6 cür dondurma reseptləri bir xəbərdə...
BADAMLI DONDURMA
Vəsaitlər
1 Litr süd
300 qr şəkər tozu
200 qr badam
1 paçka vanel
Hazırlanması
Badamların qabıqlarını soyub xırdalayın.Xırdalanmış badamları südlə qarışdırın.
Südə şəkəri də qoyaraq hamısını qazda qarışdıraraq 10 dəqiqə bişirin.
Sonra götürüb vanelini əlavə edin və soyumağa qoyun.
Buz qəliblərinə qoyaraq soyuducun buzluğunda dondurun.
Hərdənbir götürüb qarışdırın və təkrar buzluğa qoyun.
İstədiyiniz donma şəklinə gəlincə dondurma qablarına qoyub xidmət edin.
ÇİYƏLƏKLİ DONDURMA
Vəsaitlər
500 qr çiyələk
300 qr şəkər tozu
2 stəkan su
1 ədəd limon suyu
Hazırlanması
Çiyələklərin saplarını ayırd edib, 4-5 dəfə yaxşıca yuyun.
Farfor bir kasaya qoyub üzərinə 1 ədəd limon suyunu əlavə edin.
Şəkəri bir qazana qoyub üzərinə suyu əlavə edin və 5-10 dəqiqə qaynadın.
Siropu qazdan götürüb soyudun.
Soyuq siropu çiyələklərin üzərinə töküb yaxşıca qarışdırın.
Sonra bu qarışığı tel süzgəcdən əzərək farfor bir qaba tökün.
Bu rəngli siropu buz qəliblərinə qoyun və soyuducuya qoyaraq donmasını gözləyin
Hərdənbir qəlibi götürərək yaxşıca qarışdırıb təkrar buzluğa qoyun.
İstədiyiniz donma dərəcəsinə gəldiyində nuş edin.
FISTIQLI DONDURMA
Vəsaitlər
1 Litr süd
250 qr şəkər tozu
5 qr səhləb
100 qr döyülmüş püstə
Hazırlanması
Qazana südü, şəkəri və səhləbi qoyaraq qarışdırın.
Qazanı atəşə qoyun, davamlı qarışdıraraq 5-10 dəqiqə bişirin.
Südü atəşdən götürüb içinə döyülmüş fıstıqları atıb qarışdıraraq soyudun.
Buz qəliblərinə qoyaraq soyuducuda dondurun.
İstədiyiniz donma dərəcəsinə gəlincə dondurma qablarına qoyub nuş edin.
BANANLI DONDURMA
Vəsaitlər
500 qr banan
300 qr şəkər tozu
2 stəkan su
1 ədəd limon suyu
Hazırlanması
Bananları soyaraq süzgəçdən keçirin.
Üzərlərinə 1 ədəd limon suyu tökərək bir kənara qoyun.
Şəkəri və 2 su stəkanı su ilə qazana qoyun.
Qazanı qazda 5-10 dəqiqə qaynatdıqdan sonra götürüb soyumağa kənara qoyun.
Sirop soyuyunca bananlarla qarışdırıb təkrar hamısını əzərək süzgəcdən keçirin.
Qarışığı buz qəliblərinə qoyun və soyuducunun buzluğunda donmasını təmin edin.
Hərdənbir qəlibi götürərək yaxşıca qarışdırıb təkrar buzluğa qoyun.
İstədiyiniz donma dərəcəsinə gəldiyində xidmət edin.
LİMONLU DONDURMA
Vəsaitlər
500 qr şəkər
5 stəkan su
5 ədəd limon suyu
Hazırlanması
Şəkəri və suyu qaza qoyub 5 dəqiqə qaynadın və sonra soyudun.
Limonları, limon sıxacağında sıxaraq bir qaba qoyun.
Sirop soyuyunca limon suyunu əlavə edib hamısını incə süzgəcdən keçirin.
Buz qəliblərinə qoyun və soyuducunun buzluğunda donmasını təmin edin.
Hərdənbir buzluqdan çıxararaq yaxşıca qarışdırın.İstədiyiniz donma dərəcəsinə gəldiyində nuş edin.