Mətbəximiz / Şirniyyat

Qəhvə dadında bezenin hazırlanması.

Alice | 29-04-2014, 08:03
3 863 24

 

Evdə hazırlanan beze daha dadlı və keyfiyyətli olur..

Həm şirniyyat kimi, həm də tortlar üçün bəzək kimi istifadə edilir yəqin ki, hamı bilir... Qəhvəli bezenin dadı da, görünüşü də daha fərqlidir.. Mənə görə . Qəhvənin tamına və qoxusuna görə bezelər çox şirin olmur və ürəyi vurmur...

Xüsusi spesifik ətri və dadı olur kakaodan fərqli olaraq..


 

Qəhvəli bezenin içindəkilər..
 
Yumurta - 3 - 4 ədəd ( az - çox olması sizdən asılıdı )
Şəkəd tozu - 150 qr 1 ədəd yumurtaya 50 qr şəkər düşür..
Yumurtanın sayı artdıqca şəkəridə artırın..
Qəhvə - 1-1,5 çay qaşığı  ( Təbii ki, toz şəklində olan qəhvə).
 
Hazırlanması. 

Yumurtanın ağı sarısından ayrılır...

Əvvəlcə yumurtaların təkcə ağları mikserin yüksək dərəcəsində çalınır, daha sonra isə az-az şəkər

tozu əlavə edildikcə yenə qarışdırılır və çalınır (10 dəqiqədən az olmamaq şərtilə  tam olaraq  ağarıb

köpüklənənə qədər qarışdırmaq lazımdır).  Həətta mütləqdir.. Qarışdırılmış qarışığın üzərinə toz

şəklində kofe əlavə edilir... Dadını dəyişmək üçün..

 

Kütlə konditer  forma  kisəsinin  içinə tökülür və hissə-hissə perqamentli kağızlı tavanın üstünə

bir-bir əlavə edilir. Hər bezenin üzərinə bəzək üçün kofe dənəcikləri səpilir...

Qızdırılmış peçdə (duxovkada) 120 dərəcədə təxminən 3 saat bişirilir-qurudulur.

Hazır olmuş bezelər perqamentli kağızdan rahat çıxır, yəni yapışmır. Çox dadlı və səliqəli bezelər alınır. 

 
Nuş olsun.. Bəyəndinizmi ?


Alice | 3 may 2014 00:49 | Status: Professional user | Şərh: 5 020
Sitat: NURLU
cox sevirem bunu amma 3 saat cox deyil???
mende qaz da bisirsem bilen varsa yazsinda az kodda qoymaliyam bunu indi yazinki seher edim.
twkler canim

P.S Şəkəd sozunde herif sehvi var duzeldin zehmet olmasa


Əcəb edirsən.. Yooox çox deyil.. Qazın sobasında etməyi deyirsən yoxsa nəəəə ? Başa düşmədim ee.. Sobada 100-120 dərəcədə yaşaş-yavaş qurudulana qədər bişməlidi.. Can Bezenin yaxşı nəticə alması üçün bir neçə sirr verim sənə.. Yumurtanın ağı sarısında ehtiyatla ayrılmalıdır,yumurta ağına az da olsa sarısı qarışmamalıdır, mütləq quru bir qabda çırpılmalıdır, qabda bir damcı su və ya yağ olarsa beze alınmaz. heç vaxt..
Birdə yumurta ağlarının yaxşı çırpılması üçün onlara bir çimdik duz və ya bir neçə damcı limon suyu əlavə etmək lazımdır ki, nəticən ürəkaçan olsun... Bəzi vaxt istənilən nəticə alınmırsa,yumurta ağı olan qabı başqa bir soyuq su ilə dolu qab içərisinə alıb çırpmaya davam et,amma bu zaman bezenin içərisinə su girməməlidir aaa. Bu da sənə kiçicik məsləhət..


Deyirəm bu R hərfindən nə tutubsan.. wink
ŞehZam | 3 may 2014 00:04 | Status: Professional user | Şərh: 2 577
Beze sevirem
NURLU | 1 may 2014 08:17 | Status: Professional user | Şərh: 5 552
cox sevirem bunu amma 3 saat cox deyil???
mende qaz da bisirsem bilen varsa yazsinda az kodda qoymaliyam bunu indi yazinki seher edim.
twkler canim


P.S Şəkəd sozunde herif sehvi var duzeldin zehmet olmasa
SEVDA | 1 may 2014 06:17 | Status: Nəzarətçi | Şərh: 17 437
resepte göre twk...
Ay_Sun | 30 aprel 2014 17:40 | Status: Brilliant user | Şərh: 13 407
Sitat: G-DAMLA
Görnüşü qəşəngdi yəqin dadıda yaxşı olar təşəkkürlər canım...
Alice | 30 aprel 2014 00:59 | Status: Professional user | Şərh: 5 020
Sitat: Meryem_Duyqu
Onu gör kim hazırlayıb...Elədə olmalıdır.

0109 0109 Sağol canım..

Sitat: nurane55
Ay canım,necə keçirmişəm bu xəbəri.

Can vaxtında yazmışan ee.. 0105
nurane55 | 30 aprel 2014 00:57 | Status: Professional user | Şərh: 1 849
Ay canım,necə keçirmişəm bu xəbəri.Əllərinə sağlıq Nurkam. 0109
Meryem_Duyqu | 29 aprel 2014 21:00 | Status: Yazar | Şərh: 4 130
Sitat: Alice
Ay canım içinə cazibə qüvvəsi qatmışam.. Yəqin ona görə.. love

Onu gör kim hazırlayıb...Elədə olmalıdır. love
Alice | 29 aprel 2014 19:39 | Status: Professional user | Şərh: 5 020
Sitat: Meryem_Duyqu
Amma bu bezenin görünüşü məni özünə cəzb etdi

Ay canım içinə cazibə qüvvəsi qatmışam.. Yəqin ona görə.. love
Meryem_Duyqu | 29 aprel 2014 19:36 | Status: Yazar | Şərh: 4 130
Heç zaman beze hazırlamamışam...Yəqin sevmədiyimdən irəli gəlir...Amma bu bezenin görünüşü məni özünə cəzb etdi.Əllərinə sağlıq canım mənim.
Alice | 29 aprel 2014 19:29 | Status: Professional user | Şərh: 5 020
Sitat: N....N92
Beyendim ancaq 3saat biraz cox deyilmi?

Yoox çox deyil.. Səbrli olun.. Sonda onu yeməyi tələb edirsə buna dəyər.. wink Niyə 3 saat onu da deyim.. Çünki az bişəndə çoox yumşaq olur.. Sobadan çıxaran kimi də tamam yumuşaq olur..
Əgər bunun bərk və tort bəzəyi kimi istifadə ediriksə deyilən istilikdə 3 saat bişməsi mütləqdi..


P.S.. Kimin ürəyi istəyir buyursun qonağım olsun.. Ürəknən hazırlayım ona.. Bacı sözü.. Hər birinizi gözləyirəm.. Mətbəxin xəstəsiyəm.. Bütün gün nəsə bişirim orda.. love

Sitat: Huseyn80
beze xoslamiram cunki yumurtanin dadin verir.
Alicem


Əstəğfurullah canım hamı hər şeyi bəyənmək məcburiyyətində deyil...
Yumurta dadı olmur məndə. amma əgər o dadı hiss edirsənsə sənə kiçik bir sirr verim tətbiq et.. 1 ç/q təmiz bal qat heç bir yumurta dadı gələ bilməz.. Gələn səfər mütləq sınaqdan keçir... Nəticəni özün gör..
Aynur_Mezahirli | 29 aprel 2014 18:29 | Status: Qonaq | Şərh: 0
Beze belke basqalarina gore dadli olar amma men beze xoslamiram cunki yumurtanin dadin verir.
Alicem yenede sagol xeber ucun yorulmayasan...
Nurus. | 29 aprel 2014 15:47 | Status: Brilliant user | Şərh: 6 982
Haziri olsa ela olar.Sag ol,Nuruş
Lumia | 29 aprel 2014 13:54 | Status: Professional user | Şərh: 5 378
Bezeni xoslayiram,herden ozum de hazirlayiram.Tesekkurler Alice.
Nazlı_Kız | 29 aprel 2014 12:10 | Status: Brilliant user | Şərh: 6 472
Görnüşü qəşəngdi yəqin dadıda yaxşı olar təşəkkürlər canım...
ŞokaLaTovA PeÇeNyA. | 29 aprel 2014 12:00 | Status: Gümüş user | Şərh: 2 059
Alice bilseydi xeberi paylasmazdi 0116
Nergiz love | 29 aprel 2014 11:42 | Status: Professional user | Şərh: 7 871
BEYENDIM KTO NIBUD HAZIRLASA GEDIB YEYERDIM feel
SABINA | 29 aprel 2014 10:35 | Status: Professional user | Şərh: 7 410
SEN HAZİRLA İNSAALLAH BEYENERİK love
Röyamsan. | 29 aprel 2014 10:27 | Status: Brilliant user | Şərh: 6 102
Nunu hazırla bizdə gələk. 0105
Aytekin82 | 29 aprel 2014 09:06 | Status: Brilliant user | Şərh: 6 586
Bezeni hazırlasalar yeyərəm)))) 0110
N....N92 | 29 aprel 2014 08:57 | Status: Professional user | Şərh: 4 351
Beyendim ancaq 3saat biraz cox deyilmi?
Gulya2676 | 29 aprel 2014 08:36 | Status: Gümüş user | Şərh: 2 586
Əllərinə sağlıq canım.Bəyənməmək olar bunu? 0140
Gülçin | 29 aprel 2014 08:18 | Status: Brilliant user | Şərh: 6 778
Çooox sağ ol,əlbəttə bəyəndik. Sənin hazırladığını bəyənməmək olar?! 0109 0140
Gulshen. | 29 aprel 2014 08:07 | Status: Qonaq | Şərh: 0
.Beyendim 0140 0137 ..