Mətbəximiz / Şirniyyat

Rafaellonu özümüz hazırlayaq.

ESMERRi | 4-05-2016, 09:00
2 870 5

 


Ev şəraitində Raffaello necə hazırlanır?
Raffaello zərif dadı ilə bütün xanımların əvəz olunmazıdır. Çoxları bu ləziz dadı özü hazırlamaq istəyir. Amma necə bunu bilmir. Ev şəraitində Raffaello hazırlamaq istəyirsiniz, əziz xanımlar? O zaman gəlin birlikdə hazırlayaq.
İÇLİK.
Kokos qırıntısı – 125 qram

Qatılaşdırılmış süd – 200 qram

Kərə yağı – 25 qram

Vanil – 5 qram

İçlik üçün:

Qovrulmuş badam ləpəsi və ya qovrulmuş fındıq ləpəsi – 100 qram

Üzəri üçün:

Şokolad –  60 qram

Hazırlanması

Kərə yağı su buxarında əridilir, üzərinə qatılaşdırılmış süd, vanil, kokos qırıntısı əlavə edilib qarışdırılır əllə. Əlinizə gigenik olsun deyə əlcək geyinə bilərsiniz. Hazırlanmış kütlə soyuducuda 1 saat saxlanılır. Kütlədən kiçik küftələr düzəldilib, içərisinə ləpə qoyulub, bükülür.Küftəciklər kokos qırıntısına batırılıb yenidən soyuducuya qoyulur. Şokolad su buxarında əridilib, soyudulur. Əridilmiş şokolad qənnadı salafan torbaya yığılıb "raffaello”nun üzərinə müxtəlif bəzəklər vurulur. Bəzəkləri zövqə görə vurmaya da bilərsiz.

  1. shaffa | 5 may 2016 19:24 | Status: Qonaq | Şərh: 0
    Reseptə görə təşəkkür edirəm.Mən bu respt ilə hazırlamışam.Çox dadlı idi. Hamıya məsləhət görürəm.
  2. dılay | 5 may 2016 10:13 | Status: Brilliant user | Şərh: 8 211
    Etmemiwem hec..Ederem bu reseptle twk..
  3. SEVDA | 5 may 2016 01:21 | Status: Nəzarətçi | Şərh: 17 470
    Reseptcun twk...
  4. Hali | 4 may 2016 12:13 | Status: VİP user | Şərh: 492
    Men içine vaflide qatiram çox dadli çixir
  5. B.Fereh | 4 may 2016 10:09 | Status: Nəzarətçi | Şərh: 7 006
    Tewekkurler baciwka.

    P.S-Xeberin adinda orfoqrafik sehf var.