Mətbəximiz / Şirniyyat

Çox dadlı peçenye reseptləri

Banu. | 13-04-2016, 09:00
5 243 6

 

Peçenye – həm bayram, həm də ki, adi günlərdə sevilən və geniş istifadə olunan şirniyyat növüdür. Bu çərəzin hazırlanması üçün bizə yağlı xəmir lazım olacaq. Bu xəmirdən hazırlanmış şirniyyatlar dadı və zərifliyi ilə seçilir.


Ev şəraitində bu peçenyeni hazırlamaq üçün, sizə lazım olacaq:


200 q kərə yağı;

1 stəkan şəkər;

200 q xama;

2 yumurta;

5-4 stəkan buğda unu;

½ ç.q. soda;

Şəkəri yumurta ilə ağarana kimi çalın. Bu xəmirin hazırlanması üçün əsas şərt – yumurtanın soyudulmuş olmasıdır. Kərə yağını yumşaldın, yumurta qarışığını çalmağı dayandırmadan onun üzərinə yağ, soda və vanilin əlavə edin. Sonda həcmli həmcins kütlə alınmalıdır.


Alınmış kütlənin üzərinə un əlavə edin və yumşaq xəmir yoğurun. Xəmiri təxminən 1.5 sm. qalınlıqda yayın, sonra istədiyiniz formada peçenyelər kəsin. İstəkdən asılı olaraq yayılmış xəmirin üzərinə şəkər ilə qarışdırılmış darçın və ya xırdalanmış qoz da səpmək olar.


Bişirmə qabına marqarin sürtün və peçenyeləri onun üzərinə düzün. Bu zaman peçenyelərin üzərinə kişmiş və ya mürəbbədən meyvə dəni qoya bilərsiniz, sadəcə onları birazca xəmirə batırmaq lazım olacaq.


Bu peçenyenin növbəti maraqlı üsulları da var:


Əvvəlki reseptə uyğun xəmir yoğurun və onu 2 yerə bölün. Xəmirin bir hissəsinə 0.5 çay qaşığı kakao tozu əlavə edin və yaxşıca yoğurun. Ayrı-ayrılıqda iki xəmir yayın (adi və kakaolu) və eyni ölçülü peçenye formalarında kəsin. Peçenyelər bişdikdən sonra istənilən kremin, qaynanmış qatılaşdırılmış südün və ya cemin köməyi ilə açıq və tünd rəngli peçenyeləri bir-birinə birləşdirin.

Peçenyeləri bir az uzunsov, "barmaq” formasında kəsin və bişirin. Hazır peçenyeləri əridilmiş şokolada batırıb soyuducuya qoyun ki, onların üzərindəki şokolad donsun.

 


Cicim İncim | 15 aprel 2016 08:05 | Status: Gümüş user | Şərh: 2 456
Peçenyalar tez -tez hazırlayıram...
Təşəkkürlər...
Dəniz qızı | 14 aprel 2016 07:48 | Status: Brilliant user | Şərh: 8 015
Srağagün hazırlamışdım..
dılay | 13 aprel 2016 15:47 | Status: Brilliant user | Şərh: 8 182
Dunen mende bele bir pecenye hazirlamiwdim cox dadli idi twk..
SEVDA | 13 aprel 2016 14:37 | Status: Nəzarətçi | Şərh: 17 437
Resepti saxladìm seçilmiwlerde twk...
Hali | 13 aprel 2016 13:54 | Status: VİP user | Şərh: 484
Bu peçenyeden uwaqlara tez tez edirem çox xowluyurlar
B.Fereh | 13 aprel 2016 11:18 | Status: Nəzarətçi | Şərh: 6 971
Ay cox tewekkurler,Banu xanim.Mene lazim idi bu resept:))Getdi secilmiwlere.