Mətbəximiz / Şirniyyat

Eklerin ən asan və risksiz hazırlanma variantı

ESMERRi | 11-06-2019, 17:00
434 0



İnqradientlər:

 xəmir üçün: 
 1 st. su
 200 q marqarin 
 2 st un
 7 yumurta

 Krem üçün: 

 1,5 st. süd
 300 q kərə yağı
 2 yumurta
 3 x.q. un
 1,5 st. şəkər tozu
 vanil 

 Qazana su tökün. Marqarini də əlavə edib ocağın üstə qoyun. Marqarin əriyəndə qarışdıra-qarışdıra un səpin. Dayanmadan qarışdıraraq 5-6 dəqiqə xəmiri bişirin. O qatılaşıb qazanın divarından aralananda qazanı ocaqdan götürün, qarışdıra-qarışdıra soyudun. Sonra yumurtaları bir-bir xəmirin içinə qıraraq yaxşıca qarışdırın. Sinini yağlayın, xəmiri şprislə, yaxıd da qaşıqla xırda yumru kökələr şəklində siniyə düzün. Yaxşıca qızdırılmış sobada 190 dərəcədə 30 dəqiqə bişirin. Diqqət! Bu müddətdə sobanın ağzını qəti surətdə açmayın! Yoxsa eklerlər yapıxacaq. Bişmiş pirojnaları soyudun. 

 Krem üçün ayrıca qazanda südü qaynamağa qoyun. Yumurtaları şəkərlə çalın, un və vanil əlavə edin, yaxşıca qarışdırın, azca süd əlavə edib yenə qarışdırın, çalışın, içində lopalar qalmasın. Alınan qarışığı qaynayan südə əlavə edin. Bu zaman südü dayanmadan qarışdırın. Qatılaşana qədər bişirin. Soyuyandan sonra kərə yağı əlavə edib mikserlə çalın. 
 Eklerləri kənarlarından deşib (eninə kəsmək də olar) içini kremlə doldurun. Üstünə şəkər tozu səpə, şokoladlı qlazur çəkib qoz və ya araxislə bəzəyə bilərsiniz. 

 Nuş olsun!

Bu xəbərləri də oxuyun:

"Həcər qızını qorumaq üçün öz qohumu Həmzə kişi ilə ailə qurub" - Qaçaq Nəbinin kötücəsi

“Zəhra onu oğurlayan qadını, “o biri maması”nı istəyir…”

Kişilər niyə seks üçün pul ödəyir?

Azərbaycanlı müğənni xanımı ilə ayrılıb, başqasıyla evlənir

ŞOK- Bunu sizdən gizlədirlər: Sosial şəbəkədən pulsuz istifadə etməyin YOLU - MÜTLƏQ OXUYUN!

Qadınlar niyə ayaqlarının arasına yastıq qoyaraq yatır? - ARAŞDIRMA


Dünyanın ən sağlam xalqı ispanlardır: Nə yeyirlər?..


Adınızdakı hərflər yataqda nə qədər ehtiraslı olduğunuzu ələ verir