Asan və dadlı kekslər
Keks
İçindəkilər
4 yumurta
1 st. şəkər tozu
1 ədəd vanil
1 ədəd qabartma tozu
3 st. un
1 st. qatıq
1 st. duru yağ
Zövqə görə limon və ya portağal qabığı
Hazırlanması
Yumurta ilə şəkər tozunu ağarana qədər mikserdə çalırıq və üzərinə qalan ərzaqları əlavə edirik. Gözəl dad vermək üçün limon ya da portağal qabığını sürtgəcdən rəndələyib onu da ora əlavə edirik. Zövqə görə 100 qr kişmiş də tökmək olar. Yüngülcə bir-birinə qarışdırıb xəmiri yağlanmış, un səpələnmiş keks qabına tökürük. 180 dərəcə qızdırılmış sobaya qoyub şişib üzəri qızarana qədər bişiririk. Bu müddətdə sobanın ağzını açmaq olmaz. Hazır olduqdan sonra götürüb soyudur, sonra qabından çıxarıb süfrəyə veririk.
Qeyd edim ki, kakaolu istəyən, o zaman limon (portağal) qabığı, kişmiş əvəzinə sadəcə 1 xörək qaşığı kakaonu xəmirə qatırıq. Bu da dadlı olur.
Özüm təcrübədən keçirdiyimə görə deyim ki, bu olduqca asan, dadlı və maraqlı şirniyyatdır. İstənilən formada keks qabları satışda var. Mən şəkildə 2 formada bişirmişəm. Yumru və ayı formalı qabda