Mətbəximiz / Şirniyyat
Badamlı şokolad
MELEK_ | 13-04-2014, 09:00
2 004 14
Lazım olan ərzaqlar:
1 xörək qaşığı şəkər tozu
1 çay stəkanı su
130 qr file badam
1 yemək qaşığı şəkər pudrası
2 paket (80 qramlıq) qara şokolad
Hazırlanması:
Əvvəlcə şəkər tozunu və suyu, bir qabda şəkər tozu tam əriyənə qədər qaynadın.
Soyuduqdan sonra içinə badam və şəkər pudrası qatıb qarışdırın.
Əvvəlcədən 180 dərəcədə isidilmiş sobada qızıl sarısı rəng alana qədər qızardın. (arada qarışdırmaağınız məsləhətdir)
Sobadan götürün və soyudun.
Şokoladı əridin və sobadan aldığınız badamlı qarışığı əritdiyiniz şokoladın içinə qatın.
Hər tərəfi şokolad ilə örtülən badamı qaşıq ilə götürüb yağlı kağız sərilmiş bir nimçəyə düzün (aralarında məsafə saxlayın, yapışmasın).
Soyuducuda soyutduqdan sonra nuş eləyə bilərsiniz.
Mələk_dənqeydlər:
- Benmari üsulu dedikdə, dar bir qabın içərisinə az miqdarda su qoyub üzərinə daha geniş bir qabı yerləşdirərək əritmək və ya yumuşaltmaq nəzərdə tutulur. Yəni üstdəki qab altda qaynayan su ilə təmas etməməli, qətiliklə içinə su dəyməməlidir. Benmari metodundan səhv istifadə etsəniz şokoladınız tam şəkildə əriməz və rəngi yaxşı olmaz.
- Bitter yerinə südlü şokolad da istifadə edə bilərsiniz, amma mütləq keyfiyyətli bir şokolad istifadə etsəniz şokoladın həm görünüş, həm də dadı yaxşı olacaq.
- Əriməsi daha asan olan pul şokolad da istifadə edə bilərsiniz.
- Qabıqlı badam istifadə etsəniz, hətta, daha ətirli olduğunu görəcəksiniz.
- Şəkilləndirmə və şokoladın tez soyumaması üçün metal qaşıq yerinə plastik qaşıq seçin, iki qaşıq istifadə edəndə daha asan olur.
- Badam yerinə fındıq, qoz, fıstıq kimi fərqli meyvə qurularından istifadə etməyiniz mümkündür.

Bəyəndinizmi?