Mətbəximiz / Şirniyyat

Qoz kökəsinin hazırlanması

FLOVERandGİRL | 1-06-2016, 09:00
3 039 5

 

25 kökə üçün

Ərzaqlar

Xəmiri üçün

1 paket (2 1⁄4 çay qaşığı) aktiv quru maya
1 stəkan ilıq süd (40º–43ºC)
6 stəkan un
1 xörəl qaşığı duz
200 qram ərinmiş, ayranından təmizlənmiş yağ
1 stəkan qatıq
2  yumurta, otaq temperaturunda

 

İçlik üçün

4 xörək qaşığı ərinmiş yağ
2 orta ölçülü soğan, incə doğranmış (2 stəkan)
2 stəkan qoz, orta-iri ölçüdə xırdalanmış (onlar bir az xırçıldamalıdır)
1⁄4 çay qaşığı sarıkök
1⁄2 çay qaşığı, yaxud zövqə görə düz
Bir çimdik, yaxud zövqə görə üyüdülmüş qara istiot

 

Üstü üçün

Sarıköklə qarışdırılmış 2  yumurta sarısı

Hazırlanması

Əvvəlcə xəmiri hazırlayın. Balaca bir dərin qabda mayanı ilıq suda həll edib 10 dəqiqə saxlayın. Unu dərin bir qaba ələyin. Duz əlavə edib yaxşıca qarışdırın. Unun ortasında çuxur düzəldin və maya qarışığını, yağı, qatığı və yumurtaları bura əlavə edin. Eynicinsli kütlə alınana qədər əlinizlə qarışdırın.

Xəmiri yüngülcə unlanmış masanın üzərinə qoyun və tam elastik və təqibən 10 dəqiqə, yumşaq xəmir halına gələnə qədər yoğurun. Xəmiri yenidən tasa yerləşdirin, üzərini çay dəsmalı, yaxud da streçlə örtün və saat yarımlığına isti yerdə həcmi iki dəfə artana qədər gəlməyə qoyun. Xəmir qabarıb barmaqla toxunanda yupyumşaq olmalıdır.

Xəmir gələnə qədər içliyi hazırlayın. Orta ölçülü tavada və orta istilikdə yağı qızdırın. Soğanı əlavə edib 10 dəqiqə tez-tez qarışdıraraq, rəngi açıq qəhvəyi olana qədər bişirin. Ocaqdan götürüb soyumağa qoyun. Qoz, sarıkök, duz və qara istiot əlavə edin. Yaxşıca qarışdırıb kənara qoyun.

Sobanı 190ºC dərəcəyə qədər qızdırın. İki soba listinə perqament kağızı döşəyin.

Xəmiri hər biri yumurta boyda olan 25 yumru kündəyə ayırın. Bir kündə ilə işlədiyiniz zaman o biri kündələrin üstünü çay dəsmalı ilə örtün ki, qurumasın. İndi isə siz aşağıdakı üsullardan biri ilə kökələrinizin içini doldura bilərsiniz:

Dəyirmi kökələr üçün: kündəni bir ovcunuzda tutaraq o biri əlinizlə onu yastılayın. Ortasına təpələmə bir qaşıq içlik qoyub kənarlarını birləşdirərək içliyin üstünü örtün. İndi isə əlinizdəki içi doldufrulmuş topu oxlovun köməyilə ehtiyatla 9 santimetrlik disk formasında yayın. Bərk basıb kökəni həddindən çox yastılatmayın.

Aypara şəkilli kökə üçün: Kündəni bir ovcunuzda tutub digər əlinizlə yastılayın və kənarlara doğru yüngülcə yayın, diametri 9-10 sm olmalıdır. Bir yarısına təpələmə bir çay qaşığı içlikdən qoyun. Digər tərəflə üstünü örtün və kənarlarını bərkidir. Sonra baş və işarə barmqlarınızın köməyinə kökələri şəkərbura kimi bükün.

Kökələri aralarında 5 sm məsafə qoymaqla əvvəlcədən hazırladığınız listlərin üzərinə yerləşdirin. Çəngəlin arxası ilə paralel xətli naxış qoyun. Üsərini üç yerdən çəngəllə deşin. Bu, bişmə zamanı yaranan buğun çıxması üçündür. Kökələrin üzərinə sarıköklə qarışdırılmış yumurta sarısı sürtün. Təxminən 25 dəqiqə, qızılı rəng alana qədər bişirin. Vaxtın tən yarısında listlərin yerini dəyişin.

NuşOlsun!


ESMERRi | 2 iyun 2016 10:00 | Status: Brilliant user | Şərh: 5 376
Maraqlı resptdi
Dəniz qızı | 2 iyun 2016 07:54 | Status: Brilliant user | Şərh: 8 015
Soğan qoz duz nəsə mənlik olmadı.
SEVDA | 1 iyun 2016 23:44 | Status: Nəzarətçi | Şərh: 17 437
Tewekkurler...
dılay | 1 iyun 2016 17:29 | Status: Brilliant user | Şərh: 8 182
Hec yememisem..prob ederem tsk..
Gülçin | 1 iyun 2016 14:38 | Status: Brilliant user | Şərh: 6 778
" Kiçik topağın" məşhur qoz (cəviz) çöçəsi..))
Uşaqlarımın atası o bölgədən olduğuna görə çox xoşlayır çöçəni. Ona görə tez-tez bişirirəm.