Mətbəximiz / Şirniyyat
Çox ləzzətli və yüngül portağallı keks- Foto
Banu. | 30-01-2017, 09:00
2 612 9
Çox ləzzətli və yüngül portağallı keks
Xəmir üçün:
Yumurta 3 ədəd
Şəkər tozu 1,5 stəkan
Kərə yağı 100q
Portağal(iri) 2 ədəd
Vanilin şəkəri 10q(1 paket)
Un 2,5 stəkan
Qabartma tozu 10q(1 paket)
Qlazur üçün:
Şokolad 200q
Qaymaq(33% yağlı) 0,5 stəkan
Yumurtalar, şəkər tozu və vanilin şəkəri ilə mikser vasitəsi ilə yüksək sürətdə çalınır. Kərə yağı əridilir və soyumuş halda yumurtalı kütləyə əlavə olunur. Daha sonra portağalların suyu və sedrası əlavə olunur, kütlə yenidən çalınır. Un və qabartma tozunu birləşdirilib, kütləyə əlavə olunur. Xəmir sonuncu dəfə qarışdırılır. Keks üçün bişirmə qabının dibi yağlanır və xəmir qaba boşaldırılır. Keks 200 dərəcəyə qədər isidilmiş sobada 30 dəqiqə ərzində hazır olur.
Qlazuru hazırlamaq üçün kiçik alovda qaymaq isidilir, və içinə dilimlənmiş şokolad əlavə olunur. Şokolad qaymaqda tam həll olunana kimi kütlə qarışdırılır. Hazır qlazur soyumuş keksin üzərinə süzülür.
Nuş olsun!