Mətbəximiz / Şirniyyat

Qaymaqlı Vanilli Dondurma

Alizes | 28-07-2011, 10:05
10 159 52
Qaymaqlı Vanilli Dondurma
 

 
Dondurma hazırlamaq o qədər də çətin iş deyil. Dondurma maşını olanlar üçünsə, bu iş daha da yüngülləşir. Maşınınız yoxdursa, narahat olmayın, aşağıda dondurmanın maşınsız necə hazırlaması detallı şəkildə izah olunur. Maşın sadəcə olaraq dondurmanı qarışdırmaq və bərkitmək üçün istifadə olunur. Bunu bizim üçün öz əllərimiz, mikserimiz, soyuducumuz və buzluğumuz da edə bilər.

Bu reseptdən olduqca ləzzətli qaymaqlı dondurma alınır.Siz də hazırlayıb dadına baxın.

QAYMAQLI VANİLLİ DONDURMA
Resept Dori Qrinspənin "Baking: From My Home to Yours” kitabından bəzi dəyişikliklər edilməklə  götürülmüşdür.

Ərzaqlar

2 stəkan süd
2 stəkan qaymaq
5 iri yumurta sarısı (yumurtalar balacadırsa, 6 yumurta sarısı istifadə edin)
3/4 stəkan şəkər tozu
2 çay qaşığı vanil ekstaktı (pure vanilla extract)


QEYD: Vanil ekstaktl duru olur. Supermarketlərdə olmamış olmaz. Əgər yoxdursa, onun əvəzinə yarım çay qaşığı vanil tozu istifadə edə bilərsiniz. Belə  halda, vanil tozunu addım 2-də yumurta və şəkər qarışığına əlavə edib qarışdırın.

1. Südü və qaymağı qazana qoyub (dibi qalın olsun ki, dondurma yanmasın), orta odda qaynadın. Qaynayan kimi kənara çəkin.

2. İri qabda yumurta sarısı və şəkər tozunu mikser və yaxud da qaşıqla rəngi bir az açılanadək və kütlə bir qədər qatılaşanadək çalın. Mikserlə təxminən 3 dəqiqə, qaşıqla təxminən 6 dəqiqə.



 

3.  Qaynatdığınız süd-qaymağı  təxminən 1/3-ünü yavaş-yavaş yumurtalı qarışığa əlavə edib qaşıqla dəyanmadan qarışdırın ki, yumurta  bişməsin. Sonra qalan qaynar süd-qaymağı da tədricən yumurtaya əlavə edib qarışdırın.

4. Alınan qarışığı qazana geri tökün. Orta odda taxta qaşıqla dəyanmadan qarışdıra-qarışdıra kütlə bir az qatılaşanadək bişirin. Bu proses təxminən 7 dəqiqə çəkəcək. Süd qaynamamalıdır! İlk etapda südlü qarışığın üzünə çıxan köpüklər qarışıq hazır olana yaxın yox olacaq. Qarışığın qatılığının kifayət olub olmamasını bu cür yoxlayın: taxta qaşığı qarışığa salıb çıxardın. Əgər qaşığın üstündə südlü plyonka əmələ gəlirsə, və əgər barmağınızla o plyonkanın ortasından bir xət çəkdiyinizdə o xət yenidən birləşmirsə, onda qarışığın qatılığı istənilən kimidir.



5. Qazanı kənara çəkin. İri, soyuğa dayanaqlı bir qabın (qapağı da olsun, sonra lazım olacaq) üstünə süzgəc qoyun. Südlü qarışığı süzgəcdən keçirmək şərtilə qaba boşaldın. Vanil ekstraktını qaba əlavə edib, qarışdırın. Qabı soyuducuya qoyun ki, dondurma tamamilə soyusun - ən az 3 saat ərzində, ən çox isə bir gecə ərzində.

6. Soyumuş dondurmanı soyuducudan çıxardın. Qapağını örtüb buzluğa qoyun. Təxminən 45 dəqiqə sonra çıxardıb, ya mikserlə ya da qaşıqla yenidən bərk-bərk çalın. Dondurmanı buzluğa geri qoyun. Bundan sonra iki dəfə hər 30 dəqiqədən bir eyni addımı təkrarlayın. Bu addım ona görə lazımdır ki, dondurma buz bağlamasın və  daha qaymaqlı olsun (aşağıdakı şəkildə dondurma buzluqdan qarışdırılması üçün çıxardılmışdır). Dondurmanı buzşuğa qoyun və tamamilə bərkiməsini gözləyin. Dondurmanız hazırdır. Dondurmanı qablara paylaşdırdıqdan sonra bir neçə dəqiqə gözləyin ki, dondurma bir az yumuşalsın, özünə gəlsin. 


Nuş Olsun!




Sunay Elizade | 5 iyun 2015 11:51 | Status: Gümüş user | Şərh: 2 156
esas qaymaq dadli edirde
Meryem_Duyqu | 27 mart 2014 01:18 | Status: Yazar | Şərh: 4 130
Əllərinizə sağlıq.
Gulshen. | 20 fevral 2014 08:01 | Status: Qonaq | Şərh: 0
Tewekkurler
Nigar | 28 dekabr 2013 14:45 | Status: Gümüş user | Şərh: 6 063
xebere gore sag olun
AYAN A-VA | 21 noyabr 2013 12:08 | Status: Gümüş user | Şərh: 1 722
TEWEKKURLER XEBERE GORE
Damla A-va | 26 oktyabr 2013 12:49 | Status: VİP user | Şərh: 616
melumat ucun TWK
kiki_Aze | 22 avqust 2013 14:50 | Status: Qonaq | Şərh: 0
Cox gozel reseptdi birde reseptin altindan azcookbook sayitindan alinti yazsaydiniz cunku Feride xanim oz sayitnda cox eziyyet cekir ozu hazirlayib sonra sayitnda yerlesdirir sizlerde hazira nazir olursunuz ama en azindan hormet xatirine emeyine hormet edib hansi saytdan alindigini qeyd edin sevgilerimle Allaha emanet olun
Girl | 28 iyun 2013 23:05 | Status: Professional user | Şərh: 8 206
Dondurmani cox xowlayiram tewekkur edirem.
NURLU | 20 iyun 2013 09:00 | Status: Professional user | Şərh: 5 552
tewekkur edirem maraqli idi
Beren | 9 iyun 2013 02:52 | Status: Professional user | Şərh: 3 214
Dondurma çox sevirəm.Təşəkkürlər.
Girl | 7 iyun 2013 22:14 | Status: Professional user | Şərh: 8 206
tewekkur edirem...maraqli idi
Hande 18 | 11 aprel 2013 13:41 | Status: Professional user | Şərh: 3 302

xoslamiram dondurma

Saida Kerimova | 15 mart 2013 21:31 | Status: Professional user | Şərh: 1 672
Olsaydı yeyərdik...
harmony | 13 mart 2013 15:11 | Status: Gümüş user | Şərh: 648
harika n50 n16
askimm | 12 mart 2013 15:58 | Status: VİP user | Şərh: 721
dondurmani coxx sevirem tesekkurler smile
Leman_55 | 25 fevral 2013 16:06 | Status: VİP user | Şərh: 583
DONDURMADAN OTRU UREYIM GEDIR...
SEVA00 | 21 fevral 2013 23:50 | Status: VİP user | Şərh: 1 013
xoslamiram dondurmani
Girl | 4 fevral 2013 16:25 | Status: Professional user | Şərh: 8 206
men dondurmani cox xoslayiram yayda en cox yediyim dondurmadir twk
Gul_Cicek | 28 yanvar 2013 15:43 | Status: Şərhçi | Şərh: 98
twklerrrr :n50:
selenay | 30 dekabr 2012 18:19 | Status: Professional user | Şərh: 1 466
COX SAGOLUN HAZIRLAYACAM)
Deniz_Nur | 29 dekabr 2012 15:41 | Status: Qonaq | Şərh: 0
cox xowum gelir
camale | 10 dekabr 2012 23:56 | Status: Qonaq | Şərh: 0
aqzimin suyu axdi
peri21 | 13 noyabr 2012 22:07 | Status: Qonaq | Şərh: 0
tsk
sanel | 8 noyabr 2012 22:20 | Status: Professional user | Şərh: 3 647
olsaydi yeyerdim smile
sevinc keder | 4 oktyabr 2012 23:38 | Status: Professional user | Şərh: 3 818
bele gorurem ki dondurmani sevmeyen adam yoxdu mende sevirem
MELAYKA | 1 sentyabr 2012 21:39 | Status: VİP user | Şərh: 600
tsk ama vanilli sevmirem dondurmani.
TATLI GUZEL | 28 iyul 2012 13:50 | Status: Professional user | Şərh: 5 781
mmmmmmmmmmmmmmmmmm