRİ MÜTLƏQ OXUYUN:

İnstaqramın məşhur əfqan qızı: Əsəbi zəif olanlar baxmasın - FOTOLAR

İki bina arasındakı boşluqda yer alan və dünynın ən dar evində necə yaşandığına baxın, inanmayacaqsınız-Fotolar

Bu da Amerika prezidenti Donald Trumpın SONU - FOTO

Elə, bu dəqiqə yoxlayın: Bu 7 əlamətdən 4-ü sizdə varsa həyəcan təbili çalmağın vaxtıdır- Şəkərsiniz

Ərzaqlar:

 
Yumurta sarısı – 6 ədəd
 
Süd – 500 ml.
 
Şəkər tozu – 5 x.q.
 
Un – 2 x.q.
 
Vanilin – 5 qr.

 
Hazırlanması:

 
Yumurta sarıları şəkərin 1/3 hissəsi ilə, təxmini 2 qaşıq şəkərlə çalınır, bura un əlavə edilir və yaxşıca qarışdırılır.
 
Dərin kiçik qab ocağa qoyulur, süd bura tökülür. İçinə vanilin səpilir. Qalan şəkəri də bura qatıb, orta odda, daim qarışdıraraq, qaynar hala gətirilir. Qaynara düşən kimi nazik axınla  və asta şəkildə yumurta qarışığını bura əlavə edib, qarışdırmağa davam edirsiz. Elə edin ki, kütlədə topacıq qalmasın. Sonra məhlulu süzgəcdən başqa təmiz qazana tökün və zəif odda içində qabarcıqlar yaranana kimi qarışdırıb bişirin.  Daha 2-3 dəqiqə bişirib, oddan götürüb, şüşə qaba tökün.
 
Krem istifadə olunana kimi üzəri plyonka ilə örtülməsin deyə, qida plyonkasını kremin üzərinə yapışdırıb, barmaqlarınızla yüngülcə basıb kremin üzərini bağlayın. İstifadə edəndə bu plyonkanı götürüb, kremi qarışdırıb, tortun üzərinə yaya bilərsiz... 





info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.